Maman Heykel - Wikipedia
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm).[3] Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır.[3] Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir.[4]
Maman | |
---|---|
Maman | |
| |
Ölkə | |
Heykəltaraş | Luiza Burjua |
Tikilib | 1999[1] |
Hündürlüyü | 10.236 mm[2] |
Material | paslanmayan polad, tunc, mərmər |
Saxlanıldığı yer | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfə və mənası
redaktəLuiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.[5] Burjua bu heykəllə anasının gücünə, verdiyi tərbiyəyə, toxuculuğuna, ipəyirmə sənətinə istinad etmişdir.[6] Luizanın anası Cozefina atasının Parisdə yerləşən xalça bərpaçılıq emalatxanasında divar xalçaları bərpa edən qadın idi.[5] Burjua 21 yaşında ikən anası naməlum xəstəlikdən vəfat etmişdir. Anasının ölümündən bir neçə gün sonra Luiza düz atasının qarşısında özünü Bevr çayına atmışdır, lakin atası üzərək onu xilas etmişdir.[7]
Hörümçək mənim anam üçün odadır. O, mənim ən yaxşı dostum idi. Anam hörümçək kimi toxuyurdu. Mənim ailəm xalça bərpaçılığı biznesi ilə məşğul olurdu və mənim anam emalatxananın məsuliyyətini daşıyırdı. Anam hörümçəklər kimi ağıllı idi. Hörümçəklər ağcaqanadların məhv edilməsinə yaxından iştirak edirlər. Biz bilirik ki, ağcaqanadlar xəstəlik daşıyıcısıdırlar və buna görə də arzu edilməyən canlılardır. Buna görə də hörümçəklər mənim anam kimi əhəmiyyətlidirlər. Luiza Burjua[6]
|
Daimi sərgiləndiyi yerlər
redaktəHeykəlin bəzi versiyaları bəzi yerlərdə daimi sərgilənir.
- Teyt Modern, London — bu heykəlin 2008-ci ildə bu muzeyə verilməsi Teyt Modern üçün tarixi an hesab olunur. Heykəl ilk öncə Turbin zalında sərgilənmişdir, daha sonra 2000-ci ildə qalereyanın xaricində nümayiş etdirilmişdir. Hal-hazırda heykəl sərgilənmir.[8] Heykəlin sərgilənməsi əyləncəli və təəccüblə qarşılanmışdır. Teyt Modernin sahib olduğu heykəl öz versiyalarında içərisində paslanmayan poladdan hazırlanmış yeganə nümunədir.[6]
- Kanada Milli Qalereyası, Ottava — Kanada Milli Qalereyası 2005-ci ildə heykəli 3,2 milyon dollar qarşılığında satın almışdır. Bu zaman bu qiymət tənqidçilər tərəfindən yüksək hesab olunmuşdur.[9]
- Quqqenhaym Muzeyi, Bilbao[10]
- Mori İncəsənət Muzeyi, Tokio[11][12]
- Samsunq İncəsənət Muzeyi, Seul[13]
- ABŞ İncəsənət Kristal Körpülər Muzeyi, Bentonvill, Arkanzas
Müvəqqəti sərgiləndiyi yerlər
redaktə- Rokfeller Mərkəzi, Nyu York (2001)[3]
- Haaqa Şəhər Zalı, Haaqa (2001)[3]
- Ermitaj, Sankt-Peterburq (2002)[3]
- Nytorv, Kopenhagen (2003)
- Mariyakerke, Ostende (2006)
- Tyuilri bağı, Paris (2008)[14]
- Pompidu Mərkəzi, Paris (2008)[15]
- Müasir İncəsənət İnstitutu, Boston, Massaçusets (27 mart 2007-2 mart 2008)
- Kapodimonte muzeyi, Neapol (18 oktyabr 2008-25 yanvar 2009)
- Proa Fondu, Buenos-Ayres (2011)[15]
- San-Paulu Müasir İncəsənət Muzeyi, San-Paulu (2011)
- Bundesplatz, Bern (24 may 2011-7 iyun 2011)[14]
- Bürkliplatz, Sürix (10 iyun 2011-2 avqust 2011)[14]
- Neuve sarayı, Cenevrə (3 avqust 2011-28 avqust 2011)
- Beyeler binası, Rien/Bazel (3 sentyabr 2011-8 yanvar 2012)[14]
- Hamburq kunsthalı, Hamburq (23 yanvar 2012-17 iyun 2011)
- Qətər Milli Konvensiya Mərkəzi, Doha (20 yanvar 2012-1 iyun 2012) — İlk dəfə Luiza Burjuanın əsərlərindən biri Orta Şərqdə sərgilənmişdir. Sərgi Qətər Muzey Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.[16][17]
- Ropponqi təpələri, Tokio (2012-2013)
- Qətər Milli Konvensiya Mərkəzi, Doha (fevral 2014)
- Meksika İncəsənət Sarayı, Mexiko (15 noyabr 2013-2 mart 2014)
- Stokholm Müasir İncəsənət Muzeyi, Stokholm (2015-h.h.)
Qalereya
redaktə-
Bilbao
-
Mexiko
-
London
İstinadlar
redaktə- ↑ https://www.beaux-arts.ca/magazine/sous-les-projecteurs/la-sculpture-maman-de-louise-bourgeois-une-transposition-musicale-de.
- ↑ https://www.tate.org.uk/art/artworks/bourgeois-maman-t12625.
- ↑ 1 2 3 4 5 "Maman". Collections. The National Gallery of Canada. 4 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ Manchester, Elizabeth. "Summary". Louise Bourgeois : Maman 1999. Tate, London. December 2009. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ 1 2 Louise Bourgeois, Spider (1996) Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine Christie's Post-War Contemporary Evening Sale, 8 November 2011, New York.
- ↑ 1 2 3 "Tate acquires Louise Bourgeois's giant spider, Maman". Teyt. 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-11.
- ↑ Louise Bourgeois, 5 March - 2 June 2008 Arxivləşdirilib 10 iyul 2015 at the Wayback Machine Centre Pompidou, Paris.
- ↑ "Maman". Collection. Tate Modern. 12 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2014.
- ↑ "Home To Maman: getting to know the mother of all sculptures in the Ottawa landscape". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.
- ↑ Beaven, Kirstie. "Louise Bourgeois: Maman Work of the Week, 1 June 2010". Tate, London. 3 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ Martin, Amy. "Louise Bourgeois and Her Most Famous Piece: Maman". Art History. Answers Corporation. 19 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 January 2014.
- ↑ Richmond, Simon; Dodd, Jan. Roppongi Hills // The Rough Guide to Japan (5th). London: Rough Guides. Penguin, 2011. səh. 223. ISBN 1405389265. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.
- ↑ "Maman". Collection. Leeum. 6 January 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ 1 2 3 4 "Louise Bourgeois's Sculpture "Maman" on Tour Prior to Major Exhibition at Fondation Beyeler". artdaily.org. 23 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2014.
- ↑ 1 2 de Arteaga, Alicia (February 13, 2011). "Una araña gigante en La Boca" Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine. La Nación. Retrieved 18 February 2011.
- ↑ "Louise Bourgeois Solo Show to Open in Qatar". 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.
- ↑ "Louise Bourgeois: Conscious and Unconscious". 2014-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.
Xarici keçidlər
redaktə- Ottavada -CBC Archives (Yayım: 10 may 2005)
- Video : "Onlar dırmaşırlar" — Vimeo
- Luiza Burjua - Maman Arxivləşdirilib 2018-08-08 at the Wayback Machine — Kanada Milli Qalereyası (videolar)