Mamay Xan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi.
Mamay | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 1380 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | rəhbər, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər. Burada tarixən döyüş yeri olan Kalka (Kalçık) çayı boyunda onun Toxtamış xanla son döyüşü oldu. Qıpçaqlara birləşən ruslar onların böyük yardımı ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüşdən canını zorla qurtarıb Krıma qaça bildi. Krım torpaqlarına çəkilən Mamayı uğursuzluq burada da izləməkdəydi. Az sonra Kafa şəhərində (indiki adı Feodosiya) xaincəsinə öldürüldü.