Malqoc Yavuz Eli Pasa - Wikipedia
Malqoç Yavuz Əli Paşa (XVI əsr – 26 iyul 1604, Belqrad) — III Mehmed və I Əhməd dönəmində 16 oktyabr 1603–26 iyun 1604 tarixlərində ümumilikdə 9 ay 11 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır
Malqoç Yavuz Əli Paşa | |
---|---|
يافوز علي باشا | |
16 oktyabr 1603 – 26 iyun 1604 | |
Əvvəlki | Yemişçi Həsən Paşa |
Sonrakı | Sokulluzadə Lələ Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Bosniya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Həyatı
redaktəƏslən bosniyalı olan Malqoçeviç ailəsində dünyaya gəlmiş, bosniyalı yeniçəri ağası Saleh ağanın qohumudur.[1] Əndəruna daxil olaraq silahdarlıq rütbəsinə qədər yüksəldi.
Daha sonra 1601-ci ilin iyul ayında Misir hakimi təyin olundu. Misir hakimi ikən 23 sentyabr 1603 tarixində III Mehmedin sədrəzəmi Yemişçi Həsən Paşa sədarətdən alınaraq edam edilmiş, əvəzinə dövlət işlərində bacarıqlı bir dövlət adamı tapılmadığından Misirə xəbər göndərilmiş və Malqoç Yavuz Əli Paşa sədrəzəm təyin edildi. Yavuz Əli Paşa İstanbula gələnə qədər sədarət vəkili olaraq Qasım Paşa vəzifələndirildi.[1]
Yavuz Əli Paşa paytaxta gəlib çatana qədər III Mehmed 21 dekabr 1603 tarixində vəfat etdi. Onun yerinə 13 yaşlı oğlu I Əhməd taxta çıxdı. Cülus mərasimindən bir həftə sonra Yavuz Əli Paşa 1.200.000 yaxın iki illik Misir xəzinəsi ilə paytaxta çatdı. Bu xəzinədən 700 min qızıl qapıqulu ocağına cülus bəxşişi olaraq paylandı.
Yavuz Əli Paşa paytaxta gəlib çatanda Osmanlı ordusunun bir qismi Avstriya cəbhəsində, bir qismi Macarıstan cəbhəsində, az bir hissəsi isə Səfəvi cəbhəsində döyüşlərə davam edirdi. Bundan başqa Anadolu torpaqlarında hələ də davam edən Cəlali üsyanları dövlətin üzərində ağır yükə çevrilmişdi. Yeni sədrəzəm gənc padşaha Avstriya və Səfəvi cəbhəsinə iki ayrı sərdar-ı əkrəmin təyin edilməsini və özünün də paytaxtda qalaraq döyüşləri tənzimləməyi məsləhət gördü. Ancaq I Əhməd Yavuz Əli Paşanın Avstriya sərdarı, kaptan-ı dərya Cığalızadə Yusif Sənan Paşanın isə Səfəvi sərdarı olaraq cəbhəyə getməyini əmr etdi. Əlbəttə ki, sultanın bu qərarında baş tərbiyəçisi və lələsi olan Əl-hac Mustafa ağanın rolu böyükdür.[1]
Səfərə çıxdıqdan qısa müddət sonra anidən xəstələnən Yavuz Əli Paşa 26 iyul 1604 tarixində Belqraddakı Osmanlı ordugahında vəfat etdi.[1]
Bəzi qaynaqlarda Misirdən geri qayıdarkən yanında 6 dilsiz cəlladla gəldiyi qeyd olunur. Bu da onun qəddar və zalım bir vəzir olması kimi izah olunur.