Meseli Qetliami - Wikipedia
Meşəli qətliamı,[1] həmçinin Meşəli soyqırımı[2][3] və ya Meşəli faciəsi[4] — 23 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam.
Meşəli qətliamı | |
---|---|
Əsas münaqişə: Birinci Qarabağ müharibəsi | |
Ümumi məlumatlar | |
39°53′16″ şm. e. 46°34′47″ ş. u.HGYO | |
Yeri | Meşəli, Xocalı rayonu, Azərbaycan |
Tarix | 23 dekabr 1991 |
Hücum metodu | işğal, qətl, qarət, odvurma |
Silah(lar) | odlu silah, piyadanın döyüş maşını |
Ölü sayı |
|
Yaralı sayı |
|
Qatil sayı | naməlum |
Törədən(lər) | Erməni hərbi birləşmələri |
Şübhəli(lər) | Vaqif Xaçaturyan |
Vikianbarda əlaqəli mediafayllar |
MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışmış, lakin bir neçə saat davam edən döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkilmişdi və kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin nəzarəti altına düşmüşdür. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa etmişdilər.
Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinə şahid olmuşdular. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. Ermənistan tərəfi Meşəlidə qətliam olduğunu inkar edir.
29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır.[5] O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. Ermənistan tərəfi bunu "adam oğurluğu" kimi qiymətləndirmişdir.
Qətliam
redaktəErməni hərbi birləşmələri 23 dekabr 1991-ci ildə səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinə odlu silah, iki zirehli transportyor, bir piyada döyüş maşını, üç "QAZ-66" və dörd "UAZ" maşının istifadə etməklə hücum etmişdilər.[6][7][8] Azərbaycanlı könüllülər kəndi müdafiə etməyə çalışmışdı.[7] Qətliamın şahidi Alış Musa oğlu Alışov kəndə hücumdan əvvəl MDB qoşunlarının kəndə daxil olaraq bütün silahları yığdığını qeyd etmişdir. Yaralılar və azyaşlılar kənd məktəbinin zirzəmisinə, həmçinin bəzi evlərin zirzəmilərinə yığılmışdılar.[9] Bir neçə saat davam edən atışmadan sonra[7] azərbaycanlı qüvvələr meşəyə çəkilmiş və kənd erməni qüvvələrinin nəzarətinə altına düşmüşdür.[9] Əməliyyatda erməni tərəfindən "Böyük Tiqran" və "Sasunlu David" dəstələri iştirak edirdi.[6] Silahlılar hücumda iki zirehli transportyor, bir piyada döyüş maşını, üç “QAZ-66” və dörd “UAZ” maşınından istifadə ediblər. Onlar burada evlərə, içərisində heyvanlar olan tövlələrə, ot tayalarına od vurmuşdu.[10] Hadisələr nəticəsində 28 nəfər öldürülmüşdür, onlardan 8-i qadın, 3-ü isə uşaq idi.[11] Əlavə olaraq, 14 nəfər yaralanmışdır.[7] Novruzovlar ailəsindən bir nəfər uşağın əl-ayağını bağlayaraq yük maşınının arxasına yerləşdirib girov apararkən həmin uşaq özünü maşından atmış, lakin terrorçuların gülləsindən yayına bilməmişdir.[12] Meşəli kənd sakini Kamran Rəcəbov xatırlayır ki, kəndi tərk edərkən oğlu 1 yaş 7 aylıq Mərhəmət Rəcəbov yolda şaxtaya düşərək şəhid olmuşdur.[13] Qətliam zamanı Novruzovlar ailəsindən beş, Quliyevlər ailəsindən dörd nəfər qətlə yetirilmişdi. Alışov meyitlərin tanınmaz hala salındığını qeyd etmişdi.[9] Kəndin əhalisindən 358 nəfər məcburi köçkün olmuşdur.[14] Kənd özü məhv edilmişdir.[15] Meşəlidə dövlətə və kənd sakinlərinə məxsus əmlakların məhv edilməsi və zədələnməsi ilə ümumilikdə 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur.[16]
