Matsumae Qesri - Wikipedia
Matsumae qəsri (松前城, Matsumae-jō?) – Yaponiyanın Hokkaydo prefekturasının Matsumae şəhərində yerləşən qəsr. Yaponiyanın ən şimalda yerləşən qəsridir.[1] Hokkaydoda yerləşən yeganə ənənəvi Edo üslubunda tikilmiş qəsr olan Matsumae qəsri eyniadlı klana məxsus olmuşdur.
Matsumae qəsri | |
---|---|
yap. 松前城 | |
41°25′47″ şm. e. 140°06′30″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Şəhər | Matsumae, Hokkaydo prefekturası |
Layihə müəllifi | Matsumae klanı |
Tikilmə tarixi |
İnşası: 1606 Məhv olub: 1949 |
Üslubu | hiraciro |
Material | daş və taxta |
Vəziyyəti | ictimai park |
Rəsmi sayt | town.matsumae.hokkaido.jp/… |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəQəsr ilk öncə 1606-cı ildə Matsumae Yoşihiro tərəfindən Tokuqava şoqunatının klanından bölgəni qorumaq (xüsusilə şimaldan Aynu barbarlarından) tələbindən sonra tikdirmişdir. 1637-ci ildə yanğına məruz qalıb, 1639-cu ildə yenidən tikilib. Bir zamanlar Hokkaydodan bütün Yaponiyaya keçid bu qəsrdən nəzarət edilirdi.
1854-cü ilə aid edilən hazırkı qəsr kompleksi xarici dəniz təhlükələrinin qarşısını almaq məqsədilə tikilmişdir. 1868-ci ildə Meyci islahatından sonra qəsrin ancaq 30 metr hündürlüyündəki tenşusu (əsas qüllə) və gözətçi butkası salamat qalıb. Lakin tenşu da 1949-cu ildə yanğına məruz qalıb və 1960-cı ildə qəsrin təqlidi tikilib.[2]
Hazırda bütün qəsr ərazisi ictimai park kimi istifadə olunur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 松前城 [Matsumae Castle] // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2013. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2018.
- ↑ Hinago, Motoo. Japanese Castles. Kodansha International Ltd. and Shibundo. 1986. 130–131. ISBN 0870117661.
Ədəbiyyat
redaktə- Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. ISBN 0-8048-1102-4.