Mario Kamus - Wikipedia
Mario Kamus (isp. Mario Camus; 20 aprel 1935[1], Santander – 18 sentyabr 2021[2][3], Santander[2]) — İspaniya kinorejissoru, ssenarist və aktyor.
Mario Kamus | |
---|---|
isp. Mario Camus | |
Doğum tarixi | 20 aprel 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 2021[2][3] (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti |
rejissor ssenarist |
Fəaliyyət illəri | 1959–2007 |
Mükafatları |
|
IMDb | ID0133426 |
Həyatı
redaktəİspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur[4]. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur.
Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür.
Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur.
Filmoqrafiya
redaktə- Qoy danışsınlar! (film, 1968) / Digan lo que digan
İstinadlar
redaktə- ↑ 1 2 Mario Camus // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 1 2 3 4 https://www.noticiasdegipuzkoa.eus/cultura/2021/09/18/director-cine-mario-camus-fallece/1141931.html.
- ↑ 1 2 Muere Mario Camus, director de 'La colmena' y 'Los santos inocentes' (isp.). RTVE, 2021.
- ↑ "Mario Camus - Volver a Vivir - Fandango.com". 2013-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-11.