"Memorial" təşkilatı Birinci Qarabağ müharibəsi zamanı keçmiş Əsgəran rayonundakı kəndlərin, o cümlədən Meşəli kəndinin azərbaycanlı sakinlərinin məcburi olaraq köçürülməsi barədə yazmışdır. Burada xüsusilə Meşəli kəndində mülki azərbaycanlılara qarşı ağır zorakılığın olduğu vurğulanmışdır.[17]
Qətliam qurbanları
redaktə- Novruz Məhərrəm oğlu Novruzov (1937-1991)
- Adilə Məhəmməd qızı Novruzova (1938-1991)
- Zakir Novruzov
- Rəhilə Novruzova
- Rübabə Novruzova[18]
- Qənimət Əli oğlu Quliyev (1936-1991)
- Qurban Quliyev
- Mətləb Qənimət oğlu Quliyev (1963-1991)
- İsmayıl Qənimət oğlu Quliyev (1969-1991)
- Ruba Hacı qızı Quliyeva (1936-1991)[19]
- Hüseyn Nurməmmədov
- Pakizə Nurməmmədova[20]
Nəticə
redaktəMeşəli kəndinə nəzarət həmin gün Şuşa və Xocalıdan köməyə gələn Azərbaycan qüvvələri tərəfindən bərpa edilmişdir. Buna baxmayaraq, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir. 2020-ci il Qarabağ atəşkəs bəyannaməsindən sonra Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.[7] Ermənistan rəsmiləri Meşəlidə qətliam olduğunu inkar edirlər.[21]
Azərbaycan Respublikası Prokurorluğunun apardığı istintaq nəticəsində Meşəli soyqırımı üzrə 9 şəxsin Azərbaycan cinayət məcəlləsinin 103-cü (soyqırımı), 107-ci (deportasiya), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normaları pozma) maddələrində nəzərdə tutulan cinayətləri səbəbilə onlar barəsində təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərarlar qəbul edilmişdir.[22]
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov digər qətliamların da adını çəkərək Meşəli soyqırımının unudulmadığını qeyd etmişdir. O, əlavə etmişdir ki, "Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar".[23]
Vaqif Xaçaturyanın həbsi
redaktəQondarma Dağlıq Qarabağ Respublikasının ombudsmanı Geqam Stepanyan 29 iyul 2023-cü ildə verdiyi bəyanatda qeyd etmişdir ki, 68 yaşlı Vaqif Xaçaturyan Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən şübhəli şəxs kimi saxlanılmışdır.[24][25][26] Bundan bir neçə saat sonra[21] Azərbaycan Baş Prokurorluğu mətbuat xidməti bildirmişdir ki, "Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı və deportasiyanı təşkil etməkdə" ittiham olunan, 1955-ci ildə Badara kəndində anadan olmuş, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Vaqif Çerkezoviç Xaçaturyan saxlanılmışdır.[27] Rəsmi məlumata görə, Xaçaturyan 29 iyulda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə müalicə almaq məqsədilə Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır.[8] Prokurorluq tərəfindən Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcəyi qeyd edilmişdir.[28] Həmin gün Azərbaycan mətbuatında Xaçaturyanın tutulması anının görüntüləri dərc edilmişdir.[29][30]
Vaqif Xaçaturyanın əvvəllər Azərbaycanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi,[14] lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.[31][32] Stepanyan Xaçaturyanın beynəlxalq axtarışda olmadığını qeyd etmişdir.[33]
