Malakka Seheri - Wikipedia
Malakka şəhəri (malay Bandaraya Melaka), Malayziyanın Malakka əyalətinin Melaka Tengah Bölgəsindəki paytaxtıdır . 2019 etibarı ilə əhalisi 579.000-dir. Malakka Şəhəri, yaxın zamanda Asean Təmiz Turist Şəhəri Standart Mükafatı 2018–2020-nin Milli Qazananı olaraq mükafatlandırılan cənub-şərqi Asyadakı ən təmiz şəhərlərdən biridir. Malakka Sultanlığı dönəmində uğurlu bir antrepo halına gələn Malakka Boğazındakı ən qədim Malayziya şəhəridir . Bugünkü şəhər, Srivijaya Majapahitə düştüyündə Malay Yarımadasına qaçan Sumatra şəhzadəsi Paramesvara tərəfindən quruldu . Malakka Sultanlığının qurulmasının ardından şəhər, Yaxın Şərq, Cənubi Asiya və Şərqi Asiyadan gələn tacirlərin yanı sıra Asiyadakı ticarət yoluna hakim olmağı hədəfləyən Portuqallarında marağına səbəb oldu. Malakka Portuqallar tərəfindən fəth edildikdən sonra , Açeh və Johor səltənətləri Portuqalyanın idarəsini ələ keçirməyə çalışdığında şəhər bir savaş yeri halına gəldi. Bu bölgələr arasındakı bir dizi savaşın ardından, Açehin təsiri azalərkən, Johor həyatda qaldı və Johor, Yava və Maluku Adaları üzərində hakimiyyət qurmaq üçün gələn Hollandiyalılarla işbirliyi ettiyində , daha öncə Sumatrada Açehə itirdiyi torpaqlar üzərindəki təsirini genişlətdi . Ancaq, Malay və Bugis arasındakı saray daxili çəkişmələr səbəbiylə Johor-Riau İmperatorluğu, Johor və Riau-Linqqa səltənətlərinə bölündü. Bu ayrılıq, İngilislərin Malay Yarımadasında varlıqlarını təsis etmək üçün gəlməsiylə qalıcı hala gəldi. İngilislərin varlığında onsuzda təhdit altında hissedən Hollandiyalılar, Sumatranın geri qalanıyla birlikdə Riau-Linqqa Sultanlığını fəthetməyə başlarkən, Johor, 1824 İngilis-Hollandiya Anlaşmasının imzalanmasının ardından İngilis təsiri altına girdi . İngilislər təsirini Malay Yarımadasına yaymağa nail olanda, şəhər qısa zamanda Britanya İmperatorluğunun bir parçası olaraq Boğazlar Yerləşimləri altında bir inkişaf sahəsi halına gəldi . İnkişaf və filizlənən rifah, Yaponlar 2. Dünya Savaşına gəlib 1942-dən 1945-ə qədər bölgəni işğal ettiyində dayandı . Savaşdan sonra şəhər İngilislərə verildi və Malakkanın paytaxtı olaraq qaldı. Paytaxt statusu Malayziyanın var oluşuna qədər qaldı 1963-də və 2008-də George Town of Penang ilə birlikdə uzun tarixi səbəbi ilə UNESCO Dünya Mirası siyahısına girdi .
Malakka | |
---|---|
malay Bandaraya Melaka | |
2°11′20″ şm. e. 102°15′04″ ş. u.HGYO | |
Ölkə | Malayziya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1396 |
Sahəsi |
•Şəhər-277 km 2 (107 mil 2) •Aqlomerasiya-307,86 km2 ( 118,87 mil2) |
Mərkəzin hündürlüyü | 6 m (20 fit) |
Saat qurşağı | UTCUTC+8 |
Əhalisi | |
Əhalisi | 579.000 nəfər (2019) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +60 6 |
Poçt indeksi | 75xxx-dənn 78xxx-ə |
Digər | |
mbmb.gov.my | |
Vikianbarda əlaqəli mediafayllar |
Malakka şəhrinin iqtisadiyyatı böyük ölçüdə turizmə əsaslanır. Şəhər Malakka əyalətinin iqtisadi mərkəzi olaraq bir çox beynəlxalq konfransa ve ticarət fuarına da ev sahipliyi etməkdədir. Şəhər , 2013 ilində Çin tərəfindən önə sürülən Dəniz İpək Yolu üzərində yer almaqdadır . Malakka şəhərindəki turistik yerlər arasında Porta de Santiago , Jonker Walk , Little India , Portuqal Yerləşimi , Stadthuys , Dənizcilik Muzeyi , Christ Church , "Malakka Sultanate Palace" Muzeyi və Sarı Qülləsini göstərmək olar.
