Meri Berd Torpagi - Wikipedia
Meri Berd Torpağı, (ing. "Marie Byrd Land") Antarktidanın qərbindəki torpağlarıdır. Coğrafi olaraq, qərbində Ross Buz sahəsi və Ross dənizi, şərqində Elsuort Torpağı və Ronni Buz sahəsi, şimalında isə Amundsen dənizi və Sakit Okean yerləşir. Rokfellerlər yaylası və Eyts sahili arasındakı ərazinidə əhatə edən bölgə, 1928-1941-ci illər arasında Admiral Riçard Berd liderliyində təşkil edilən səfərlərdə kəşf edilmişdir. Admiral Berdin 1929-cu ildə bölgənin şimal-qərbində qalan hissəyə yoldaşının adını verərək bu bölgəni "Meri Berd Torpağı" adlandırmışdır.[1]
Uzaqlığda yerləşməsi səbəbiylə hər hansı bir ölkə tərəfindən sahiblənməmiş, şərqindəki Eyts sahili daxil olmağla 1.610.000 km² sahəsi olan bu ərazi dünyanın ən böyük sahibsiz bölgəsi sayılır.
Meri Berd Torpağı | |
---|---|
ing. "Marie Byrd Land" | |
80° c. e. 120° q. u.HGYO | |
Ölkə | Antarktida |
Tarixi və coğrafiyası | |
Sahəsi | 1 610 000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Torpaq iddiaları
redaktəAna maddələr: Antarktika haqqında konvensiya
1939-cu ildə, Amerika Birləşmiş Ştatları prezidenti Franklin Delano Ruzvelt Antarktidanın bəzi hissələrini Amerika Birləşmiş Ştatları torpaqları olaraq kəşf edilmək üzrə addımlar atması üçün ABŞ Antarktida Xidmət Səfəri (1939-1941) üzvlərinə göstəriş vermiş, ancaq 1959-cu ildən əvvəl edilən bu səfərlər Antarktika haqqında konvensiya sistemində rəsmiyyət qazanmamışdır. Amerika Birləşmiş Ştatlarındakı bəzi nəşrlər bölgəni ABŞ torpaqları olaraq göstərmişdir. ABŞ Müdafiə Nazirliyi də Amerika Birləşmiş Ştatlarının 1959-cu ildən əvvəlki fəaliyyətlərini qaynaq göstərərək Antarktidada haqq iddiası üçün möhkəm bir təmələ sahib olduqlarını ifadə etmişdir.[2] Sözü gedən sahə bölgənin qərbində yerləşən Yeni Zelandiyanın haqq iddia etdiyi Ross Bölgəsinin bir hissəsidir.
Coğrafiyası
redaktəSahilləri
redaktəMeri Berd Torpağının sahil hissəsi qərbdən şərqə doğru beş sahil bölgəsinə ayrılmışdır:
№ | Bölgə adı | Qərb sərhədi | Şərq sərhədi |
---|---|---|---|
1 | Saunders Sahili | 158°00'W | 146°31'W |
2 | Ruppert Sahili | 146°31'W | 136°50'W |
3 | Hobbs Sahili | 136°50'W | 127°35'W |
4 | Bakutis Sahili | 127°35'W | 114°12'W |
5 | Valqrin Sahili | 114°12'W | 103°24'W |
Meri Berd Torpağı | 158°00'W | 103°24'W |
Kəşflər
redaktə- Meri Berd Torpağı, ilk dəfə qərbində yerləşən Ross dənizi vasitəsi ilə araşdırılmışdır. Bölgənin uzaq qərb sahilləri 1902-ci ildə Robert Falkon Skott tərəfindən kəşf edilmiş, Ross dənizinə bitişik yarımadanı VII Eduard Torpağı (King Edward VII Land) olaraq adlandırılmış, Aleksandra dağları içində ortaya çıxan dağınıq qayalar (nunatak) olaraq xarakterizə edilmişdir.
