Mcdonnell Douglas Dc 10 - Wikipedia
McDonnell Douglas DC-10 Orta və uzun məsafələr üçün nəzərdə tutulmuş üç mühərrikli geniş gövdəli təyyarə. İki mühərrik qanadlarda olarkən, üçüncü mühərrik isə quyruqda, şaquli stabilizatorun altında yerləşdirilmişdir.
DC-10 | |
---|---|
İstehsalçı | McDonnell Douglas |
İlk uçuş | 29 Avqust 1970 |
İstismara verilmə tarixi | 5 avqust 1971 |
İstismarçılar | |
Buraxılış sayı | 446 |
Vikianbarda əlaqəli mediafayllar |
Bazar şəraitində Airbus A300, Boeing 747 və Lockheed L-1011 Tristar ilə rəqabət aparmışdır. İstehsalın başa çatdığı 1988-ci ilə qədər 446 ədəd istehsal edilmişdir. Bundan əlavə, Amerika Hərbi Hava Qüvvələri üçün havadan havaya yanacaq doldurmaq məqsədləri üçün istehsal edilmiş olan KC-10 Extender markalı 30 ədəd xüsusi modeli istehsal edilmişdir. Daha sonralar 1990-cı ildə istifadəyə verilmiş MD-11 ilə əvəz olunmuşdur.
DC-10 üçün planlaşdırılma 1967-ci ildə başlanmışdır. Bu təyyarə, 1967-ci ildə McDonnell Aircraft Corporation və Douglas Aircraft Company şirkətlərinin birləşməsindən sonra McDonnell Douglasın ilk nəqliyyat təyyarəsi olacaqdı. O, xüsusi olaraq American Airlines üçün 747-yə rəqib olmaq üçün hazırlanmışdır. İlk uçuşu 29 avqust 1970-ci ildə baş tutmuşdur. 5 avqust 1971-ci ildə American Airlines tərəfindən kommersiya uçuşları üçün qəbul edilmişdir.
1974-cü il martın 3-də Türk Hava Yollarına məxsus DC-10-10 təyyarəsi Paris yaxınlığındakı Ermononvil meşəsində yük kilidi səhvinə görə qəzaya uğramışdır. Bu qəza nəticəsində335 sərnişin və 11 ekipaj üzvünün hamısı həlak olmuşdur.
İlkin versiya DC-10-lar 10 seriyası kimi tanınırdı və mənzilləri 6,112 km. idi. 20 seriyasında bu məsafə 9,265-dir, 30 seriyasında isə 10,010 km idi.
Sonuncu DC-10-un istehsalı 1988-ci ildə başa çatmış və Nigeriya Hava Yollarına təhvil verilmişdir.
Bu gün onların çoxu yüksək daşıma qabiliyyətinə görə yük təyyarələrinə çevrilmişdirlər. 2008-ci ildə Biman Banqladeş Hava Yollarının DC-10-30 təyyarəsi sərnişin daşımağa davam edən yeganə DC-10 olmuşdur.
7 dekabr 2013-cü il tarixində DC-10 ilə sərnişin daşımağa davam edən Biman Banqladeş Hava Yolları DC-10 ilə sonuncu sərnişindaşıma uçuşunu edəcəyini açıqlamışdır. DC-10 həvəskarları üçün 2014-cü ilin fevralında Dəkkədən İngiltərəyə uçuş təşkil edilmişdir.[1]
Xüsusiyyətləri
redaktəDC-10-10 | DC-10-15 | DC-10-30 | DC-10-40 | |
---|---|---|---|---|
Kokpit heyəti | Üç | |||
Sərnişin | 250-380 | 250-380 | 250-380 | 250-380 |
Uzunluq | 182 ft 3 in (55.5 m) | 180 ft 8 in (55 m) | 181 ft 7 in (55.4 m) | 182 ft 3 in (55.5 m) |
Hündürlük | 58 ft 1 in (17.7 m) | |||
Max. daxili böyüklük | 18 ft 2 in (5.54 m) | |||
Qanad uzunluğu | 155 ft 4 in (47.3 m) | 165 ft 4 in (50.4 m) | ||
Boş çəkisi | 240,171 lb (108,940 kg) | 266,191 lb (120,742 kg) | 270,213 lb (122,567 kg) | |
Max. qalxma ağırlığı | 430,000 lb (195,045 kg) | 455,000 lb (206,385 kg) | 572,000 lb (259,459 kg) | 555,000 lb (251,701 kg) |
Sürət | 600+ mph (965+ km/h) | |||
Max məsafə, yük ilə bərabər | 3,800 miles (6,114 km) | 4,350 mi (7,000 km) | 6,220 mi (10,010 km) | 5,750 miles (9,252 km) |
Max. yanacaq həcmi | 21,700 US gal (82,134 L) |
26,647 US gal (100,859 L) |
36,650 US gal (138,720 L) |
36,650 US gal (138,720 L) |
Qalxma məsafəsi | 8,612 ft (2,625 m) | 7,257 ft (2,212 m) | 9,341 ft (2,847 m) | 9,242 ft (2,817 m) |
Uçuş hündürlüyü | 42,000 ft (12,802 m) | |||
Mühərrik modeli (x 3) | GE CF6-6D | GE CF6-50C2F | GE CF6-50C | PW JT9D-59A |
Mühərrik gücü (x 3) | 40,000 lbf (177.9 kN) | 46,500 lbf (206.8 kN) | 51,000 lbf (226.9 kN) | 53,000 lbf (235.8 kN) |
İstinadlar
redaktə- ↑ "Arşivlenmiş kopya". 22 Şubat 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Şubat 2014.