Tarixi
redaktəHollandiya Meydanı, Stadthuys , Christ Church , Britanya Kraliçəsi Viktoria Çeşməsi kimi Hollandiya binaları və gec dönəm cömərt bir Çin kralı Tan Beng Sveenin şərəfinə inşa edilən Tan Beng Svee Saat qülləsinin Çinli yerləşim yapılanması ilə çevrili bir ərazidir . Portuqalya izləri çoxunluqla Malakka çayı sahilindəki meydanda və Əziz Petrus Kilsəsində də görüləbilən Porta do Santiaqodadır . Kuomintang Cenotaph ( Malakka düyüşçü abidəsi )) Bukit Sinada Malakkadakı minlərcə Çinlinin işğalları sırasında Yaponlar tərəfindən öldürüldüyü bir abidə var .[1]
Etimologiya
redaktəƏfsanəyə görə, Sumatra şəhzadəsi Paramesvara oraya gəldiyində indi Malakka Şəhəri olan yerə Malaka adı verildi. Malakka ağacı olaraq bilinən bir ağacın altında dincələrkən , döyüşçüsünün ov itlərinin kiçik bir siçan maralı tərəfindən meydan oxunduğunu və çaya düştüyünü gördü . Bununla əylənərək, altına oturduğu ağacın adını Malaka olaraq seçdi . Şəhər Portuqalya idarəsi altına girdiyində adı "Malaca", Hollandiya idarəsi altında "Malakka" və "Malacka" olaraq İngilis idarəsi altında yazıldı. Malakka boğazı Malakka Sultanlığı zamanında şəhərin adını almışdır .[2]
Şəhər
redaktəMalakka şəhəri, Malakka əyalətinin siyasi və iqtisadi idarəsinin mərkəzidir.Şəhər Kesidanq, Kota Laksamana, Duyonq, Bəmdər Hilir və Telok Mas əyalət məclis bölgələrindən əyalət məclisinə beş təmsilci seçər. Avtoritariya və şəhər tanımı Şəhər , Malakka Şəhər Məclisi ( Mallis Bandaraya Melaka Bersejarah , MBMB) tərəfindən idarə edilməkdədir . Öncədən Malacca Bələdiyyə Məclisi ( Majlis Perbandaran Melaka Bandaraya Bersejarah , MPMBB) olaraq bilinən bölgə, 1 Yanvar 1977-də 114,7 mil2 (303 km2) yeni bir birləşik ərazj ilə "Malakka Bələdiyyə Bölgəsi" ilə birləşdirildi. Daha sonra 15 Aprel 2003-də MPMBB, Hang Tuah Jaya Bələdiyyə Məclisi (MPHTJ) üçün ayrılan 57.66 km2 ərazinin bir qismindən öncə MBMB-yə yüksəldildi . MBMB ərazisi , 30.86 km2-lik yeni bir idarə mərkəzi ilə ərazi islahının bir nəticəsi olaraq hal-hazırda 277 km2-dır . Bu ərazilər birlikdə 307.86 km2-lık böyükşəhər ərazisi . 2016 etibarı ilə mövcut bələdiyyə başçısı Zainal Hussin-dir.
Coğrafiya
redaktəŞəhər, Malakka çayının iki sahilində , Malakka Boğazının yaxınlığında yer almaqdadır . Şəhər, Malayziyanın paytaxtı Kuala Lumpurdan təxminən 152 km uzaqlıqdadır . Böyük ölçülü ərazi islahı səbəbi ilə, özəlliklə cənubda böyümüşdür. Ərazinin morfoloji özəllikləri, sahildənn uzanan düz ve yüngül dalqalı ərazi ilə xarakterizə edilir.
Şəhərin tarixi mərkəzi bölgəsi, köhnə sahil xərtinin yaxınında yer almaqdadır; çayın sağ (şərq) sahilində Portuqal qalasının qalıntıları ve Hollandiya Meydanı ilə St Paul Təpəsini və sol (qərb) yaxasında köhnə Çin Məhəlləsini təşkil edir . Böyük bir qədim Çin məzarlığının tapıldığı Çin Təpəi ( Bukit Cina ), daha öncə şəhərin şimal-şərqində yer alırdı, ancaq indi hər tərəfi yeni binalarla çevrəlidir.
İqlim
redaktəMalakkanın havası il boyunca isti və nəmlidir və sıxlığı ilin zamanına bağlı olaraq dəyişir. Malayziyanın ən quraq şəhərlərindən biridir və 2.000 mm-nin (79 inç) biraz altında yağış alarkən, Malakka Yarımadasındakı əksər bölgə ildə ortalama 2.500 mm (98 inç) yağış alır. Bununla birlikdə, ortalama yağış hər ay 100 mm-dən (3,9 inç) çox olduğu üçün Malakkanın quraq mövsümü yoxdur. Malakka , Köppen iqlim sinifləndirmə sisteminə görə tropik bir həmişəyaşıl meşə təbii zonasına sahipdir.Siklon yoxdur saf bir ekvator iqlimidir. Nisbətən sabit hava, Malakkanın il boyunca ziyarət edilə bilməsinə imkan verir.