Xaçaturyanın qızı Tsonivar Azərbaycan tərəfinin verdiyi məlumatı inkar etmişdir və qeyd etmişdir: "O, nə komandir, nə də komandir müavini olmuşdu, sürücü idi, sovet dövründə sürücü idi. Sürücü soyqırım edə bilərmi? Başa düşə bilmirəm ki, onlar hansı ittihamları irəli sürürlər".[34] Buna baxmayaraq, Qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin müşaviri Artak Beqlaryan bildirmişdir ki, "bütün kişilər kimi o da 1991–1994-cü illər müharibəsində vətəni müdafiə edib".[21] Hər halda, Ermənistan Xarici İşlər Nazirliyi bu hadisəni "adam oğurluğu" kimi qiymətləndirmişdir. Ermənistan tərəfinin məlumatına görə, sənədlərin yoxlanılması zamanı Azərbaycan sərhədçiləri Xaçaturyana pasportu qaytarmamışdı. Onun qızı və BQXK nümayəndəsinin səbəblərini soruşduqda Azərbaycan tərəfi 5 dəqiqəyə bunu edəcəklərini bildirmiş, lakin bunun əvəzində Xaçaturyan ayrıca otağa aparılmış və dindirilmişdir. Daha sonra əlavə sorğu-sualın 15 dəqiqə çəkəcəyi qeyd edilmiş, Xaçaturyan buna etiraz edəndə "güc tətbiq etməklə" hədələnmişdir. Onun qızının onunla getməsinə icazə verilməmiş, BQXK-nın nümayəndəsi Xaçaturyan ilə birlikdə Həkəri körpüsünün aşağı hissəsinə gedən "Niva" markalı avtomobilə mindirilmişdir. 10 dəqiqədən sonra BQXK əməkdaşı geri gətirilmiş və Xaçaturyan haqqında əlavə məlumat əldə edilməmişdir. Ermənistan ombudsmanı Anahit Manasyan hadisəni "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması" adlandırmışdır.[33]
Xankəndi şəhərində ermənilər vətəndaşlar BQXK-nin ofisinin qarşısına toplaşaraq Xaçaturyanın həbsindən şikayətlənmişdilər.[34] BQXK-nin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni qeyd etmişdir ki, xəstələrin daşınması zamanı təşkilat təhlükəsiz humanitar prosesin təşkili üçün əvvəlcədən Azərbaycan tərəfindən razılıq alınır, bunun üçün vətəndaşlar ilə bağlı müvafiq məlumatlar Azərbaycanın müvafiq orqanlarına daxil edilir. Amatuni əlavə etmişdir ki, bütün xəstələrin köçürülməsi bu prosedura uyğun həyata keçirilib və heç bir problem olmamışdı.[35] Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri Qurgen Nersisyan bildirmişdir ki, Xaçaturyan ilə eyni qrupdan olan vətəndaşlar Gorus Tibb Mərkəzinə yerləşdirilmişdir.[34]
İstinadlar
redaktə- ↑ "Meşəli qətliamından 30 il keçdi". İDEAL MEDİA - idealmedia.az. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb". Report İnformasiya Agentliyi. 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ ""İnanıram ki, əli azərbaycanlı qanına batmış digər "yanlar" da cəzalarını alacaq" — Firdovsi Umudov". Qafqazinfo. 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "27 ildir Meşəlidə həzn səsli meşəlilər nəğmə oxumurlar". 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ Xəzər TV. "Meşəli faciəsindən yeni görüntülər yayıldı" (az.). Youtube.com. 30.03.2024. 2024-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-30.
- ↑ 1 2 "Приговоренные села: хроника армянской оккупации". Day.Az. 20 dek 2011. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
- ↑ 1 2 3 4 5 "Meşəli faciəsindən 30 il ötür". azertag.az. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ 1 2 "Baş prokurorluq Xocalıda qətliamda ittiham olunan şəxsin saxlandığını bildirir".
