Martin Tovmasyan - Wikipedia
Martin Tovmasyan (rus. Мартин Товмасян; erm. Մարտին Թովմասյան; 5 mart 1925, İrəvan – 16 sentyabr 2008, İrəvan) — SSRİ-Ermənistan memarı, professor, Ermənistanın əməkdar memarı (2007).
Martin Tovmasyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 2008 (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Həyatı
redaktə1925-ci ildə İrəvanda anadan olub. 1929-cu ildə atasının işi ilə əlaqədar ailə Tiflisə köçür. 1942-ci ildə Qızıl Ordu sıralarına çağırılmış, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Tərxis olunduqdan sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə daxil olub. Təhsilini tamamladıqdan sonra "Bakproekt" və "Azpromproekt" institutlarında işləyib. 1953-cü ildə Moskva Memarlıq İnstitutunun Memarlıq Təkmilləşdirmə Fakültəsinə daxil olmuşdur. "Pİ Bakqiproqor"da baş planın memarlıq-planlaşdırma emalatxanasının rəisi vəzifəsində çalışmışdır.
1969-cu ildə İrəvana köçüb. O, "Pİ Yerevanproekt"də memarlıq-planlaşdırma emalatxanasının rəisi, sonra isə şəhərsalma üzrə direktor müavini işləyib. 1970-ci ildən ErPİ-nin (indiki İrəvan Dövlət Memarlıq və İnşaat Universiteti) memarlıq və şəhərsalma kafedrasında dərs demişdir.
Əsərləri
redaktəAzərbaycanda
redaktə- Axundov meydanındakı yaşayış binası, 1948–51-ci illər.
- Nizami küçəsindəki 100 mənzilli yaşayış binası. (həmmüəllif A. Axpatelov), 1949–50.
- Primorski bulvarındakı idman pavilyonu, 1950-ci il
- Naxçıvan İncəsənət Muzeyi, 1952
- Balaxanıda ipək toxuculuq zavodu, 1956
- Kirovabadda avtovağzal (S.Kuznetsovanın iştirakı ilə), 1958-ci il
- Bakıda avtovağzal (Z.Quliyevanın iştirakı ilə), 1959-cu il
- 26 Bakı Komissarı metrostansiyası (indiki Sahil), (həmmüəllif A. Surkin), 1962–64.
- Bakıda Lenin meydanının inkişafı üzrə qapalı müsabiqə, 1-ci yer, 1960–61. (həmmüəlliflər A. Buzov, A. Aqaronov, A. Güləhmədov, V. Şulqin)
- Bakıda 2500 yerlik Yaşıl Teatr (həmmüəllif A.Surkin), 1963, 1967-ci ildə memarlıq sahəsində ən yaxşı işə görə SSRİ Arxitektorlar İttifaqının dilomu ilə təltif edilmişdir.
- Neft Daşlarında yaşayış və mehmanxana şəhərciyi (həmmüəllif B. Qinzburq), 1963
- Bakının baş planının texniki-iqtisadi əsaslandırması (Q.Ələsgərov, V.İvanov, T.Şarinski ilə birlikdə), 1964–69, təsdiq edilmişdir.
- Bakı Dəniz Vağzalı (həmmüəlliflər A. Val, V. Şulqin), 1964-71.
- Dübəndi qəsəbəsinin 250 min nəfərlik baş planı (həmmüəlliflər A.Gendler, N.Şakova, P.Yarinovski), 1965-ci il, təsdiq edilmişdir.
- Mingəçevirdə Leninin abidəsi (həmmüəllif Ş.Zeynalova, heykəltəraş A.Mustafayev), 1965
- 4-cü mikrorayonun inkişafı (həmmüəllif İ. Orlova-Stroqanova), 1965–67.
- Sumqayıt mərkəzinin inkişafı üzrə Ümumittifaq qapalı müsabiqəsi, 1-ci yer (həmmüəlliflər R.Torosyan, A.Surkin, B.Metsakanyan), 1967
- 5-ci mikrorayonun inkişafı, 1967–69.
-
Bakı Dəniz Vağzalı
-
Yaşıl teatr
Ədəbiyyat
redaktə- Архитектура Советской Армении / Architecture of the Soviet Armenia / А. Г. Григорян, М. Л. Товмасян. — Москва, Стройиздат, 1986.
- Архитектура Советского Азербайджана / Architecture of the Soviet Azerbaijan / Р. М. Эфендизаде. — Москва, Стройиздат, 1986.
- Градостроительство СССР / Шквариков В.А., Колли Н.Я., Лавров В.А. и др. — Москва, Стройиздат, 1967, 2726 с.