Mello Death Note - Wikipedia
Mixael Kel (yaponca: ミハエル・ケール, Hepbörn: Mihaeru Kēru?) və ya hər kəs tərəfindən istiifadə olunan adı ilə Mello (メロ, Mero?) — Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış "Death Note" animanqa seriyasından personaj. Seriya boyunca Mello Nia ilə birlikdə L-in əvəzedicilərindən biri kimi təqdim olunur. Həm Mello, həm də Nia L-in köməkçisi olan Vatarinin əsasını qoyduğu "Wammy's House" yetimxanasında böyümüşdülər, lakin Mello Kira adlı qatili tapmaq üçün Nia ilə birlikdə işləməyi rədd edir. Cərəyan edən hadisələr zamanı Mello mafiyaya qoşulur, Ölüm dəftərini tapır, bir neçə nəfərin ölümünə bais olur, ölməzdən qabaq isə Kiranın əsl şəxsiyyətini ifşa edə bilir. Anime və manqadan əlavə Mello video oyunlarda və ranobelərdə də peyda olmuşdur.
Mixael Kel | |
---|---|
Takeşi Obata tərəfindən çəkilmiş təsviri | |
Franşiz(lər) | "Death Note" |
Yayın tarixi | Fəsil 59: "Sıfır" (零, Rei?) |
Yaradan | Tsuqumi Oba, Takeşi Obata |
Səsləndirən | Nozomu Sasaki (yapon)[1], David Hurvitz (ingilis)[2] |
Profil | |
Növü | insan |
Cinsi | kişi |
Doğum tarixi | 13 dekabr 1989 (animedə 1992), Ölüm: 26 yanvar 2010 (animedə 2013) |
Yaşı | 14 |
Boyu | 171 sm |
Ləqəb(lər)i | Mello, M |
Komandaları | Wammy's House, Mafiya |
Mello Nia ilə birlikdə detektiv L ilə Kira adı ilə cinayət işləyən Layt Yaqami arasındakı sonsuz davam edən qarşıdurmanı dayandırmaq üçün yaradılmışdılar. Həm Mello, həm Nia L-dən sonra dizayn olunmuşdular və ilk öncə L-in oğulları olan əkizlər kimi təsəvvür edilmişdilər. Sonda, bu ideyadan istifadə olunmamış və orijinal dizaynlar seçilmişdir. Mellonu yapon anime serialında Nozomu Sasaki, ingilis anime serialında Devid Hurvitz səsləndirmişdir. Personaja həsr olunmuş plüş kuklalar və ekşen-fiqurka kimi əşyalar satışa buraxılmışdır. Mello personajı anime və manqa nəşrləri tərəfindən müxtəlif rəylər almışdır.
Çıxışları
redaktəDeath Noteda
redaktəƏsl adı Mixael Kel olan Mello intellektual cəhətdən istedadlı uşaqlar üçün nəzərdə tutulmuş Wammy's House yetimxanasında böyümüşdür və dünyanın ən yaxşı detektivi olan L-in iki potensial əvəzedicisindən biridir. L öldükdən sonra Melloya digər potensial əvəzedici olan Nia ilə birlikdə L-in qatili olan "Kira"nı tapmağa çalışsın. Mello təklifi rədd edir, aralarında pis münasibətlərin olduğunu və müxtəlif şəxsiyyətlərə malik olduqlarını qeyd edir. Daha sonra yetimxananı tərk edir və mafiyaya qoşulur.[3] İstənilən şəxsi sadəcə adını bilməklə və üzünü xatırlamaqla öldürə bilən Ölüm dəftərinin Yaponiya polisinin əlində olduğunu öyrənən Mello Yaponiya polisinin baş rəisini qaçırır, amma Kira baş rəisi öldürür.[4] Daha sonra Mello polis şefi Soyçiro Yaqaminin qızı Sayu Yaqamini qaçırır.[3] Mello bu zaman Ölüm dəftərini əldə etməyi bacarır.[5]
Kira şəxsiyyətinin arxasında dayanan Layt Yaqami Mellonun gizləndiyi yeri müəyyən edir.[6] Bu zaman Mello ələ keçirdiyi Ölüm dəftərinin sahibi olan Ölüm mələyi — Sido ilə qarşılaşır. Mellonun ona verdiyi bir neçə parça şokoladın qarşılığında Sido ona əlində tutduğu dəftərə iki saxta qaydanın əlavə edildiyi deyir. Mello bunun Kira tərəfindən edildiyini yəqin edir, bununla Yaponiya polisini çaşdıraraq onlarda Kiranın sadəlövh olduğu təəssüratını yaratmağa çalışdığını düşünür.[7] Amma Yaqami Soyçironun başçılıq etdiyi SWAT dəstəsi təşkil edir və dəstə Mellonun gizləndiyi yerə qəfil hücum edir. Qaçmaq məqsədilə Mello uzaqdan idarə olunan partlayıcıları işə salır, daha sonra mafiyanın üzvlərindən biri Soyçironu ağır yaralayır. Mellonun üzündə çapıq əmələ gəlir, mafiyanın planının işə yaramaması nəticəsində Mellonun əsl adı Laytın əlinə keçir.[8]
