Mahire Huseynova - Wikipedia
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən)[1][2]
Mahirə Hüseynova | |
---|---|
Professor Mahirə Nağı qızı Hüseynova | |
Digər adı | Mahirə Nağıqızı (təxəllüsü) |
Doğum tarixi | 4 noyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Atası | Nağı Nağıyev |
Elmi dərəcəsi | Filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəMahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparmış, dolğun nəticələr əldə etmişdir. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunmuşdur. Mahirə Nağı qızı Hüseynova (Nağıyeva) 2017-ci il 2 mayda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə etmiş və 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.[3] 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuşdur. Təhsil nazirinin müvafiq əmri ilə 2021-ci ilin aprelindən etibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur.[4]
Təltif və Mükafatları
redaktə- “İlin ən yaxşı müəllimi” - 2003-cü il
- Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı
- “Qızıl qələm” Media Mükafatı Laureatı
- “İlin Alimi” Media Mükafatı Laureatı - 2018-ci il
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
redaktə- III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı;
- Doktorantların və Gənc Tədqiqatçıların XVI Respublika Elmi Konfransı;
- 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresi;
- Bakı Slavyan Universiteti, VI Beynəlxalq Elmi Konfransı;
- Azərbaycan Dövlət Pedaqoji Universiteti, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransı;
- AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Müasir Dilçiliyin Aktual Problemləri Beynəlxalq Elmi Konfransı;
- Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransı;
- Tatarıstan Respublikası,“Dünya türkologiyası və Kazan Universiteti” adlı beynəlxalq elmi-praktik konfrans;
- Azərbaycanın Türkiyə Cümhuriyyəti Qars şəhərindəki Baş Konsulluğu və Qars Qafqaz Universitesinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi” ilə əlaqədar “Geçmişten Günümüze Azerbaycan Cumhuriyeti” adlı panel
Seçilmiş əsərləri
redaktə- “Сравнительное исследование причастия в тюрксkих языках (на основе исследований профессора Г.Мирзоева)”. Хабаршы, Вестник филология сериясы, Серия филологическая, Алматы, 2010, № 1-2.
- “Об исследованиях проф. Гасана Мирзоева, посвященных категории переходности и непереходности глагола”. Известия Таврического националь-ного Университета им.В.И.Вернадского.Научный журнал Серия Филоло- гия. Симферополь, 2010 Том 23 (62).№3.
- “Лингвистические исследования Гасана Мирзоева и их зна¬чение для современной тюркологии”. Материалы III Междуна-родной научнойконфе-ренции. Нальчик, 17ноября 2010 г.
- “Фонологические повторы на языке ашугов народных поэтов Азербайджана в XIX-XX веках (по округу Даралаяз)”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2014. №3 (661).
- “Стилистическая форма выражения диалектизмов в творчестве Азербайджанских ашугов и народных поэтов XIX-XX веков (по материалам Даралаяз)”. Научные исследования в сфере гуманитарных наук: открытия XXI века Пятигорск 2015
- “Literární prostředí ašyghů a lidových basníků Ázerbájdžánu XIX – XX století: zdroje myšlenek a poetická inika prožitých lidem tragedií”. Charles University Prague, ACSC,bulletin. Çeletna 20, Post index 11000, Praha 1.
- “Поэтическая позиция и информационные возможности зоонимов”. Московский Государственный Лингвистический Университет. Вестник. МГЛУ. Москва 2015 г. Магнитогорск, пр. Ленина, 114, ауд. 232.
- “Azerbaycan ozan el şairlerinin eserlerinde hidronimlerin üslubi, sanatsal,ahlaki açıdan özellikleri”. Adıyaman Universiteti , 17 sayı Asos İstanbul 2015.
- “XIX-XX centuries, language and style features of the ashik and folk poets creativity – according to Daralayaz region of the Western Azerbaijan”. Journal Papers on language and literature. Vol.23. No:4. 2016. USA Southern Illinois University.
