Malayziya Hemkarlar Ittifaqlari Konqresi - Wikipedia
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir.
Malayziya Həmkarlar İttifaqları Konqresi | |
---|---|
Yaranma tarixi | 1949 |
mtuc.org.my |
Tarixi
redaktəMalayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır.
Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır.
Fəaliyyəti
redaktəKonqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır.
Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb. Təşkilatın ölkənin iqtisadi həyatında da böyük rolu var.
Ali orqanı
redaktəKonqresin ali orqanı üç ildən bir keçirilən qurultaydır.
Tərkibi
redaktəKonqresin tabeçiliyində 23 təşkilat fəaliyyət göstərir. Onların sıralarında kənd təsərrüfatı, elektroenergetika, su, tikinti, xidmət, nəqliyyat, rabitə, dövlət işçiləri və digər həmkarlar ittifaqı təşkilatı var.
Hazırda 800 mindən çox üzvü var.
Rəhbərləri
redaktəTəşkilata Məhəmməd Xalid Atan rəhbərlik edir.
Xarici əlaqələri
redaktəBeynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Mənbə
redaktə- AFAQ. Malayziya Həmkarlar İttifaqları Konqresi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 16.03.2013. (az.)
Ədəbiyyat
redaktə- International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Xarici keçidlər
redaktə- mtuc.org.my — Rəsmi saytı