Mello Kiranı yaxalamaq üçün yaradılmış SPK təşkilatının binasına soxulur, orada Niadan şəklini götürür. Mello SPK-nı tərk etməzdən əvvəl Niaya Sidonun bəhs etdiyi saxta qanunları danışır,[9] nəticədə Nianın Layta olan şübhələri artır.[10] Mello Kiraya kömək etdiyini düşündüyü Misa Amaneni izləmək üçün dostu Mattın köməyini alır.[11] Mello Laytın Kira olduğunu, Nianın isə onu həbs etməyə hazırlaşdığını öyrənəndə Mattla birlikdə Kiranın köməkçilərindən biri olan Kiyomi Takadanı qaçırır. Matt Takadaya hücum etməyi istəyir, Mello isə onu təhlükəsiz yerə götürməyi təklif edir. Takada razılaşır, amma onun şəxsiyyətini öyrənir.[12] Mello onu soyunmağa və yük maşınına minməyə məcbur edir, amma Mello ona üzərini örtmək üçün yorğan verir. Takada onun adını Laytdan eşitdiyindən gizlətdiyi Ölüm dəftərinin bir parçasından istifadə edərək Mellonu öldürür.[13]
Digər mediada
redaktəAnime və manqa ilə yanaşı, Mello "Death Note"nin digər franşizlərində də peyda olmuşdur. Nisio İsinin "Death Note Another Note: The Los Angeles BB Murder Cases" ranobesində hekayəni nəql edən Mellodur.[14] Mello iki video oyunda yer almışdır: Kira və ya Kiranın cinayət yoldaşı kimi çıxış etdiyi[15] "Death Note-based Death Note: L o Tsugu Mono" və ikinci plan personaj kimi çıxış edən "Weekly Shōnen Jump" manqa antologiyası əsasında hazırlanmış döyüş oyunu "Jump Ultimate Stars".[16][17] Mello xüsusi buraxılış olan "Death Note: Relight 2: L's Successors" animesində də görünmüşdür. Bu animedə anime serialının ikinci hissəsi yenidən nəql olunur. Bu animedə hekayə anime serialı ilə demək olar ki, eynidir. Yeganə fərq Mellonun mafiya ilə əlaqəsinin olmamasıdır.[18]
Konsepsiya
redaktə"Death Note" manqa seriyasının yazıçısı Tsuqumi Oba oxucuları Nia ilə Mellonu birlikdə tanış edi, çünki o vaxta qədər əsas müsbət personaj olan detektiv L-in Kiraya qarşı təkbaşına qalib gələ bilməyəcəyini, əvəzinə gələcək yeni personajın isə L ilə Layt arasındakı mübarizəni "təkrarlayacağını" düşünmüşdü. Buna görə də Oba manqa seriyasının rəssamı Takeşi Obatadan "kiçik L"-lər kimi iki personaj uydurmağı xahiş etdi. Oba yeni personajların hansı yaşda olacaqlarında tərəddüd etdi, onları L-in oğulları kimi göstərməyə qərar verdi.[19] Oba Nia ilə Melloya "kiçik L-i daxil etməyi" istəyənə qədər Obata "əcaibliyi və panda gözlərini" qorumağa çalışdı. Obata daha sonra Nia ilə Mellonun L-ə çox oxşadığını düşündü. Nia ilə Mello ilə bağlı ilk xəbər yayıldıqda Obata onların birlikdə işləyəclərini düşünmüşdü. Buna görə də onları əkizlər kimi gözünün qabağına gətirdi, personaj dizaynlarını isə "əsas mübarizə" kimi təsvir etdi. Əvvəlcə, o, Mellonu "Niadan daha çox enerjili" kimi təsvir etməyə çalışdı.[20] Amma dizayn mərhələsində personajların dizaynları dəyişdirildi: Mello Nianın dizaynına sahib oldu, Nia isə Mellonun. Obata dizaynlar üzərində işləyəndə onun redaktoru onlar üçün səhv adlar yazdı; Obatanın dizaynı təsdiq olunduqdan sonra adlandırmanın səhv olunduğunu göstərmək artıq gec idi. İlk başda, onun üçün Mello "daha sakit və zərif" idi, amma daha sonra bunun daha yaxşı olduğunu düşündü.[21]
Oba ilk başda Mello ilə Nianın şəxsiyyətləri üzərində işləməmişdi. O, onların şəxsiyyətlərini onların başına gələn hadisələr vasitəsilə "aşkarlamaq" istəyirdi.[19] O, Mellonu şokoladsevən kimi göstərməyə qərar verdi, çünki şokoladın "bütün şirniyyatları təmsil etdiyinə" və bu xüsusiyyətinin ABŞ-dakı hekayə ilə uyğun gələcəyinə inanırdı.[22] Obata Mellonun geyimini dizayn edərkən çəkməyi sevdiyi ("parlaq" dəri) geyimlərə əsaslandı.[20] Əvvəlcə Mellonun saçı köndələnə doğru kəsilmiş şəkildə idi, amma Obata hekayənin gedişində dağınıq saç stilinə üstünlük verdi. Obata Obanın Mellonun sifətinə çapıq əlavə etməsindən məmnun qalmışdı, çünki Mellonu daha "cool" çəkə biləcəyini düşünürdü.[20] Oba Mellonun eskizlərinə çapıq əlavə etdi və bu xüsusiyyət ona "daha dərinlik" verdi.[23] O, daha sonra Mellonun çapıqla daha gərgin və insani göründüyünü əlavə etdi.[24] Mellonun çapığı ilə çəkilmiş şəklindən sonra Obata "nəhayət, doğrudan da, yaxşıdır" dedi. Obata bu faktı qeyd edir ki, Oba ilə Obata müntəzəm olaraq şəxsən görüşməmələri ən yaxşısı idi, çünki əgər Obata Mellonun yeni görünüşündən razı qaldığını bildirsəydi, Oba Mellonu öldürməyə bilərdi.[24] Buna baxmayaraq, Oba da Mellonun qısa müddətdən sonra ölməsindən məyus olmuşdu.[20]
