Meksika Prezidenti - Wikipedia
Meksika Birləşmiş Ştatlarının Prezidenti — Meksikanın icraedici hakimiyyətinin başçısı .
Meksika Prezidenti | |
---|---|
Vəzifədədir Klaudiya Şeynbaum 1 oktyabr 2024-cü ildən | |
Başçılıq edir | Meksika |
Vəzifənin təsis tarixi | 4 oktyabr 1824[1] |
Rəsmi saytı | presidencia.gob.mx |
Vikianbarda əlaqəli mediafayllar |
Səlahiyyətlər
redaktəPrezident icraedici hakimiyyətin başçısı kimi bütün dövlət aparatına rəhbərlik edir, Federasiyanın və Federal Dairənin yüksək vəzifəli şəxslərini vəzifəyə təyin və vəzifədən azad edir, silahlı qüvvələrə rəhbərlik edir. Ona qanunvericilik təşəbbüsü hüququ verilmişdir və praktikada Konqresdə müzakirə edilən və təsdiqlənən qanun layihələrinin böyük əksəriyyəti icraedici hakimiyyətdən gəlir. Prezidentin veto hüququ var, lakin qanunvericilik prosesinə tam nəzarət etmək imkanına malik olduğu üçün bu, Meksikada geniş yayılmamışdır. Prezidentin fövqəladə vəziyyət tətbiq etmək, konstitusiya təminatlarını dayandırmaq və ştatların daxili işlərinə federal müdaxilə imkanlarını həyata keçirmək hüququ var. O, qanuni qüvvəyə malik fərmanlar verir. Prezidentin bütün qərarları, fərmanları, qərarları və sərəncamları müvafiq akta cavabdeh olan dövlət katibi tərəfindən əks imzalanmalıdır.[2]
İstinadlar
redaktə- ↑ https://www.gob.mx/sedena/documentos/4-de-octubre-de-1824-fue-promulgada-la-constitucion-federal-de-los-estados-unidos-mexicanos?state=published.
- ↑ Правовые системы стран мира: энцикл. справ (Издание 2-е, испр. и доп). М.: Норма. Ф. М. Решетников и др.; Отв. ред. А. Я. Сухарев. 2001. ISBN 5891235277.