Maqeyoya Adasi - Wikipedia
Maqeyoya Adasi - Wikipedia - Haqqında Məlumat
Maqeyoya adası (norv. Magerøya — kasıb ada) — Skandinaviya yarımadasının şimalında, Barens dənizi sahillərində yerləşən ada. Ada Norveçə məxsusdur.
Maqeyoya adası | |
---|---|
norv. Magerøya | |
Ümumi məlumatlar | |
Sahəsi | 436,6 km² |
Uzunluğu |
|
Eni | 35 km |
Sahil uzunluğu | 213 km |
Hündür nöqtəsi | 417 m |
Əhalisi | 3.201 nəfər (2012-ci il) |
Yerləşməsi | |
71°03′00″ şm. e. 25°41′54″ ş. u.HGYO | |
Ölkə | Norveç |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adada Nordkap və Knivşellodden burunları yerləşir. İnzibati baxımdan inzibati mərkəzi adanın cənubunda olan Nordkap kommunasına daxildir. Burada yaşayan əhalinin əsas gəliri balıqçılıq və turizmdən əldə edilir.
Tundra bitkilərinə sahibdir. Sahilləri parçalıdır. Sahəsi 436,6 km²[1], ən hündür nöqtəsi 417 m-dir. Nordkapda hündürlük isə 307 metrdir.
Adada ilk yaşayış məntəqəsi b.e.ə 8300 ilə aiddir. 1999-cu ildə adanı materikə birləşdirən, uzunluğu 6,87 km olan tunel inşa edilmişdir.,
İstinadlar
redaktə- ↑ Store norske leksikon. "Magerøya" (Norwegian). 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
Mənbə
redaktə- Nordkap kammunasının rəsmi saytı (norv.)