Maks Rimelt - Wikipedia
Maks Rimelt (alm. Max Riemelt; * 7 yanvar 1984 - Şərqi Berlin) - Almaniyalı kino aktyor.
Maks Rimelt | |
---|---|
alm. Max Riemelt | |
Doğum adı | Maks Rimelt |
Doğum tarixi | |
Doğum yeri | Berlin, Almaniya |
Vətəndaşlığı | Almaniya |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1997— Bu günə kimi |
Mükafatları | |
IMDb | ID0726262 |
maxriemelt.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəMaks Rimelt Berlin şəhərində anadan olub və indiyə kimi öz doğma şəhərində yaşayır. Onun bir qızı var[1].
Maks heç bir teatr məktəbində təhsil almayıb. Buna baxmayaraq, o özünün ilk aktyorluq fəaliyyətini hələ 11 yaşında, oxuduğu məktəbin teatr dərnəyində həyata keçirmiş və orada bir çox tamaşalarda iştirak etmişdi[1]. Geniş tamaşaçı auditoriyasına Maks Rimeltin adı 1998-ci ilin Milad bayramı günü təqdim olunan "İki tənha məşhur" adlı miniserialın təqdimatından sonra tanınmışdı. Serialın ardınca Maks tezliklə 50-dən artıq fərqli film və televiziya proyektlərində iştirak etməyə dəvət almışdı. Çəkilişlə parallel olaraq Maks uğurla təhsili davam etməyi özünə məqsəd qoymuşdu. 2007-ci ildə o aktyor peşəsində tam iş saatını götürərək, hərbi xidmətdən imtina etmiş və bundan sonra məktəb təhsilini tamamilə dayandırmağı qərara almışdı. Buna baxmayaraq onun orta təhsil aldığını təsdiq edən diplomu var.
1997-ci ildə 13 yaşı olarkən «Öpüş üçün ailə» filmində debyut rol almışdı. İki il sonra «Ayı qaçdı» macəra filmində çəkilmişdi. 2001-ci ildə «Amerikan piroqu»[2] ruhunda rejissor və ssenari müəllifi Dennis Qanzel tərəfindən çəkilmiş Qızlar qızlar filmində baş rol almışdı. Bir sıra telesriallarda («Volf qanunu», «Kobra») ikincidərəcəli rol aldıqdan sonra, o yenidən Dennis Qanzellə iş birliyi bağlamışdı[3]. 2003-cü ildə dram janrında çəkilmiş «Ölüm akademiyası» filmində baş rol alır. Məhz bu film üçün Karlovı Varı Beynəlxalq film festivalında Ən yaxşı aktyor nominasiyası üzrə qalib gəlir[4]. 2010-cu ildə Maks yenidən Qanzel ilə birgə işləyərək, «Gecənin dadı» filmində vampir rolunu oynayır.
Dennis Qansel ilə yanaşı, Rimeltin bədii inkişafını təşviq edən rejissorları sırasına həmçinin Dominik Qraf da daxildir. 2006-cı ildə o aktrisa Cessika Şvarts ilə birgə Dominik Qraf tərəfindən yaradılmış Qırmızı kakadu adlı romantik-dram filmində çəkilmişdi. 14 fevral 2006-cı ildə Berlin kino festivalında «Qırmızı kakadu» filminin premyerası uğurla baş tutmuşdu[5]. Filmindəki performansıyla (Maks bu filmdə "Ziggi" rolunu oynayırdı), o 2006-cı ildə Bavariya Film festivalının "Ən yaxşı gənc kişi aktyor" mükafatına layiq görülmüşdü[6]. Qraf və Rimelt 2008-ci ildə öz birgə əməkdaşlığını "Cinayət qarşısında" adlı triller janrlı filmin çəkilişləri ilə davam etdirdi.
Lakin əsl məşhurluq ona 2013-cü ildə rejissor Ştefan Lakantın Sərbəst eniş filmində Kai Engel adlı homoseksual oğlan rolu gətirmişdi.
Maraqlı faktlar
redaktə- 2013-cü ildə Glamour jurnalı özünün illik siyahısını açıqlayaraq, 100 "Ən seksual gənc aktyor" iştirakçı içərisinə Maks Rimelti də əlavə etmişdi[7].
- Alman tabloidləri Maksın rəfiqəsinin "deyəsən bir az hamilə olduğunu" açıqlamışdı. Cütlüyə yaxın olanlar bu məlumatı təsdiqləmişdilər[8].
- Jurnalistlərin müğənni PSY-ya verdiyi "Hansı məşhurun Gangnam Style'da görmək istərdiniz?" sualına o "Maks Rimelt" - deyərək cavab vermişdi. Bundan sonra Maks gizli olaraq bu rəqsi təcrübə etdiyi deyilir[9].
Filmoqrafiya
redaktə
|
|
Mükafatlar
redaktə- 2005: Almaniyanın Shooting Star Mükafatı
- 2006: Bavariya film Mükafatı - Qırmızı Kakadu filmində ən yaxşı kişi rolu üzrə
- 2007: Sixth Marrakesh International Filmfestival: Ən yaxşı kişi rolunun ifası üzrə Mükafat
- 2008: Dalğa filmi üzrə Undina Film Festivalında Bədii filmdə ən yaxşı gənc aktyor mükafatı
- 2010: Xüsusi performans göstərən aktyor kateqoriyası üzrə Almaniya Televiziya mükafatı.
- 2011: Grimme-Preis - Cinayət qarşısında filmində baş rola görə
- 2013: Sərbəst eniş filmində baş rola görə Hanno Koffler ilə birgə Günter Rorbax mükafatı
Ədəbiyyat
redaktə- Béatrice Ottersbach, Thomas Schadt, Nina Haun (2007), Max Riemelt: „Man muss lernen, sein Selbstwertgefühl nicht über die Schauspielerei zu definieren“ in Schauspieler-Bekenntnisse, Uvk
İstinadlar
redaktə- ↑ 1 2 Biografie Arxivləşdirilib 2011-10-22 at the Wayback Machine (alm.) на сайте www.filmportal.de
- ↑ Mädchen Mädchen Arxivləşdirilib 2011-02-24 at the Wayback Machine (alm.) на сайте www.filmportal.de
- ↑ «Академия смерти» Arxivləşdirilib 2007-08-15 at the Wayback Machine на Metacritic.com. (ing.)
- ↑ 39th Karlovy Vary IFF[ölü keçid] (ing.) на официальном сайте кинофестиваля
- ↑ Release dates for Der rote Kakadu Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine (ing.) на сайте Internet Movie Database
- ↑ Pressemitteilung Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine (alm.) на сайте премии «Bayerischer Filmpreis»
- ↑ [1] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net
- ↑ [2] Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net
- ↑ [3] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.) на сайте http://en.mediamass.net
Xarici keçidlər
redaktə- Maks Rimelt — IMDb səhifəsi
- Max Riemelts Management Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
- Von der Rolle – Porträt von Katja Hübner im Tagesspiegel, 5. Januar 2010, S. 25
- Was ist dein Plan? – Interview mit der Zeitschrift U_mag / April 2008