- On the origin of the names of some Azerbaijani dishes and drinks. British Journal for Social and Economic Research. Volume 3, Issue 2, April 2018
- Çağdaş türk ləhcələrində yemək adları. Tatarıstan Respublikası, Kazan Federal Universiteti. 26 aprel 2018-ci il
Elmi kitabları
redaktə- Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008
- Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009
- Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011
- Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013
- Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013
- Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013
- Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013
- Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
- Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2014
- Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
- Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014
- Müasir Azərbaycan dili: Pedaqoji universitetlərdə bakalavr hazırlığı üçün. (proqram) Bakı: ADPU-nun mətbəəsi, 2018
- Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016
- Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015
- XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015
- Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015
- Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016
- Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
- Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
- Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017
- Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017
- Aşıq və el şairlərinin poetikası. Bakı: 2017
- Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018
- XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018
- Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU nəşriyyatı, 2018
- Üslubi morfologiya (folklor mətnləri əsasında). (dərs vəsaiti). Bakı: ADPU nəşriyyatı, 2018
- Missiya. ADPU-nun nəşriyyatı. Bakı-2019.366 s.[5]
Bədii kitabları
redaktə- Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
- Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006
- Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008
- Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009
- Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010
- Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010
- Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012
- Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
- Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015
- Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015
- Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015
- Ruhuna beşiksə, tanı, Vətəndir. Bakı: Afpoliqraf mətbəəsi, 2017
- Dilimiz - varlığımızdır. Bakı, 2021
- "Salam Olsun (Vətənpərlik şeirləri)". Bakı, 2021[6]
Həmçinin bax
redaktəMahirə Nağı qızı Hüseynovanın sözlərinə bəstələnmiş mahnılar
redaktə- Гурбан Аббасов и Наталья Кудряшова – Журавль
- Cabir Abdullayev – Şükrümüzü qəbul elə, İlahi söz Mahirə Nağıqızı, bəstəkar Hacı Nazim
- Gülüstan Əliyeva – Azərbaycana, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Gülüstan Əliyeva – Layla çal, yatım ana! - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Gülyanaq və Gülyaz Məmmədova – Azərbaycan - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Gülyanaq Məmmədova – Ata Heydər, oğul İlham - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Gülyanaq Məmmədova – Dolanım - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
- Gülyanaq Məmmədova – Ay ana - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
- Gülyanaq Məmmədova – Ana - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
- Gülyanaq Məmmədova – Balam - söz Mahirə Nağıqızı, bəstəkar Arif Səlimov
- Gülyanaq Məmmədova – Gəlmədin - söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu
- Gülyaz - Gülyanaq Məmmədova – Sevirəm de - söz Mahirə Nağıqızı, bəstəkar Ruslan Səfəroğlu
- Gülyanaq Məmmədova – Yarın olmaq istəyirəm - söz Mahirə Nağıqızı, bəstəkar Ruslan Səfəroğlu
- Eldəniz Məmmədov – Ata - söz Mahirə Nağıqızı, bəstəkar Tahir Mahiroğlu
- Ehtiram Hüseynov – Geri qayıtmaz – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
- Abgül Mirzəyev – Nə olar– söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
- Bəyimxanım Vəliyeva – Qısqanıram – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
- Bəyimxanım Vəliyeva və gənc muğam ustaları – Azərbaycan – söz Mahirə Nağıqızı, bəstəkar Tahir Əkbər
- Mətanət İsgəndərli – Gözlərim - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Mətanət İsgəndərli – Leylam - söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Brilliant Dadaşova – Nazlı-Nazlı
- Elnarə Abdullayeva – Nazlı-Nazlı
- Ümidə Mələk – Vətən, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Arzu Qarabağlı – Geri dönsün, söz Mahirə Nağıqızı, bəstəkar Sevinc Mansurova
- Səyyad Aydınoğlu – Xalxalım
- Lalə Məmmədova – Gözəl
- Aşıqların ifasında 70 mahnı
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ https://www.adpu.edu.az/az/professor-mahirae-huseynova-adpu-nun-beynaelkhalg-aelagaelaer-uzrae-prorektoru-taeyin-olunub[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Arxivlənmiş surət". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-09.
- ↑ https://bakuexo.az/xanim-xatun-sair-ancaq-v%C9%99t%C9%99n%C9%99-deyil-onu-sev%C9%99nl%C9%99r%C9%99-d%C9%99-salam-olsun-dedi/[ölü keçid]