Malay Federasiyasi - Wikipedia
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) [1]. Paytaxtı — Kuala Lumpur.
Tarixi dövlət | |||||
Malay Federasiyası | |||||
---|---|---|---|---|---|
malay Persekutuan Tanah Melayu malay ڤرسكوتوان تانه ملايو | |||||
|
|||||
|
|||||
Paytaxt | Kuala Lumpur | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu [2]. Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu.
Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər.
31 avqust 1957-ci ildə [3] Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu [4]. .
1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər [5], 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu [6].
İstinadlar
redaktə- ↑ See: Cabinet Memorandum by the Secretary of State for the Colonies. 21 February 1956 Federation of Malaya Agreement
- ↑ "Multinational federation". https://books.google.ch. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-09.
- ↑ The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c. 60) Arxivləşdirilib 2017-10-10 at Archive-It
- ↑ "Federation of Malaya Independence Act 1957" (ingilis). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-17.
- ↑ "No.10760: Agreement relating to Malaysia" (pdf). United Nations Treaty Collection. United Nations. July 1963. 2011-05-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-07-29.
- ↑ "United Nations Member States (2006)" (ingilis). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-17.
Xarici keçidlər
redaktə- Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52)
- The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c. 60)
- United Nations Treaty Collection: No.10760: Agreement relating to Malaysia