Mehmet Vehib Pasa - Wikipedia
Mehmet Vehib paşa (türk. Mehmed Vehib Paşa və ya Mehmet Vehib Kaçı) (1877 - 1940) — Türkiyə hərbi xadimi, general-leytenant.
Mehmet Vehib paşa | |
---|---|
türk. Mehmed Vehib Paşa | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yanya, Osmanlı İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 1897-1920 |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPiyada hərbi məktəbini, sonra Hərbi Akademiyanı bitirmiş, 1909-cu ildə hərbi məktəbin rəisi təyin edilmişdir. 1912-ci ildə başlanan Balkan müharibəsinin iştirakçısı olmuşdur. Birinci dünya müharibəsi (1914-18) illərində diviziya komandiri, korpus komandanı vəzifələrində xidmət etmişdir. Çanaqqala döyüşlərində hərbi təşkilatçılıq bacarığı və qabiliyyəti ilə fərqlənmişdir. Sonradan Ənvər paşanın əmri ilə Şərq cəbhəsində döyüşən 3-cü ordunun komandanı təyin edilmişdir. Fevral inqilabından (1917) sonra Zaqafqaziyadakı rus ordusu komandanlığı ilə sülh müqaviləsi bağlanmasının təşəbbüsçüsü olmuş və bu müqavilə həmin il dekabrın 18-də onun iştirakı ilə Ərzincanda imzalanmışdı.
Fəaliyyəti
redaktəVehib paşa Osmanlı hərbi nazirliyinin 1918-ci il 7 və 9 iyun tarixli əmrləri ilə yaradılan Şərq orduları qrupunun komandanı təyin olundu. Ordu qrupuna Vehib paşanın komandan olduğu 3-cü, habelə 6 və 9-cu ordular daxil idi. Türk hərbi qüvvələrinin iştirakı ilə Azərbaycanda təşkil edilmiş Qafqaz İslam Ordusu da inzibati xətlə şərq ordular qrupuna tabe idi. Ona görə də Qafqaz İslam Ordusunun ilkin təşkilatlanması Vehib paşanın nəzarəti altında aparıldı. Lakin 1918-ci il iyunun 29-da bu vəzifədən istefa verdi və onun yerinə Xəlil paşa təyin edildi. Birinci dünya müharibəsinin sonunda Vehib paşa xaricə mühacirət etdi.[1]
Ədəbiyyat
redaktə- Baykara H., Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992;
- Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999;
- Yüceer N., Birinci Dünya Savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan harekatı, Ankara, 1996.
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 423. ISBN 9952-417-44-4.