Magellan Bogazi - Wikipedia
Magellan boğazı (isp. Estrecho de Magellenes). Boğaz Odlu Torpaq arxipelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə çatır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə mane olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir. Bu boğazı keçən ilk avropalı Fernando Magellan olmuşdur. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı.
Magellan boğazı | |
---|---|
isp. Estrecho de Magallanes | |
| |
Ümumi məlumatlar | |
Eni | minimum 3,5 km |
Uzunluğu | 575 km |
Ən böyük dərinliyi | 1.080 m |
Yerləşməsi | |
53°28′51″ c. e. 70°47′00″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriyası | |
Ayırır | Cənubi Amerika materiki ilə Odlu Torpaq arxipelaqını |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır. Sonra boğazın içərilərinə doğru üzərək boğazı keçirlər. Bununla da Magellan tarixdə ilk dəfə Sakit okeanında üzən avropalı olur. Onlar 1 noyabrda boğazın içərilərinə doğru irəliləyərkən həmin gün 'Müqəddəslər günü' olduğundan bu günün şərəfinə port. Estreito de todos os Santos adlandırır. Lakin İspan kralı boğazın adını dəyişərək Fernando Magellanın şərəfinə isp. Estrecho de Magellanes adlandırır. Magellan boğazını 21 oktyabr — 28 noyabr ərzində üzüb keçir. Boğazın daxil olduğu bölgənin ilk qubernatoru Pedro Sarmento de Qamboa olur. 1584-cü ildə Peyu-Don Felipe yaşayış məntəqəsi inşa edilir ki, o da indiki Punta-Arenasadan cənubda yerləşirdi. Çox sərt iqlimi ilə seçildiyindən yaşayış demək olar ki mümkünsüz idi. İlk kolonistlər burada cəmi üç il tab gətirə bilirlər. 2000 kolonistdən yalnız biri sağ qala bilir ki, o da limana yan alan ingilis gəmisinin sayəsində qurtulur. 200 il ərzində bu ərazi isp. Puerto del Hambre yəni "Aclıq limanı" adını alır.
Coğrafiyası
redaktəMagellan boğazı və Cənubi Amerika materikini bir-birindən ayırır. Şərq hissədə Virjin burnundan başlayır və qərbə doğru 53 dərəcə ilə qərbə doğru uzanır. Şərq hissədə sahillər sıldırımlı və dik olması ilə fərqlənir.Qərb hissə Frovard burnundan başlayır və demək olar ki, düz istiqamətdə yerləşir. Odlu Torpaqla materik arasında Müqəddəs Klarensa, Müqəddəs İnesa adaları yaxınlıqlarında fiordlarla zəngindir. Bu hissədə güclü burulğanlar baş verir. Bitkiləri əsasən mamır və alçaq boylu ağaclar geniş yayılmışdır. Sakit okeanına cıxış olan hissədə Narboro adası yerləşir. Boğazda maksimal axın sürəti 25 km/s təşkil edir. Əsas liman isə Çilinin şəhəri olan Punta-Arenasdır.
Mənbə
redaktə- Маgellan boğazı.Hərbi ensiklopediya — 1911–1914 Arxivləşdirilib 2013-10-14 at the Wayback Machine
- Маgellan boğazı. — 1969–1978 Arxivləşdirilib 2013-10-14 at the Wayback Machine
- The Straits of Magellan and Oceanographical Setting Arxivləşdirilib 2008-03-06 at the Wayback Machine (ing.)