Melvill Ada Avstraliya - Wikipedia
Melvill (ing. Melville Island) — Timor dənizinin şərqində, Avstraliyanın Şimal ərazisi (Avstraliya)ndə yerləşir. Aborigenlər arasında ada Ermalner adlandırılır. Avstraliyanın Baterst (Avstraliya) adası ilə birlikdə Tivi adalarını təşkil edir.
Melvill adası | |
---|---|
ing. Melvill Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 5786 km² |
Hündür nöqtəsi | 258 m |
Əhalisi | 1.029 nəfər (2010-cu il) |
Yerləşməsi | |
11°30′00″ c. e. 130°56′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
Arxipelaq | |
Akvatoriya |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəSahəsi 5786 km² təşkil edir. Bu göstəriçi ilə ada Avstraliyada Tasmaniyadan sonra ikincidir. Ən hündür nöqtəsi 258 metrdir. Orada qarışıq və tropik meşələr yayıııllmışdır. İqlimi: Tropik iqlimi və Musson iqlimi.
Tarixi
redaktəAda ilk dəfə holland dənizçisi Abel Tasman təfindən kəşf edilir və Van-Diema Torpağı adlandırılır (164). Digər fərziyəyə görə adanı 1636-cı ildə holland səyyah Piter Piters tərəfindən aşkarlanır. Ançaq Piter adanı materikin bir hissəsi hesab edirdi[1]. 1818-ci ildə ada Britaniya general-admirallığının birinci lordu Robert Dandasın şərəfinə (Vinkont Melvill) adlandırılır. Onun şərəfinə Kanada Arktik arxipelaqının adalarından biridə onun şərəfinə adlandırılmışdır (Melvill (ada). 1824-ci ildə ada ilk dəfə məskunlaşdırılır. Orada ilk avropalı yaşayış məntəqəsi Fort-Dundas olur.
Əhalisi
redaktəMilikapiti qəsəbəsində 559 nəfər, Pirlanqimpidə 440 nəfər insan yaşayır. Milikapitidən 27 km aralıda, adanın sahillərində 5 ailədən ibarət 30 nəfərlik qrup yaşayır. Ümumilikdə isə adada 1029 nəfər yaşayır (2010).
İstinadlar
redaktə- ↑ Maqidoviç V. İ., Maqidoviç İ. P. Tarixi açılışların oçerki. T. 2. М., 1983. S. 372.
Mənbə
redaktə- Tivi Torpağı soveti Arxivləşdirilib 2006-12-30 at the Wayback Machine
- Tivi inçəsənəti
- Adada turizm Arxivləşdirilib 2008-07-08 at the Wayback Machine