Mansfild Parki - Wikipedia
Mansfild parkı — Ceyn Ostinin üçüncü yazdığı romanı. 1814-cü ildə nəşr edilmişdir. Romanda əvvəllər diqqətçəkməyən, özünəqapanmış bir qız olan Fanni Praysın əsl qəhrəmana çevrilməsi və bu müddət ərzində özünü Bertram ailəsinə qəbul etdirmək üçün apardığı mübarizədən bəhs edilir.
Mansfild parkı | |
---|---|
ing. Mansfield Park | |
| |
Müəllif | Ceyn Ostin |
Orijinalın dili | İngilis |
Ölkə | Böyük Britaniya |
Orijinalın nəşr ili | may 1814 |
Nəşr | 1814 |
Əvvəlki | Qürur və Qərəz[d] |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Roman ilk dəfə Tomas Eqerton tərəfindən nəşr edilib. İkinci nəşri isə 1816-cı ildə Con Mörrey tərəfindən olunmuşdur. Kitab ilk dəfə nəşr edildikdə tənqidçilər tərəfindən heç bir diqqət almadı, ilk dəfə 1821-ci ildə kitab haqqında ilk tənqidi mövqe bildirildi.
20-ci illərdən sonra isə tənqidçilərin mövqeyi mübahisəli olmağa başladı. 21-ci əsrdə fəaliyyət göstərən yazıçı Paula Birne bu əsəri Ceyn Ostinin ən gözəl romanlarında biri adlandırdı. Lakin Mansfild parkı romanında Britaniyada köləlik haqqında qısa məlumat veridlyi üçün Ostinin ən mübahisəli əsərlərindən biri hesab olunur.
Romanın iki ədəd film versiyası var: Birinci versiyası 1999-cu ildə, ikinci versiyası isə 2007-ci ildə çəkilmişdir.
Süjet xülasəsi
redaktəFanni Prays Portsmutdan olan yoxsul bir ailənin qızıdır. 10 yaşı olarkən ailəsini onu Nortqemptonşir əyalətində yaşayan xalasının yanına göndərilir. Bu onun həyatında böyük dəyişiklik idi, çünki o, əvvəllər evin böyük övladı olduğu halda burada evin ən kiçiyi idi. Bir gün xalası uşağı Edmund onun tək olduğunu görür və ona kömək edir.
Tənqidçilərin mövqeyi
redaktəMansfild parkı əsəri ilk öncə tənqidçilərin nəzərindən uzaqda qalsa da, ictimaiyyətdə müvəffəqiyyət qazandı. İlk nəşri altı ay ərzində satıldı və 1816-cı ildə ikinci dəfə nəşr olundu, bu nəşr də tezliklə satılaraq tükəndi.[1]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Fergus, Jan (2005). Todd, Janet, ed. Life and Works: Biography. Jane Austen in Context. Cambridge: Cambridge University Press. p. 10. ISBN 978-0-521-82644-0.