Maliy Taymir - Wikipedia
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir.
Malıy Taymır adası | |
---|---|
rus. остров Малый Таймыр | |
Ümumi məlumatlar | |
Sahəsi | 250 km² |
Uzunluğu |
|
Eni | 8 km |
Hündür nöqtəsi | 30 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
78°07′00″ şm. e. 107°13′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır[1].
Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür.
Coğrafi yerləşməsi
redaktəMalıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir. Elədə hüdür olmayan ada cənuba doğru nisbətən yüksəlir. Ada əsasən 6–15 m yüksəkliklərdən ibarətdir. Qumlardan ibarət olan ada çox illik qrunt buzları ilə örtülüdür. Adada uzunluğu 5–6 km olan dörd axar vardır (Xolodnıy, İlistıy, Pravıy Tundrovıy, Profolnıy). Digərləri isə kiçikdir. Onların çoxu şimala axır.
Adanın coğrafi obyektləri
redaktə- Nizkiy burnu— Hündürlüyü 1,5 metr olan obyekt Malıy Taymırın[2] qərbində yerləşir. Sahilə paralel 1,4 km uzanır.
- Malıy Taymır ada qütb stansiyası — Stansiya Oqloblinka burnunda, Nizkiy burnundan 8 km şimal-qərbdə yerləşir. Bu stansiya 1943-cü ildən 1994-cü ilə dəqər fəaliyyət göstərib.
- Murmanes burnu — Malıy Taymır adasının cənubunda elədə böyük olmaya burundur. Qərbə istiqamətlənmiş formadadır. Burundan bir qəfən aralıda xatirə lövhəsi yerləşdirilmişdir.
- Firfarova burnu — Malıy Taymırın şimal qutaracağıdır. 5 metr hündürlüyə malildir. Ddənizdən laqunla ayrılmışdır.
Yaxınlığında yerləşən kiçik adalar
redaktə- Oktyabryunok adası — dairəvi ada 1,3 km radiusa malikdir. Cənub hissədə elədə böyük olmayan buxta yerləşir. Malıy Taymırda 250 m şimalda yerləşir. Namıvnoy burnu yaxınlığında yerlışir.
- İzmençivıy adası — 1,4 km uzunluğa malik ada. Cənuba doğru uzanan yarımadası vardır. Kiçik Taymır adasından 300 m şimalda yerləşir. Xolodnıy çayının mənsəbi yaxınlığındadır. Bundan əlavə adanın şimal sahillərində 12 kiçik ada vardır.