Maykl Keymen - Wikipedia
Maykl Arnold Keymen (ing. Michael Arnold Kamen; /ˈmaɪkəl ˈkeɪmən/[1], 15 aprel 1948[2][3][…], Nyu-York, Nyu-York ştatı[4] – 18 noyabr 2003[2][3][…], London) — amerikalı bəstəkar (əsasən film musiqisi[ing.] bəstəkarı), orkestr aranjimançısı, dirijor və mahnı müəllifi.[5]
Maykl Keymen | |
---|---|
ing. Michael Kamen | |
Ümumi məlumatlar | |
Doğum adı | Michael Arnold Kamen |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, Nyu-York, ABŞ |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | London, Birləşmiş Krallıq |
Vəfat səbəbi | ürək infarktı |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | Sandra Kinan-Keymen |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqi prodüseri, aranjimançı |
Fəaliyyət illəri | 1967 - 2003 |
Janrlar | film musiqisi, rok, pop |
Musiqi alətləri | qoboy, piano |
Albom şirkəti | Atco Records |
Əlaqələri | New York Rock & Roll Ensemble, Pink Floyd, Metallica, Rocer Uoters, Erik Klepton, Devid Senborn, Brayan Adams |
Təhsili |
Culyard musiqi məktəbi Musiqi və İncəsənət Ali Məktəbi |
michaelkamen.com | |
Vikianbarda əlaqəli mediafayllar |
70-dən çox filmin yaradılmasında iştirak edib, bunların arasında “Dağlı”[ing.], “Cənab Hollandın Opusu” (Ən yaxşı alətli kompozisiya üzrə «Qremmi»), “Robin Hud: Oğrular şahzadəsi”[ing.], “Braziliya”[ing.], “İks-adamlar”, “Ölümcül Silahın”[ing.] bütün 4 hissəsi və “Məğlubedilməz”[ing.] filmləridir.
Həyatı
redaktəMaykl Arnold Keymen Nyu-Yorkda anadan olub[6], dörd qardaşın ikincisidir. Atası Sol Keymen diş həkimi, anası Helen isə müəllim idi[7]. Yəhudi əsilli idi.[8]
Nyu-York şəhərindəki Musiqi və İncəsənət Ali Məktəbində oxuyarkən Keymen “Məxfi materiallar” və digər layihələr üçün mövzu musiqisini bəstələyən Martin Fulterman (sonralar Mark Snou kimi tanınıb) ilə dost oldu. Keymen qoboy üzrə təhsil alarkən sinif yoldaşları Fulterman, Dorian Rudnitski və Toms Riverdan olan Klifton Nivison və Brayan Korriqan ilə birlikdə New York Rock & Roll Ensemble adlı rok-klassik fyujn-qrupu yaratmışdı.[6] Bu qrup 1968-1972-ci illərdə beş albom buraxmışdı (Self-Titled, Reflections, Faithful Friends, Roll Over və Freedomburger). Qrup, adətən klassik musiqiçilər kimi ağ frakla (smokinq yox) çıxış edirdi. Konsertin ortasında Fulterman və Keymen qoboy dueti ifa edirdilər. 1967 ildə Alice Tully Hall'da qrup, rəfiqələri və sinif yoldaşı Cenis Yenın[ing.] konsertində müşayiət etmişdilər.
Ali məktəbi bitirdikdən sonra Keymen Manhettenda yerləşən Culyard musiqi məktəbində təhsil almışdır.[5]
Keymenin bəstələri Hollivuda qədər ilk dəfə 1976-cı ildə "Növbəti adam" filmi ilə yayılır, həmçinin sonra The Wall albomu üçün pop və rok aranjimanları üzrə Pink Floyd qrupu ilə əməkdaşlıq edib.[5] O, bu vaxta qədər əsasən balet musiqisi bəstələyib.[6]
Keymena 1997-ci ildə dağınıq skleroz diaqnozu qoyulmuşdu. O, İngiltərənin paytaxtı Londonda 18 noyabr 2003-cü il tarixində 55 yaşında infarktdan vəfat edib.[5]
Filmoqrafiya
redaktəFilmin ili | Filmin azərbaycanca adı | Filmin orijinal adı | |
---|---|---|---|
1976 | q.f | Rodin mis en vie | |
1976 | f | Növbəti adam | The Next Man |
1977 | f | Kaskadyorlar | Stunts |
1977 | f | İki xətt arasında | Between the Lines |
1979 | f | Taxta səki | Boardwalk |
1980 | f | S*H*E | |
1981 | f | Poliester | Polyester |
1981 | f | İlan zəhəri | Venom |
1983 | f | Ölü zona | The Dead Zone |
1983 | f | Ancelo, mənin sevgim | Angelo My Love |
1985 | f | Braziliya | Brazil |
1985 | f | Həyat qüvvəsi | Lifeforce |
1985 | t.s | Qaranlığın kənarı | Edge of Darkness |
1986 | f | Dağlı | Highlander |
1986 | f | Mona Liza | Mona Lisa |
1986 | t.s | Heyrətamiz hekayələr | Amazing Stories |
1986 | f | Şanxay sürprizi | Shanghai Surprise |
1987 | f | Ölümcül silah | Lethal Weapon |
1987 | f | Rita, Syu və Bob | Rita, Sue and Bob Too |
1987 | f | Dayəliyin macəraları | Adventures in Babysitting |
1987 | f | Şübhəli | Suspect |
