Mahmud Quliyev - Wikipedia
Mahmud Nayfalı oğlu Quliyev (22 iyul 1952, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 7 yanvar 2019) — Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı (2000–2016).
Mahmud Quliyev | |
---|---|
Quliyev Mahmud Nayfalı oğlu | |
| |
18 dekabr, 2000 – 3 mart, 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Mərcanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Atası | Nayfalı |
|
|
Təltifləri |
Həyatı
redaktəMahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub. 1959–1969-cu illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində orta təhsil alıb. 1969–1973-cü illərdə D. Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.
1 avqust 1973-cü il tarixdən 21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, 21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.
3 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb. 19 mart 1988-ci il tarixdən 6 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər "Dövlətqaçqınkom"un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş və 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.[1]
2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvü idi.
7 yanvar 2019-cu ildə səhər saatlarında vəfat edib[2].
Mükafatları
redaktə12 iyul 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Respublika Prezidenti tərəfindən Mahmud Nayfalı oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "M.N.Quliyevin Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2016.
- ↑ "Keçmiş icra başçısı vəfat edib". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-07.
- ↑ "M.N. Quliyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il tarixli Sərəncamı" (az.). president.az. 12 iyul 2012, 18:40. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.