Marlen Esgerov - Wikipedia
Marlen Əsgər oğlu Əsgərov (17 noyabr 1936 – 16 sentyabr 2018) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sabiq vitse-prezidenti (2005–2018).
Marlen Əsgərov | |
---|---|
30 sentyabr 2005 – 16 sentyabr 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürək çatışmazlığı |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
İxtisası | Mühəndis-elektrik |
|
|
Təltifləri |
Həyatı
redaktəMarlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olmuşdur.[1] 3 övladı var. 16 sentyabr 2018-ci ildə vəfat etmişdir.
Təhsili
redaktə1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnmişdir.[2]
Əmək fəaliyyəti
redaktə1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlamışdır. 1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləmişdir. 2005-ci ilin sentyabr ayından ömrünün sonunadək "Azərenerji" ASC-nin vitse-prezidenti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Qəfil vəfat edən yüksək vəzifəli şəxslə bağlı açıqlama". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
- ↑ "Marlen Əsgərov". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
- ↑ Marlen Əsgərovun ölüm səbəbi açıqlandı[ölü keçid]