Meduzarium - Wikipedia
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü.
Meduzariumlar
redaktəDünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir.[1] Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür.[2] Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir.[3] Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur.[4]
ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir.[5] Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.[5]
Qalereya
redaktə-
Honkonq Okean Parkının meduzariumu.
-
Sidney zooparkında meduzarium.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "World's largest Jellyfish aquarium!" (ingiliscə). City of Tsuruoka. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
- ↑ "The Kamo Aquarium: A Yamagata Destination for Jellyfish Lovers". Nippon.com (ingiliscə). 20 may 2018. 23 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
- ↑ "Medusarium" (fransızca). Aquarium de Paris - Cinéaqua. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
- ↑ "Sea Jelly Spectacular" (ingiliscə). Ocean Park Hong Kong. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.
- ↑ 1 2 "Monterey Aquarium Goes Really Deep / Vast new wing will display sea creatures never before held in captivity" (ingiliscə). San Fransisco Chronicle. 18 fevral 1996. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2023.