Mail Rehimov - Wikipedia
Mail Rəhimov (azərb. Rəhimov Mail Səməd oğlu; 1 oktyabr 1943, Zəngibasar rayonu) — İqtisad elmləri namizədi, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri
Mail Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1943 (81 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMail Rəhimov 1 oktyabr 1943-cü ildə Ermənistan SSR-nin Zəngibasar rayonunun Şura kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.[1]
1966-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işləməyə başlayan M. Rəhimov burada iqtisadçı vəzifəsindən bölmə müdiri vəzifəsinə qədər yüksəlib. 15 il bu müəssisədə işlədikdən sonra 1981-ci ildə o, Dövlət Plan Komitəsinin Xalq təsərrüfatının planlaşdırılması şöbəsinə rəis müavini təyin olunur. Daha sonra M. Rəhimov 1986-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna şöbbə müdiri olub.
M. Rəhimov 1986–1991-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunun Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi kafedrasının dosenti olub.
1991-ci il oktyabrın 25-də M. Rəhimov Prezidentin İcra Aparatında məsləhətçi vəzifəsinə təyin edilmişdir. İki ay bu vəzifədə çalışan M. Rəhimov həmin ilin dekabrında Prezidentin İcra Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinə müdir təyin olunur.
O, 1992-ci il mayın 12-də Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. M. Rəhimov bu vəzifədə 1993-cü ilin mayına qədər çalışmışdır.
M. Rəhimov 1993-cü il iyunun 4-də Azərbaycan Respublikasının Milli Bankının İqtisadi tədqiqatlar və pul-kredit siyasəti idarəsinin rəisi təyin olunub. Burada 1993-cü ilin dekabrına qədər çalışan M. Rəhimov həmin ilin dekabrında Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsinə böyük məsləhətçi təyin olunmuşdur. M. Rəhimov 1996-cı ilin iyununda Prezidentin İcra Aparatının İqtisadi siyasət şöbəsinin müdiri təyin olunub.
2005-ci ildən Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiridir.
İstinadlar
redaktə- ↑ "ADMİNİSTRASİYA: Struktur: Rəhimov Mail Səməd oğlu" (az.). president.az. 2014. 2015-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
Xarici keçidlər
redaktə- Xaqani Səfəroğlu. "Prezident Administrasiyasında kimlər işləyir? - Karyera tanıtımı - II HİSSƏ" (az.). modern.az. 10.04.2012. İstifadə tarixi: 2015-05-27.