Mcdonald S - Wikipedia
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir.
McDonald's | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | Fəstfud qidaları |
Təsis tarixi | 15 may 1940 |
Baş qərargahın yeri | San Bernardino, Kaliforniya, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▲ 21.07 milyar US$ (2019) |
Xalis mənfəəti | ▲ 6.02 milyar US$ (2019) |
Əməliyyat mənfəəti | ▲ 9.07 milyar US$ (2019) |
Struktur | |
İşçi sayı | 210000 |
Rəhbərlik | |
Təsisçilər | |
McDonald's rəsmi web saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəTarixi
redaktə1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı[2] təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald’s kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 1950-ci illərdə Rey Krok kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi. İlk dəfə onu San-Bernardinodakı qamburger satışı üzrə Makdonald qardaşlarının restoranına məhz Multi-Mixer-lər gətirib çıxartdı. Krok qardaşların hər ay 20.000 pay kokteyli necə sata bildiklərinin sirrini aça bilsəydi, onlara daha çox maşın sata bilərdi. Lakin, 1954-cü ildə, səhər saatlarında Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: "Belə sistem hər yerdə işləyəcək.". Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu. Nəhayət, dahi ticarət agenti öz son satış məhsulunu tapdı. 1955-ci il martın 2-də Krok yeni, McDonald’s Systems, Ink adlı frençayzinq şirkətini yaratdı. Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi. Yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik bu günədək McDonald’s-ın əsas iş prinsipləri olaraq qalır. Rey A. Krok 1961-ci ildə müsəssisənin bütün səhmlərini qurucu-səhmdarlar Dik və Mam MakDonald qardaşlarından satın alır.[3] 1965-ci ildə McDonald's restoranlar şəbəkəsininin restoranlarının sayı 700-ə çatır.[4] 2012-ci ildə McDonald’s-ın dünyanın 118 ölkəsində fəaliyyət göstərən 32 000-dən çox restoranı var və bu restoranlarda 1,5 milyondan çox əməkdaş çalışır.[5]
Azərbaycanda
redaktəAzərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açıldı.[6] Hazırda Azərbaycanda 28[7] McDonald’s restoranı fəaliyyət göstərir. 2009-cu ildə McDonald’s Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd etdi. 2024-cü ildə Azərbaycandakı filiallarda 2500-dən çox əməkdaş çalışır.[8]
Maraqlı faktlar
redaktə- Ən kiçik McDonald's restoranı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Restoranın sahəsi cəmi 13 m2 təşkil edir.[9]
- Bütün dünyada McDonald's loqosunun qızılı rəngdə olmadığı tək yer Sedona, Arizonadır. Şəhər əhalisi McDonald's loqolarının firuzəyi rəngdə olmasının təbiət landşaftına qızılı rəngdən daha uyğun olacağı düşündüyü üçün belə bir qərar verilib. Bu şəhər McDonald’s rəng dəyişdiyi tək yerdir.[10]
İstinadlar
redaktə- ↑ 1 2 McDonalds Annual Report 2020.
- ↑ "McDonald'sın rəsmi səhifəsi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "McDonald'sın rəsmi səhifəsi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ McDonald'sın rəsmi səhifəsi
- ↑ "McDonalds/Haqqında". 2013-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ "McDonalds/Haqqında/Azərbaycanda". 2013-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-27.
- ↑ ""Ağ Şəhər"də "McDonald's Azərbaycan"ın yeni restoranının açılışı olub". Oxu.az (az.). 2024-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ ""McDonald's" Azərbaycanda 25 illik yubileyini qeyd edir: Fəvvarələr meydanından yeni üfüqlərədək". Oxu.az (az.). İstifadə tarixi: 2024-11-06.
- ↑ "Arxivlənmiş surət". 2015-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
- ↑ Pahoo.az. "McDonalds barədə çox maraqlı 10 fakt" (az.). 21 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-20.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- McDonald's web saytı Arxivləşdirilib 2010-10-02 at the Wayback Machine
- McDonald's Azərbaycan web saytı