1987 | f | Güvənc yerim[9] | Someone to Watch Over Me |
1988 | f | Motor ləqəbli Cekson | Action Jackson |
1988 | f | Məğlubedilməz[10] | Die Hard |
1988 | f | Səfil Rouni | The Raggedy Rawney |
1988 | f | Kraliça və ölkə uğrunda | For Queen And Country |
1988 | f | Sadə oğlan | Homeboy |
1988 | f | Baron Münxhauzenın macəraları | The Adventures of Baron Munchausen |
1988 | f | Kruzo | Crusoe |
1989 | f | Rooftops | |
1989 | f | Yol kənarı evi | Road House |
1989 | f | Mürtədlər | Renegades |
1989 | f | Qətl üçün lisenziya | Licence to Kill |
1989 | f | Ölümcül silah 2 | Lethal Weapon 2 |
1990 | f | The Krays | |
1990 | f | Məğlubedilməz 2 | Die Hard 2 |
1990 | f | Soyuq it supu | Cold Dog Soup |
1991 | f | Ancaq problemlər | Nothing but Trouble |
1991 | f | Hudzon qırğısı | Hudson Hawk |
1991 | f | Robin Hud: Oğrular şahzadəsi | Robin Hood: Prince of Thieves |
1991 | f | Şirkətin işi | Company Business |
1991 | f | Qoy payını alsın | Let Him Have İt |
1991 | f | Axırıncı boyskaut | The Last Boy Scout |
1992 | t.f | İki yumruqlu hekayələr | Two-Fisted Tales |
1992 | t.s | Sərdabədən hekayələr | Tales from the Crypt |
1992 | f | Qaranlıqda işıq | Shining Through |
1992 | f | Ölümcül silah 3 | Lethal Weapon 3 |
1992 | f | Göy buz | Blue Ice |
1993 | f | Varislərin bölünməsi | Splitting Heirs |
1993 | f | Axırıncı film qəhrəmanı | Last Action Hero |
1993 | f | Uaylderlər napalmı | Wilder Napalm |
1993 | f | Üç muşketyor | The Three Musketeers |
1994 | f | Don Juan DeMarko | Don Juan DeMarco |
1995 | f | Dostlar dairəsi | Circle of Friends |
1995 | f | Məğlubedilməz 3: İntiqam | Die Hard with a Vengeance |
1995 | s.f | The First 100 Years: A Celebration of American Movies | |
1995 | f | Stounvoll | Stonewall |
1995 | f | Cənab Hollandın opusu | Mr. Holland's Opus |
1996 | f | Cek | Jack |
1996 | f | 101 dalmatin | 101 Dalmatians |
1997 | f | Abbotları icad edərək | Inventing the Abbotts |
1997 | t.f | Kardiocərrah | The Heart Surgeon |
1997 | f | Yadındayam? | Remember Me? |
1997 | f | Hadisə üfüqü (film) | Event Horizon |
1997 | f | Qış qonağı | The Winter Guest |
1998 | t.s | Yerdən Aya | From the Earth to the Moon |
1998 | f | Ölümcül silah 4 | Lethal Weapon 4 |
1998 | f | Qisasçılar | The Avengers |
1998 | f | Xəyallar hara gətirə bilər | What Dreams May Come |
1999 | c.f | Dəmir nəhəng | The Iron Giant |
2000 | f | Radiodalğa | Frequency |
2000 | f | İks-adamlar | X-Men |
2001 | t.s | Silah qardaşları | Band of Brothers |
2003 | f | Açıq vüsət | Open Range |
2004 | f | Tale əleyhinə | Against the Ropes |
2004 | c.f | Qáyaya qayıdış | Boo, Zino & the Snurks / Back to Gaya |
2004 | f | Birinci qız | First Daughter |
İstinadlar
redaktə- ↑ "A Portrait of Michael Kamen". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Michael Kamen // Internet Broadway Database (ing.). 2000.
- ↑ Deutsche Nationalbibliothek Record #128532793 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 "Michael Kamen, 55, Award-Winning Composer". The New York Times. November 20, 2003. March 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2013.
- ↑ 1 2 3 Colin Larkin, redaktorThe Virgin Encyclopedia of Popular Music (Concise). Virgin Books. 1997. səh. 695/6. ISBN 1-85227-745-9.
- ↑ "Kamen, Helen C. (nee Whitehorn)". The New York Times. May 3, 2003. December 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2013.
- ↑ "Michael Kamen". Telegraph.co.uk. November 20, 2003. January 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2019.
- ↑ "Güvənc yerim". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
- ↑ "Məğlubedilməz". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
Xarici keçidlər
redaktə- michaelkamen.com — Rəsmi saytı
- Maykl Keymen (ing.) Find a Grave saytında
- Maykl Keymen — IMDb səhifəsi
- Film Composer Tributes – Michael Kamen
- Michael Kamen at Soundtrackguide.net
- Michael Kamen interview (in french) at UnderScores : Musique & Cinéma