Medeya Caparidze - Wikipedia
Medeya Caparidze (gürc. მედეა ვალერიანის ასული ჯაფარიძე; 20 fevral 1923, Tiflis, SSRİ — 31 mart 1994, Tiflis, Gürcüstan) — gürcü əsilli sovet kino və teatr aktrisası. Gürcüstan SSR xalq artisti (1950). Stalin mükafatı laureatı (1950).
Medeya Caparidze | |
---|---|
gürc. მედეა ვალერიანის ასული ჯაფარიძე | |
Doğum tarixi | |
Doğum yeri |
Tiflis, SSRİ (hazırkı Tiflis, Gürcüstan) |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Tiflis, Gürcüstan |
Dəfn yeri | |
Milliyyəti | Gürcü |
Vətəndaşlığı |
SSRİ→ Gürcüstan |
Fəaliyyəti | aktyor |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0229111 |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəMedeya Caparidze 1923-cü ildə Tiflisdə anadan olmuşdur. № 42 orta məktəbdə təhsil alır. 1939-cu ildə orta məktəbi bitirir.
İki il Nadzaladevi Mədəniyyət Evində Xalq İncəsənət Teatrında çalışmışdır. 1942-ci ildə Tiflis K. Marjanişvili adına Akademik Teatrının aktrisası olur.
Rustaveli teatrının studiyasında Georq Tovstonoqovdan dərs almışdır. Daha sonra Moskvada Nemiroviç-Dançenko studiyasına gedir. Orada rejissor Yuri Zavadski Mossovet Teatrında ona Bernard Şounun "Sezar və Kleopatra" adlı əsərində Kleopatra rolunu təklif edir. Bir müddət sonra o vətəninə qayıdır və ömürünün sonuna qədər burada yaşayır.
Kote Marcanişvili Teatrında Gürcüstan teatrının tarixində bir çox ölməz əsərlərdə rol almışdır. Ən diqqətəlayiqləri: Nina (Mixail Lermantov «Maskarad»), Culyetta, Beatris, ledi Enn (Vilyam Şekspir «Romeo və Culyetta», «III Riçard»), Dragonfly (Barataşvili «Dəniz»), Gulsunda (Vaja Pçaveli «Rəddedilmiş»), Marta-İzabella (Aleksandro Kasona «Ağaclar dik ikən ölür»), Barbara Karpova (Kita Bauçidze «Həyətdə qəzəbli it»), Boyunbağı (Polikarp Kakabadze «Kaxaberin Qılıncı»), İokosta (Sofokl «Çar Edin»), Ana (Laşa Tabukaşvili «Köhnə vals») və b..
1950-ci ildə «Curaqi Şit» filmindəki roluna görə Stalin mükafatı alır. Elə həmin ildəcə Gürcüstan SSR Xalq Artisti adını alır.
6-cı çağırış SSRİ Ali Sovetinin deputatı.
Didube yazıçılar və ictimai xadimlər panteonunda dəfn edilmişdir.
Şəxsi həyatı
redaktəHəyat yoldaşı — yazıçı Revaz Tabukaşvili.
Fəxri ad və müşafatları
redaktə- Tiflisin fəxri vətəndaşı (1988)[1]
- "Qırmızı əmək bayrağı" ordeni (22.08.1986)
- "Şərəf nişanı" ordeni (17.04.1958)
- SSRİ dövlət mükafatı (1950)[2]
- Stalin mükafatı (1950) «Curaqi Şit» (1944) filmindəki roluna görə.
- Gürcüstan SSR xalq artisti (1950)
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Джапаридзе, Медея Валериановна". Биографический словарь Грузии. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.01.2019.
- ↑ "Джапаридзе, Медея Валериановна". persons-info.com. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.01.2019.