Mehmanxana Sahibesi - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Mehmanxana sahibəsi[1][2][3] — rejissorlar Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov və Tariyel Vəliyev tərəfindən 1978-ci ildə ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Zərnigar Ağakişiyeva, Rafael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq İbrahimov, Sevil Xəlilova və Əsgər Məmmədoğlu ifa edirlər.
Mehmanxana sahibəsi | |
---|---|
Janr | komediya |
Rejissorlar |
Lütfi Məmmədbəyov Ədalət Ziyadxanov Tariyel Vəliyev |
Əsərin müəllifi | Karlo Qoldoni |
Əsaslanır | Karlo Qoldoninin "Mehmanxana sahibəsi" pyesi |
Baş rollarda |
Zərnigar Ağakişiyeva Rafael Dadaşov İlham Namiq Kamal Hamlet Qurbanov Sadıq İbrahimov Sevil Xəlilova Əsgər Məmmədoğlu |
Operatorlar |
Fərman Nəbiyev Süleyman Süleymanov Yusif Yaqubov |
Quruluşçu rəssam | Rafael Əsədov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1978-ci il |
Filmin növü | Televiziya tamaşası |
Müddət | 130 dəqiqə |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
Bölüm sayı | iki hissəli |
Rəng | rəngli |
Məzmun
redaktəFilm-tamaşada hadisələr Mirondalinanın mehmanxanasında cərəyan edir. Mehmanxana sahibəsi Mirondalina gözəl və ağıllı xanımdır. O bütün müştərilərinə həssaslıq və mehribanlıqla yanaşır. Günlərin birində mehmanxanaya gələn Kavaler Ripovratta öz rəftarı ilə Mirondalinada ikrah hissi oyadır. Mehmanxana sahibəsi Kavalerin eqoizmindən, kobudluğundan möhkəm əsəbləşir və bunun intiqamını almağı düşünür. Beləliklə, Mirondalina əvvəlcə Kavaleri özünə aşiq edir, daha sonra ondan öz intiqamını alır. Sonda isə azad ruhlu, şan-şöhrətə əhəmiyyət verməyən Mirondalina ətrafında ona aşiq olanlardan birini, atasının vəsiyyət etdiyi xidmətçi Fabrisionu seçir.
Film-tamaşa haqqında
redaktə1978-ci ildə Azərbaycan Televiziyasında komediya janrında iki hissəli televiziya tamaşası ekranlara çıxır. Məşhur italyan dramaturqu Karlo Qoldoninin Azərbaycan teatr səhnəsində və televiziya ekranlarında ilk baxışda rəğbətlə qarşılanan, tamaşaçı sevgisi qazanan əsəri belə adlanır : "Mehmanxana sahibəsi". Mehmanxana sahibəsi televiziya tamaşası maraqlı aktyor ansamblı ilə yadda qalıb. Quruluşçu rejissor Lütfi Məmmədbəyovun uğurlu aktyor seçimi ekran əsərinin tamaşaçılar tərəfindən birmənalı olaraq sevilməsinə səbəb olmuşdur. Azərbaycan televiziyasının birinci nəsil operatorlarından biri,"Mehmanxana sahibəsi" tamaşasının operatoru Fərman Nəbiyevin quruluşunda maraqlı səhnələr tamaşa boyu bir-birini əvəz edir.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktəQuruluşçu rejissorlar: Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov
Televiziya rejissoru: Tariyel Vəliyev
Quruluşçu operator: Fərman Nəbiyev
Quruluşçu rəssam: Rafael Əsədov
Operatorlar: Süleyman Süleymanov, Yusif Yaqubov
Səs rejissorları: Rauf Haşımov, Lazar Çernomordikov
Səs operatoru: Knara Rzayeva
Qrim üzrə rəssam: Aslan Qafarov
Musiqi tərtibatçısı: Kerman Krupkin
Rejissor köməkçisi: Sevil İbrahimova
İşıq ustaları: Bəxtiyar Əliyev, Əzizağa Mövsümov
Rollarda
redaktəMirondalina — Zərnigar Ağakişiyeva
Kavaler — Rafael Dadaşov
Markiz — İlham Namiq Kamal
Qraf — Hamlet Qurbanov
Fabrisio — Sadıq İbrahimov
Dianira — Sevil Xəlilova
Nökər — Əsgər Məmmədoğlu
İstinadlar
redaktə- ↑ https://kaspi.az/az/serguzestimehmanxana-sahibesi
- ↑ https://report.az/incesenet-xeberleri/mehmanxana-sahibesi-eseri-63-ilden-sonra-azerbaycanda-sehneye-qoyulacaq/
- ↑ "Arxivlənmiş surət". 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.