Oba Mellonu Laytı sonda məğlub edəcək personaj hesab edirdi. Obaya görə Sidonun yox olmasından sonra yazıçı Mellonun rolu ilə əlləşmişdi. Obanın ağlında olan ideyaya görə Mello sonda Laytı məğlub etməli idi, amma hekayənin gedişində Mello Ölüm dəftəri haqqında çox məlumat əldə etdiyindən Oba hekayənin gərginliyini qoruyub saxlamaqdan ötrü Mellonu öldürməyə məcbur oldu. Nəticə, Oba "Death Note"un sonunda Melloya böyük rol vermədi və əvəzində Melloya Layta olan mənfi təsirini dolayı yolla verməyə məcbur etdi. Oba Melloya "çox sadə" ölüm verdi. O inanırdı ki, Mello "drammatik" şəkildə həlak olsa, bu, onun ölümünün arxasındakı həqiqəti də ortaya çıxarar.[25]
Tənqidçilərin mövqeyi
redaktəMello personajı əsasında ekşen-fiqurkalar və plüş kuklalar hazırlanmışdır.[26][27][28] Bundan savayı, bir neçə anime və manqa nəşriyyatı Mello haqqında şərhlər bildirmişdir. Mello və Nianın təqdim edilməsinə istinadən Mania.com saytından Culi Rosato deyir: "Hər ikisinin əsas diqqət mərkəzi olmaları mövqe mübarizəsinə və kobud yerdəyişmələrə səbəb olur".[29] Amma onlar animedə peyda olanda IGN-dan Tom Pepirium təndiqində qeyd edir ki, Mellonun nə etdiyi və Nianın hekayəsindən necə fərqləndiyi izah edilmir.[30] Active Anime-nin əməkdaşı Holli Ellinqvud onların, doğrudan da, Laytın ən yeni və böyük düşmənləri olduqlarını qeyd etmişdir.[2] Anime News Network-dan Brayana Lourens isə hər ikisinə "L-in müxtəlif hissələri" kimi yox, individuum münasibət göstərilsəydi, daha yaxşı personajlar olacaqlarını bildirmişdir.[31] Pop Culture Shock-un əməkdaşı Erin Finneqan "Ölüm dəftəri 2: Son ad" filminin ünvanına Nia və Mellonun yoxluğuna görə xoş rəylər yollamışdır.[32]
Anime News Network-dan Keysi Briensa Mellonun ranobedə hekayəni nəql edən kimi iştirakının altından xətt çəkir.[14] IGN-dan A. E. Sparrou Mellonun təqdimatını alqışlamış, seriayaya ekşen gətirdiyinə görə onu "ekşen adamı" adlandırmışdır.[33][34][35] Manga New Mellonu təxminedilməz olduğu qədər də maraqlı personaj olduğunu bildirmişdir və onu seriyaya gətirdiyi həyəcana görə tərifləmişdir.[36][37] Bu səbəblə də onlar seriyaya yeni qan gətirən personajlardan biri olan Mellonun 10-cu cilddə yer almamasını tənqid etmişdirlər.[38] Mellonun ölümündən sonra Pepirium yazırdı ki, Mello dahasına layiq idi.[39]
İstinadlar
redaktə- ↑ "Sakura-Con to Host Actor Nozomu Sasaki, Lain's ABe". Anime News Network. September 3, 2009. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ 1 2 Ellingwood, Holly. "Death Note Vol. 8 Deluxe Edition (Advance Review)". Active Anime. December 30, 2008. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ 1 2 Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 61 // Death Note, Volume 7. Viz Media. 2006. ISBN 978-1-4215-0628-9.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 60 // Death Note, Volume 7. Viz Media. 2006. ISBN 978-1-4215-0628-9.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 64 // Death Note, Volume 8. Viz Media. 2006. ISBN 978-1-4215-0629-6.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 68 // Death Note, Volume 8. Viz Media. 2006. ISBN 978-1-4215-0629-6.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 69 // Death Note, Volume 8. Viz Media. 2006. ISBN 978-1-4215-0629-6.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 74 // Death Note, Volume 9. Viz Media. 2007. ISBN 978-1-4215-0630-2.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 77 // Death Note, Volume 9. Viz Media. 2007. ISBN 978-1-4215-0630-2.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 78 // Death Note, Volume 9. Viz Media. 2007. ISBN 978-1-4215-0630-2.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 83 // Death Note, Volume 10. Viz Media. 2007. ISBN 978-1-4215-1155-9.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 98 // Death Note, Volume 11. Viz Media. 2007. ISBN 978-1-4215-1178-8.