- ↑ 1 2 3 "Xocalının Meşəli kəndində qan donduran erməni vəhşiliklərini öz gözləri ilə gördü... Əməkdar müəllim Alış Alışov..." Baki-Xeber.com. 24 fev 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ APA TV. "Meşəli sakini Laçında ələ keçən erməninin törətdiyi cinayətlərdən danışdı" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ Real TV. "Meşəli – bir faciənin tarixi" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ İctimai TV. "Meşəli faciəsinin şahidi dəhşətli faktları açıqlayır" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ Baku TV. "Meşəli sakini faciə günləri barədə danışdı" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ 1 2 "В Азербайджане заявили, что задержанный житель Карабаха проходит по делу о геноциде". TACC. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Xocalı faciəsinə gedən yol". anl.az. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Xocalıda soyqırım törədənlərdən biri Laçında saxlanıldı". Qafqazinfo. 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "СОБЫТИЯ, ПРЕДШЕСТВУЮЩИЕ ШТУРМУ ХОДЖАЛЫ". memo.ru (rus). Memorial. 2010-07-31 tarixində arxivləşdirilib.
- ↑ Xəzər TV. "Vaqif Xaçaturyan əsir düşmüş azərbaycanlının sinəsinə xaç damğası vurub" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ ATV. "Meşəlidə doğmalarını itirənlərin acı xatirələri" (az.). Youtube.com. 31.07.2023. 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
- ↑ Baku TV. "Ermənilərin Meşəli sakinlərinə verdiyi işgəncələr" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ 1 2 3 Ռ/Կ, «Ազատություն». "Ադրբեջանի մեղադրանքներն ուղղված Վագիֆ Խաչատրյանին կեղծ են. Արտակ Բեգլարյան". 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29 – www.azatutyun.am vasitəsilə.
- ↑ "Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi ziyan, onun ödənilməsinin hüquqi aspektləri". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ ""Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar" - RƏY". BAKU.WS - Azərbaycanın xəbər saytı. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Омбудсмен Арцаха: 68-летний Вагиф Хачатрян похищен представителями пограничной службы Азербайджана". news.am. 30 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ Ռ/Կ, «Ազատություն». "Ադրբեջանն արգելանքի է վերցրել բուժման նպատակով ՀՀ տեղափոխվող արցախցու. պետնախարար". 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29 – www.azatutyun.am vasitəsilə.
- ↑ Ռ/Կ, «Ազատություն». "Արցախից ՀՀ տեղափոխվող քաղաքացուն առևանգել է Ադրբեջանի սահմանապահ ծառայությունը, նրա ճակատագիրն անհայտ է. ՄԻՊ". 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29 – www.azatutyun.am vasitəsilə.
- ↑ "Arxivlənmiş surət". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Задержан Вагиф Хачатурян, обвиняемый по делу геноцида в азербайджанском селе Мешали". www.aa.com.tr. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ "Vaqif Xaçaturyan Laçın postunda belə saxlanılıb - VİDEO". publika.az. 29 iyl 2023. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ Ռ/Կ, «Ազատություն». "Լաչինի միջանցքից ձերբակալված արցախցուն Բաքուն մեղադրում է «ցեղասպանության, ադրբեջանցիների տեղահանության մեջ»". 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29 – www.azatutyun.am vasitəsilə.
- ↑ "Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxs Ermənistana getmək istəyərkən Laçında tutulub - FOTO". Apa.az. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29.
- ↑ İctimai TV. "Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb" (az.). Youtube.com. 30.07.2023. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ 1 2 https://ru.armeniasputnik.am/20230729/vagifa-khachatryana-uvezli-a-sotrudnika-mkkk-vytolknuli-iz-mashiny--detali-63660722.html
- ↑ 1 2 3 Խուլյան, Արտակ. "«Վարորդ է եղել». առևանգված ու Բաքու տեղափոխված արցախցու դուստրը հերքում է Ադրբեջանի մեղադրանքները". 29 iyl 2023. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-29 – www.azatutyun.am vasitəsilə.
- ↑ https://ru.armeniasputnik.am/20230729/v-mkkk-prokommentirovali-zaderzhanie-azerbaydzhanskimi-pogranichnikami-bolnogo-iz-nk-63652797.html