Mehmed Abid Efendi - Wikipedia
Mehmed Abid Əfəndi (17 sentyabr 1904, 17 sentyabr 1905[1] və ya 1972, İstanbul – 8 dekabr 1973[1], Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ən kiçik oğlu, Osmanlı şahzadəsi.
Mehmed Abid Əfəndi | |
---|---|
محمد عابد أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | diplomat |
Atası | II Əbdülhəmid |
Anası | Naciyə Qadınəfəndi |
Həyat yoldaşları |
Fəxriyə xanım Səniyə xanım |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəŞahzadə Mehmed Abid Əfəndi 1904-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun son xanımı Naciyə xanım idi. Atasının 1909-cu ildə devrilməsindən sonra ailəsi ilə birlikdə 5 yaşında Salonikiyə sürgün edildi. Sürgündə 1 il yaşadıqdan sonra atasıyla birlikdə Bəylərbəyi sarayına alındı və atasının vəfatına qədər burada qaldı. Qalatasaray və Həbibiyyə kolleclərində təhsil aldı. 1923-cü ildə anası vəfat etdi. Bir il sonra isə Osmanlı sülaləsinin sürgün qanunu ilə ölkəni tərk etdi. Əvvəlcə Beyruta, daha sonra Nitsaya köçdü. Burada bacısı Ayşə Sultanla birlikdə yaşadı. Daha sonra Parisə getdi və 1936-cı ildə hüquq və siyasi elmlər fakültəsini bitirdi. 1940–1948-ci illərdə Tuluza, Nitsa, Madrid, Lissabon, Qahirə, İsgəndəriyyə və Tiranada yaşadı. Bundan başqa Albaniyanın Fransadakı səfiri oldu. 8 dekabr 1973-cü ildə Beyrutda vəfat etdi və Dəməşqdə Süleymaniyyə təkyəsinin qəbiristanlığına dəfn edildi.
Xanımları
redaktə- Pınarıdil Fəxriyə xanım — Parisdəki Bobigny məzarlığındadır.
- Səniyə Zoğu (d. 15 noyabr 1908, Albaniya — ö. 15 aprel 1969, Kann) — 1936-cı ilin martında evləndilər. Albaniya kralı Əhməd Zoğunun bacısıdır. 1948-ci ildə ayrıldılar.
Mənbə
redaktə- Şadiye Osmanoğlu (Sultan Abdülhamit'in Kızı), Hayatımın Acı ve Tatlı Günleri, Bedir yayınları No. 43, 1966
- Salih Bozok, Cemil S. Bozok, Hep Atatürk'ün Yanında, Çağdaş Yayınları, 1985 s. 42
- http://www.ekrembugraekinci.com/makale.asp?id=460
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Prince Mehmed Abid of Turkey // The Peerage (ing.).