- ↑ Ohba, Tsugumi; Obata, Takeshi. Chapter 99 // Death Note, Volume 12. Viz Media. 2007. ISBN 978-1-4215-1327-0.
- ↑ 1 2 Brienza, Casey. "Death Note: Another Note, the Los Angeles BB Murder Cases Review". Anime News Network. August 13, 2008. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Konami. Death Note: L o Tsugu Mono (Japanese). Nintendo DS. Nintendo. July 12, 2007.
- ↑ "DEATH NOTE Lを継ぐ者" (Japanese). Nintendo. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "Jump Ultimate Star - Death Note" (Japanese). Nintendo. July 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Chapman, Hoep. "Death Note Relight DVD 2 - L's Successor". Anime News Network. January 30, 2010. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ 1 2 Ohba, Tsugumi. How to Think // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 64. ISBN 1-4215-1888-0.
- ↑ 1 2 3 4 Ohba, Tsugumi. Takeshi Obata Production Note: Characters // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 134. ISBN 1-4215-1888-0.
- ↑ Ohba, Tsugumi. Takeshi Obata Production Note: Characters // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 135. ISBN 1-4215-1888-0.
- ↑ Ohba, Tsugumi. How to Think // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 66. ISBN 1-4215-1888-0.
- ↑ Ohba, Tsugumi. How to Think // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 69. ISBN 1-4215-1888-0.
- ↑ 1 2 Ohba, Tsugumi. Death Note 13: How to Read. Viz Media. 2008. səh. 179. ISBN 1-4215-1888-0.
- ↑ Ohba, Tsugumi. How to Think // Death Note 13: How to Read. Viz Media. 2008. səh. 68. ISBN 1-4215-1888-0.
- ↑ "Death Note: Mello Plush Finger Puppet". Amazon. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "Death Note Mini Bobble Head Plastic 3 Inch Figure- Mello". Amazon. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "ねんどろいどぷち デスノート Case File #02 (ノンスケールABS&PVC塗装済み可動フィギュア) BOX" (Japanese). Amazon. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Rosato, Julie. "Death Note Vol. #07". Mania.com. Demand Media. August 23, 2006. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Pepirium, Tom S. "Death Note: "Abduction" Review". IGN. Ziff Davis. April 28, 2008. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Lawrence, Briana. "Death Note GN 12". Anime News Network. August 5, 2007. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Finnegan, Erin. "Manga Recon @ the Movies: Death Note and Death Note: The Last Name". Pop Culture Shock. June 23, 2007. July 4, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016.
- ↑ Sparrow, A. E. "Death Note: Reader's Guide & Anime Trailer". IGN. Ziff Davis. October 26, 2007. səh. 4. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Sparrow, A. E. "Death Note Vol. 8 Review". IGN. Ziff Davis. December 1, 2006. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Sparrow, A. E. "Death Note Vol. 10 Review". IGN. Ziff Davis. April 9, 2007. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "Death note Vol.9 critique". Manga News (French). July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "Death note Vol.12 critique". Manga News (French). July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ "Death note Vol.11 critique". Manga News (French). July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)
- ↑ Pepirium, Tom S. "Death Note: "Malice" Review". IGN. Ziff Davis. June 27, 2008. July 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2016. (#invalid_param_val)