- 1911-ci ildə, Roald Amundsenin Cənub Qütbü səfəri əsnasında, Kristian Prestrud Ross dənizinin şərqində və Ross Buz sahəsi sərhədindəki bu təcrid olmuş qayalıq bölgəni xizəklə araşdırmışdır. Eyni il Nobu Şirasenin başçılığı ilə ilk Yapon Antarktida Kəşf qrupu yarımadanın sahillərinə enmişdir.[3]
- Riçard Berdin ilk Antarktida səfəri (1928-1930)[4] əsnasında Amundsenin Uels körfəzindəki əsas düşərgəsi olan Fremheim yaxınlarındakı Kiçik Amerika bazasından həyata keçirtdiyi 1929-cu ildəki hava uçuşları, Rokfeller dağları və Edsel Ford sıradağlarının şərqindəki uzaq bölgənin kəşfinə gətirib çıxarmışdır. L.Qold tərəfindən idarə olunan Rokfeller dağlarının hissələrinin qısaca araşdırıldığı bir geoloji səfər sonrasında Berd, həyat yoldaşı Merinin adını bölgəyə vermişdir.[5]
- Qurudan dərinləməsinə edilən ilk kəşf "İkinci Berd səfəri" (1933-1935) əsnasında edilmişdir. Paul Sipl və F.A.Veyd öndərliyində bir xizək səfəriylə 1934-cü ildə uzaq şərqdəki Fosdik dağlarına çatılmışdır. Ruppert Sahili boyunca şərqə doğru olan torpaqlar havadan kəşf edilmişdir.[6]
- ABŞ Antarktida Xidmət Səfəri olaraq da adlandırılan "Üçüncü Berd Antarktida Səfəri", 1939-1941-ci illərdə reallaşmışdır. Bu səfərdə 1600 kilometr arayla iki baza yaradılmışdır. Köhnə Kiçik Amerika bazası yaxınlarındakı Qərb hərbi bazası (68°29'C 163° 57'Q)[7] və Stonington adasındakı Antarktida yarımadasının yaxınlığındakı Şərq bazasından (68°12'C 67°03'Q) təşkil edilən kəşf uçuşlarıyla Meri Berd torpağlarındakı Vulkanik ərazinin[8], Valqrin, Hobbs və Ruppert Sahilləridə daxil olmağla sahil bölgəsinin böyük qisimi və Qərb bazasından edilən kəşf marşurutu ilə şimaldakı Ford sıradağları və Fosdik dağlarının cənub yamacları kəşf edilmişdir.[9]
- ABŞ hərbi donanması 1946-1959-cu illər arasında Antarktidaya müxtəlif kəşf səfərləri təşkil etmişdir. Bu səfərlərdə (R.Berd liderliyində Highjump əməliyyatı Gerald L.Ketchum liderliyində Vindmill əməliyyatı, Deep Freeze əməliyyatı I-IV), Meri Berd torpağının sahil hissələri üzərində Trimetrogon hava fotoqrafiya sistemi (TMA, eyni nöqtə üzərində şaquli, sol və sağ oblik görünüşlər) istifadə edilərək hava fotoşəkilləri çəkilmişdir.[10] ABŞ hərbi donanması 1956-57-ci illərdə təşkil etdiyi Deep Freeze II əməliyyatı zamanı Berd stansiyasını (80°00'C 120°00'Q) inşa etməyə başladı. Bu sayədə Beynəlxalq Geofizika ili əvvəlində traktor qatarlar (modifikasiya edilmiş buldozerlər) ilə ərazi üzərində müxtəlif kəşflər edildi.[11]
- Yanvar 1957-ci ilin əvvəlində Çarles Bentli bir neçə ay əvvəl Amerika Birləşmiş Ştatları Ordusu mühəndisləri tərəfindən müəyyən edilən marşrut boyunca Kiçik Amerika V bazasından yeni Berd stansiyasına bir yol açdı. Komandası ilə birlikdə buz qalınlığı, yerin maqnit və qravitasiya sahəsində bəzi hesablamalar apardılar. Növbəti yay mövsümü (1957-1958) Berd stansiyasında Meri Berd torpağındaki Vulkanik bölgəyə ikinci bir yol açaraq ilk dəfə quru yol ilə kəşfini həyata keçirdi. Berd stansiyasına dönmədən əvvəl şərqi Meri Berd torpağının kənarında yerləşən Sentinel dağlarına çatdı. Bentli 1958-59-cu illərdə Berd stansiyasında Horlik dağlarına uzanan üçüncü bir yol açdı. Bu yolla o, Meri Berd torpağı və Şərqi Antarktida Transantarktika dağları arasında yerləşən dərin və qayalıqlardan ibarət uçurum olan Bentli buzlaq çuxurunu kəşf etdi.[12]
- 1958-1960-ci illərdə Berd stansiyasında həyata keçirilən uçuşlar və yol boyunca edilən kəşflərlə bu ərazi İcra Komitəsi ərazisi olaraq xəritəyə salındı. 1964 və 1965-ci illərdə qərbi Meri Berd torpağının kəşfi havadan tamamlandı. Bu cəhdlərin ardından ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS) 1966-1968-ci illər ərzində Meri Berd torpağında ərazi təlimləri ilə bir sıra istinad nöqtəsi və meyarları ortaya çıxartdı.[13]
- 1966-1969-cu illərdə Amerika Birləşmiş Ştatları Berd Sahil Araşdırması, F.A.Veydin başçılığı altında, Alexandra və Rokfeller dağları ilə Ford sıradağlarının 1:250.000 miqyaslı, geoloji xəritəsini yaratdı.[14] Bu araşdırma vertolyotla havadan edilən və geofiziki işləri da özündə birləşdirən qarışıq bir səfər oldu.[15]
- 1978-1993-cü illər arasında Meri Berd torpağına geoloji araşdırma üçün bir neçə kəşf daha təşkil edildi. Yeni Zelandiyalı geoloqlar, 1978-1979-cu illərdə[16] və 1987-1988-ci illərdə[17] Ford sıradağlarına və VII Eduard yarımadasına araşdırma üçün iki kəşf gəzintisi təşkil etdilər.
