Malibeyli - Wikipedia
Malıbəyli — Azərbaycan Respublikasının Xocalı rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənd.[2]
Malıbəyli | |
---|---|
39°49′46″ şm. e. 46°47′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.[3]
5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib.[4]
Tarixi
redaktəMalıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir.[5]
Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.
- 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.
- 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.
- 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
- 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.[6]
1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi.[7] Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olmuşdu. 1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus Su-25 təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.
Əhalisi
redaktəKəndin sakinlərinin gəldiyi Malıbəy kəndində, "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, 170 evdə 950 şiə kürd yaşayırdı.[8] 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1,224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.[9]
Tanınmış şəxsləri
redaktə- Malıbəyli Cümşüd — müğənni-xanəndə
- Malıbəyli Həmid — müğənni-xanəndə və tarzən
- Naib Şirinov — coğrafiya elmləri doktoru, professor
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://wikimapia.org/1974471/ru/%D0%9C%D0%B0%D0%BB%D1%8B%D0%B1%D0%B5%D0%B9%D0%BB%D0%B8.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Şuşanın Malıbəyli kəndində erməni vandalizmi- VİDEO
- ↑ "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007.
- ↑ "Erməni terror aktları". 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.
- ↑ "Ermənilər Xocalıdan Əvvəl Malıbəylidə Soyqırıma Hazırlaşırdılar". 2011-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. 623 с.