Demoqrafiya
redaktə2010-damı Malayziya əhali sayımı, Malakka şəhərinin əhalisinin 484.885 olduğunu göstərdi. Malaylar 273.844 ilə əksəroyyəti təşkil edərkən , onu 158.828 ilə Çinlilər , 20.310 ilə Hindlilər və toplam 9.732 ilə digərləri izlədi. Təxminən 22.171 insanın Malayziya vətandaşı olmadığı təspit edildi. Malakka Sultanlığı dönəminden bu yana çox sayıda millətlər arası evlilik səbəbiylə, şəhər Baba Nyonya , Şitti ve Kristanq xalqlarından təşkil olunan öz etnik qarışımlara sahipdir. Malayların əksəriyyəti Müsəlmandır və Çinlilər və Peranakanlar ya Buddistdir ,Konfusuçilər , Taoçular və ya Çin xaq dininin digər məzhəplərindən olan insanlar . Şitti də daxil olmaq üzərə Qızıldərililərin əksəriyyəti Hindu , Kristanqların isə Xristiyandı.
Baba Nyonya , Malakka Sultanlığı dönəminden bəri tacir olaraq nəsillər boyu iqamət edən ve yerli Malay qadınlarıyla evli olan Boğazlar doğumlu Çinlilərdir. Yerli mədəniyyəti və Malay dilini həyatlarının bir parçası olaraq mənimsədilər və eyni zamanda Çin mirasının və dini adətlərinin bir qismini qorudular. Şittilər ayrıca Hintli tacirlər ilə Malaylar, Cavalılar , Bataklar və Çinlilər kimi müxtəlif etnik kökəndən yerli qadınlardan olan bir qarışımdır. Kristanq, Portuqalya Malakkası dönəmində Avropalı Portuqalyalı kişilərin Malay qadınlarla evlənməsinin bir nəticəsi olaraq var oldu. [3]
Dil
redaktəŞəhərdə danışılan ana dil Malayca və İngiliscədir, ancaq Baba Nyonya və Şittinin şəhərlərində sırasıyla Baba və Şittikreolesin öz ləhcələri vardır. Malakka Portuqalcası, Kristanq dili olaraq bilinən öz Portuqal kreol ləhcəsinə sahipdir .
İqtisadiyyatı
redaktəMalakka Sultanlığı dönəmindən bu yana, şəhər uğurlu bir antrepo olaraq inkişaf etdi və onu Venesiya , Qahirə ve Kanton ilə eyni səviyyəyə gətirdi . Avropa fəthi başladığında Malakka, uzun zamandır davam edən Avropa mirasına sahib kozmopolit bir şəhər halına gəldi. Səltənət dönəmində Çinli tacirlərin və hambalların gəlişi ve Avropa kolonizasiyasını, özəlliklə Hollandiyalıların və İngilislərin idarəsi sırasında iqtisadiyyatda böyük bir artım gördü. Müasir zamanlarda turizm,hasilat sənayesindən daha üstündür.Tarixi zənginlikləri səbəbiylə bir çox yerli və xarici turisti şəhəri ziyarətə çəkən mədəni təsirlər dövlət iqtisadiyyatının gəlir mənbəyinə çevrildi. Dəniz İpək Yolu üzərindəki strategik mövqeyinə əlavə olaraq şəhər, dünya iqtisadi gücləri olaraq Çin və Hindistanın yüksəlişindən də yararlandı . Malakka Şəhəri, Malakka Beynəlxalq Ticarət Mərkəzində çox sayda milli, bölgəsəl və beynəlxala konfrans, konqre və ticarət fuarına ev sahipliyi etmişdir . 2016-nın başlarında, Malakka əyalət höküməti, ticarət mərkəzlərini, yüksək təhsili, misafirpərvərliyi və ticarəti əhatə edəcək olan Hang Tuah Ticarət Mərkəzi olaraq bilinəcək şəhər mərkəzində yeni bir iqtisadi qalxınma bölgəsi inkişaf etdirməyə başladı.
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20151011230311/http://www.mbmb.gov.my/latar-belakang/ Tarixi Şəhər Məclisi
- ↑ https://web.archive.org/web/20150927030721/http://www.tribuneindia.com/news/spectrum/travel/where-malaysia-was-born/137296.html/ Malakkanın doğduğu yer
- ↑ https://books.google.com/books?id=T92ajjSBi_wC&pg=PR11/ Arxivləşdirilib 2023-03-20 at the Wayback Machine Malayziyadakı Hollandiyalıların tarixi