- Kolorado Kolleci geoloqları Fosdik dağlarını araşdırmaq üçün Ford ərazini 1998-2001-ci illərdə və 2004-2007-ci illərdə səfərlər təşkil etdilər.[18]
Yerləşmə
redaktəAna maddə: Antarktikadakı qütb stansiyalarının siyahısı
Berd stansiyası
redaktəAna maddə: Berd (antarktik stansiya)
Meri Berd Torpağı Bakutis sahilində, 1957-ci ildə başlayan Deep Freeze əməliyyatının əsası Berd stansiyası olmuşdur. Berd stansiyası illərcə Qərbi Antarktidanın ən əhəmiyyətli hissəsi oldu. 1968-ci ildə, Antarktida buz təbəqəsi deşilərək ilk buz özəyi burada çıxarılmışdır. Müvəqqəti yazlıq düşərgə olaraq illərcə çalışdığdan sonra, stansiya 1972-ci ildə tərk edildi. 2009-2010-cu illərdə Şimal Qərbi Antarktida dəstək əməliyyatları üçün ABŞ Antarktida Proqramı (USAP) tərəfindən yenidən açıldı.[19]
Ruskaya stansiyası
redaktəAna maddə: Ruskaya (antarktik stansiya)
Ruppert sahilində 1980-1990-cı illərdə sadəcə yay aylarında istifadə olunan rus stanasiyası sayılan Ruskaya stansiyası yerləşir.[mənbə göstərin]
Həmçinin baxın
redaktəİstinadlar
redaktə- ↑ "Marie Byrd Land" Arxivləşdirilib 2021-06-02 at the Wayback Machine. Geographic Names Information System Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine. United States Geological Survey Arxivləşdirilib 2020-05-10 at the Wayback Machine. (İngiliscə) 2004-11-03.
- ↑ "Presidential Decision Directive NSC-26". 2017-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
- ↑ bax, Huntford, R., 1985, The Last Place on Earth: New York, Atheneum, (səhifə 567.)
- ↑ Rodgers 1990 Arxivləşdirilib 2022-09-11 at the Wayback Machine, (İngiliscə) pp. 96-98.
- ↑ bax,.. Byrd, R.E., 1930, Little America: Aerial Exploration in the Antarctic and the Flight to the South Pole: New York, G.P. Putnam's Sons, (səhifə 422)
- ↑ bax,... Byrd, R.E., 1935, Discovery: The Story of the Second Byrd Antarctic Expedition: New York, G.P. Putnam's Sons, (səhifə405)
- ↑ bax,.. Wade, F.A., 1945, An Introduction to the Symposium on Scientific Results of the United States Antarctic Service Expedition, 1939–1941: Proceedings of the American Philosophical Society, v. 89, (səhifə1-3)
- ↑ "Executive Committee Range" Arxivləşdirilib 2021-06-02 at the Wayback Machine. Geographic Names Information System Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine. United States Geological Survey Arxivləşdirilib 2020-05-10 at the Wayback Machine. (Ingiliscə) 2010-01-09.
- ↑ bax,.. Warner, L.A., 1945, Structure and Petrography of the Southern Edsel Ford Ranges, Antarctica: Proceedings of the American Philosophical Society, v. 89, (səhifə 78-122)
- ↑ bax,.. Meunier, T.K., 2006, U.S. Geological Survey Scientific Activities in the Exploration of Antarctica: Introduction to Antarctica (Including USGS Field Personnel: 1946–59) Open-File Report 2006–1117, Richard S. Williams, J., and Jane G. Ferrigno, eds.: Washington, D.C., U.S. Geological Survey, (səhifə 14).
- ↑ Frazier, P.W., 1957, Across the Frozen Desert to Byrd Station: National Geographic Magazine Arxivləşdirilib 2022-09-20 at the Wayback Machine, v. CXII, (səhifə383-398).
- ↑ bax,.. Lewis, R.S., 1965, A Continent for Science: New York, Viking Press, (səhifə 300).
- ↑ U.S. Antarctic Resource Center Arxivləşdirilib 2005-10-30 at the Wayback Machine (İngiliscə) 2010-01-18
- ↑ bax,.. Wade, F.A., et al., 1977, Reconnaissance geologic map of the Alexandra Mountains quadrangle, Marie Byrd Land, Antarctica, Map A-5: Reston, VA, U. S. Antarctic Research Program.
- ↑ bax,.. Beitzel, J.E., 1972, Geophysical investigations in Marie Byrd Land, Antarctica [Ph.D. dissertation thesis]: Medison, Viskonsin-Medison Universiteti.
- ↑ K-051 Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine (İngiliscə) 2010-01-25
- ↑ K-151 Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine (İngiliscə) 2010-01-25
- ↑ "C.S. Siddoway" Arxivləşdirilib 2009-12-12 at the Wayback Machine Kolorado Kolleci (İngilisc) 2010-01-25
- ↑ "Antarctic Sun" İyun 12, 2009 Arxivləşdirilib 2009-08-06 at the Wayback Machine (İngiliscə) 2010-01-15