Maratxlar - Wikipedia
Maratxlar (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda xalq, Maxaraştra ştatının əsas əhalisi,
Haqqında
redaktəMaxaraştra ştatına qonşu ştatlarda kiçik qruplar halında yaşayırlar, İsraildə və Mavrikidə disporaları mövcuddur. Maratxların sayı 1997-ci ilin məlumatlarına əsasən 68 milyon nəfər [1], 2007-ci ilin məlumatına görə isə 80 milyon nəfər olmuşdur. Maratx dilində danışırlar. Əksəriyyəti induizm, qalanları isə caynizm, islam, xristianlıq dinlərinə sitayiş edirlər. Əsas məşğuliyyətləri əkinçilikdir.
Tarixi
redaktəHindistanın bir çox xalqlarına nisbətən çoxsahəli kustar istehsalın mövcudluğu və qədim tarixə malik ənənəvi dəniz ticarəti maratxlarda daha əvvəl kapitalizm münasibətlərinin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın yaranmasına səbəb olmuşdur. XV əsrdə rus taciri və səyyahı Afanasi Nikitin maratxların qonağı olmuşdur. Onun hindlilərin məişəti, adət və ənənələri barədə qeydləri ilk növbədə bu xalqa aid olmuşdur. Bir neçə yüzilliklər ərzində maratxlar Böyük Moğol imperiyasına (məsələn, XVII əsrdə Şivacinin rəhbərliyi altında [2][3][4][5] ), portuqaliyalılara, daha sonralar isə ingilis müstəmləkəçilərinə qarşı gərgin mübarizə aparmışlar. İngilis-maratx müharibələri nəticəsində maratx əraziləri ingilislər tərəfindən işğal edilmişdir. Hindistan istiqlaliyyət qazandıqdan sonra (1947), 1960-cı ildə Maxaraştra milli ştatı təşkil olunmuşdur.
Mənbə
redaktə- Народы Южной Азии, М., 1963;
- Enthoven R., The tribes and castes of Bombay, v. 1—3, Bombay, 1920—22:
- Sardesai G. S., New history of the Marathas, v. 1—3, Bombay, 1946—48;
- Кincaid С. A., Parasnis Rao Bahadur D. B., A history of the Maratha people, Delhi, [a. o.], 1968.
İstinad
redaktə- ↑ "Ethnologue report for language code: mar". 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ Pearson, M. N. "Shivaji and the Decline of the Mughal Empire". The Journal of Asian Studies. 35 (2). February 1976: 221–235. JSTOR 2053980. (Subscription required (help)).
- ↑ "Delhi, the Capital of India By Anon, John Capper, p.28. "This source establishes the Maratha control of Delhi before the British"". 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "An Advanced History of Modern India By Sailendra Nath Sen p.Introduction-14. The author says: "The victory at Bhopal in 1738 established Maratha dominance at the Mughal court"". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
- ↑ "Arxivlənmiş surət". 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.