Manaqua Golu - Wikipedia
Manaqua gölü (isp. Lago de Managua) — Nikaraqua ərazisində yerləşən göl. Sahəsi 1,042 km², uzunluğu 65 km, eni isə 25 km-dır. Gölün adı "manague" (eyniadlı qəbilə adı) ilə "agua" ("su") kəlimələrinin birləşməsindən yaranmışdır. Bu adı gölə ispan konkistadorları vermişlər. Manaqua şəhəri Nikaraquanın paytaxtıdır və ölkənin cənub-qərb sahilində yerləşir.
Manaqua gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 39 m, 41 m |
Eni | 32 km |
Uzunluğu |
|
Sahəsi |
|
Həcmi | 8 km³ |
Dərin yeri | 80 m |
Yerləşməsi | |
12°20′ şm. e. 86°25′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sel basqınları
redaktəManaqua gölünün səviyyəsi leysan yağışlar yağan zaman əhəmiyyətli dərəcədə yüksəlir. Ən yüksək su səviyyəsi 1933-cü ildəki sel basqını zamanı qeyd edilmişdir[2]
1998-ci ildə baş verən Miç qasırğası zamanı beş gün içində gölün səviyyəsi 3 metr yüksəlmiş və yaxınlıqdakı yaşayış məntəqələri su altında qalmışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında daha güclü bir sel meydana gəlmişdir. O vaxtdan dəniz səviyyəsindən 42.76 metr yüksəkdən aşağıda, sel basma ehtimalı böyük olan ərazilərdə yaşayış məntəqlərinin salınması qadağan edilmişdir.[2]
Çirklənmə
redaktəBəzi yazarlar Manaqua gölünü "Mərkəzi Amerikanın ən çirkli gölü"[2] hesab edir. 1927-ci ildən bəri şəhərin axıdılan kanalizasiya suları üzündən göl ciddi dərəcədə çirklənməyə məruz qalmışdır.[3] 2009-cu ildə Manaquada Böyük Britaniyanın "Biwater" şirkəti tərəfindən müasir tullantı suları arıtma təsisi qurulmuşdur. Şəhər tullantıları gölün suyunun 40%-ni təşkil edir.[2]
Sel basqınlarını nəzərə almasaq, göl bu gün Tipitapa çayı boyunca Nikaraqua gölünə sabit bir çıxışa sahib deyil. Bu səbəbdən suyun çirklənmə səviyyəsi azalmır. Ancaq buna baxmayaraq manaqualıların bir qismi hələ də göl sahilində yaşayır və buradan tutduqları balıqları yeyir.[2]
Faunası
redaktəManaqua gölündə təxminən 20 balıq növü var.[2]
Şəkillər
redaktə-
Momotomba vulkanı
-
Tipitapadan göl mənzərəsi
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Duqlas Heynes. Dibin dibindəki göl. VQR, yay, 2011
- Heyzel Planket. Nikaraqua: Xalq, Siyasət və Mədəniyyət Rəhbəri. Bir birinə bağlı kitablar, 1 dekabr 2001. səh. 71