Mayk Braun - Wikipedia
Mayk Braun (ing. Michael E. Brown; 5 iyun 1965, Hantsvill, Alabama[3]) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom.
Mayk Braun | |
---|---|
ing. Michael E. Brown | |
Doğum tarixi | 5 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ABŞ |
Elm sahəsi | Astronomiya |
İş yeri | Kaliforniya Texnologiya İnstitutu |
Təhsili | |
Tanınmış yetirmələri | Adam Burqesir, Jan-Luk Marqot, Çad Trucillo, Mark Kuçner, Antonin Buçez, Emili Şelr, Darin Raqozzine, Meqan Şvamb |
Tanınır | Erida və bir sıra Neptunxarici cisimin kəşfi |
Üzvlüyü | |
Mükafatları |
Dövrün 100 ilham verici insanlarından biri (2006) Feynman mükafatı (2007) Kavli astrofizika mükafatı (2012). |
web.gps.caltech.edu | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur.
Gənclik illəri və təhsili
redaktəMayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür. Berkli Kaliforniya Universitetində tədqiqatlarda iştirak etdi və burada astronomiya ilə bağlı magistr dərəcəsini qazandı. Doktorluq dərəcəsini də astronomiya sahəsində tamamlamışdır.
Əsərləri
redaktə“Mən Plutonu necə öldürdüm və nə üçün bu qaçınılmaz idi”
Kəşfləri
redaktəMayk Braun Günəş ətrafında hərəkət edən uzaq cisimlərlə bağlı yazdığı məqalələri ilə tanınır. Komandası ilə birlikdə bir çox Neptunxarici cisim kəşf etmişdir. Bunlardan ən önəmliləri Erida və onun peyki olan Disnomiyadır. Mayk Braun həmkarı Konstantin Bariginlə birlikdə Koyper qurşağındakı cisimlərin hərəkətlərini müşahidə edərək kəşf edilməmiş Doqquzuncu Planetin olması fərziyyəsini ortaya atmışdılar.[4][5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 WorldCat (çd.). 1971.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1023506793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Astronomers say a Neptune-sized planet lurks beyond Pluto". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
- ↑ "EVIDENCE FOR A DISTANT GIANT PLANET IN THE SOLAR SYSTEM". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-13.
Xarici keçidlər
redaktə- Brown's homepage
- Michael E. Brown at the Internet Movie Database
- Mike Brown's planets Brown's blog
- Brown's Talk on How I Killed Pluto and Why It Had It Coming Part of the Silicon Valley Astronomy Lecture Series
- Works by or about Michael E. Brown in libraries