Mehdi Bey Hacinski - Wikipedia
Hacınski Mehdi bəy Süleyman bəy oğlu (24 may 1879, Quba – iyun 1941, Bakı) — görkəmli maarif və mədəniyyət xadimi, aktyor, ictimai-siyasi xadim publisist, naşir, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, daxili işlər nazirinin müavini.
Mehdi bəy Hacınski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 may 1879 |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1941 (62 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | aktyor, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMehdi bəy Süleyman bəy oğlu Hacınski 1879-cu il may ayının 24-də Qubada əsilli ailədə anadan olmuşdu[1]. Bakıdakı realnı məktəb və Şərq dilləri kurslarını bitirən M. Hacınski 1896-cı ildə Bakıda müsəlman teatr truppasının təşkilində yaxından iştirak etmişdi. O, 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilmişdi.[2] 1906-cı ildən "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik etmiş, 1914-cü ildən "Səfa" cəmiyyəti teatr bölməsinin sədr müavini olmuşdur. Dövri mətbuatda Azərb. teatrına, aktyor sənətinə aid məqalə, oçerk, hekayə və felyetonlar dərc etdirmiş, 1906-cı ildən aktyor kimi də fəaliyyət göstərmişdir. "Nicat" cəmiyyəti adından Ü. Hacıbəyova "Leyli və Məcnun" operasına görə mükafatı o təqdim etmişdir. Ü. Hacıbəyovun yaradıcılığına daim diqqətlə yanaşırdı.
Fəaliyyəti
redaktə1917-ci ildən Müsavat Partiyasının, Zaqafqaziya Seyminin, "Müsəlman fraksiyası"nın üzvü olub. Milli Şuranın Azərbaycan İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"a əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentin Rəyasət Heyətinin tərkibi, Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmışdı. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi olmuşdu.[3]
İstinadlar
redaktə- ↑ Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013
- ↑ İltifat Əliyarlı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rabitənin inkişafı. Bakı: Mütərcim, 2009, səh.85.