Merilin Mao Obrazinda - Wikipedia
"Merilin Mao obrazında" (ing. Marilyn as Mao) və ya "Merilin/Mао" (ing. Marilyn/Mao) — 1952-ci ildə latış-yəhudi əsilli fotoqraf Filipp Halsman tərəfindən yaradılmış fotomontaj. Sonradan bu obraz Salvador Dali, çinli rəssamlar Yu Yuhan və Xua Ciminq kimi təsviri incəsənətin bir çox məşhur nümayəndələri tərəfindən istifadə olunmuşdur.
Filipp Halsmanın fotosu
redaktəAmerikalı aktrisa və model Merilin Monro 1952-ci ilə qədər karyerasının zirvəsinə doğru əminliklə irəliləyirdi. 1950-ci ilin dekabrında "20th Century Fox" kinostudiyası ilə 7 illik müqavilə imzalamış, 1 il sonra bu studiyanın istehsalı olan filmlərdə baş rollarda çəkilməyə başlamışdır. Tezliklə Merilin "Hollivud əcnəbi mətbuat assosiasiyası tərəfindən "ən gəlirli gənc aktrisa" elan olunmuşdur.[1]. Monro özünü yeni seks-simvol qismində təqdim edirdi. Müsahibələrindən birində o, 1949-cu ildə açıq paltar geyinmiş, yarıçılpaq fotolara çəkildiyini bildirmişdir. Mətbuat həmin dövrdə onun alt paltarı geyinmədiyini qeyd etmişdir. 1952-ci ildə Fritz Lanqın "Gecə toqquşması" dramında və и триллере "Qapını döymədən daxil olmaq" trillerində ruhi xəstə olan dayə obrazında çəkilmişdir. 1952-ci ildə çəkildiyi daha 3 komediya filmi ("Biz evli deyilik!"[2], "Meymun əməyi" (rejissor Hovard Houks), "Qırmızıdərililərin başçısı və başqaları… [3]) onun seksual cazibəsini daha da önə çıxarmışdır.
1952-ci ildə Mao Tszedun Çin Kommunist Partiyası Mərkəzi komitəsinin baş katibi, Çin Xalq Respublikası Mərkəzi hərbi şurasının sədri, Çin xalq siyasi məsləhət şurasının sədri vəzifələrini yerinə yetirirdi. Mao qərb cəmiyyətinin gözündə tək əldə cəmlənmiş nəhəng hakimiyyətin simvolu hesab edilirdi.
Filipp Halsman məhz 1952-ci ildə "Merilin Мао obrazında" (ing. «Marilyn as Mao») fotomontajını yaratmışdır. Həmin ildə çəkilmiş pozitivlər CGA.1989.17j inventar nömrəsi altında Korkoran incəsənət qalereyasında[4], həmçinin Getti Muzeyinin kolleksiyasında "Merilin Monronun sədr Mao Tszedun obrazındakı portreti" (ing. Portrait of Marilyn Monroe as Chairman Mao Zedong)[5], adı altında saxlanılır. 1984-cü ildə Getti Muzeyi bu əsəri kolleksiyaçı Samuel Vaqstaffdan əldə edərək öz kolleksiyasına qatmışdır. Əsər dəfələrlə keçirilmiş beynəlxalq sərgilərdə : 1985–1986-cı illərdə London, 1993-cü il Malibu, 2012-ci il Los-Ancelesdə təşkil olunmuş sərgilərdə nümayiş olunmuşdur. Daha bir pozitiv Nyu-York Müasir İncəsənət Muzeyində (МoМА) saxlanılır. 1967-ci ildə hazırlanmış 34 x 25.8 santimetr ölçülü pozitiv Ceyn Halsman Bello tərəfindən müzeyinə hədiyyə edilmişdir. Pozitiv muzeyin kolleksiyasında 772.1998 inventar nömrəsi altında saxlanılır.[6].
Bir sıra incəsənət ədəbiyyatlarında sürrealist ispan rəssamı Salvador Dalinin bu fotomontajın yaradılmasının təşəbbüsçüsü olması göstərilir. Deyilənə görə, 1967-ci ildə Dali Halsmandan Merilin Monronun Mao obrazında təsvirinin yaradılmasını xahiş etmişdir. [7][8] Lakin çox güman bu hadisə fotonun neqativinin yaradıldığı ildə (1952) baş vermişdir. [9].
Salvador Dalinin rəsm əsəri
redaktə1971–1972-ci illərdə Salvador Dali kətan üzərində yağlı boya və fotokollaj texnikasından istifadə edərək "Avtoportret" əsərini yaratmışdır. Rəsm 118 x 96 santimetr ölçüsündədir. Hazırda əsər şəxsi kolleksiyada saxlanılır və Dalinin yaratdığı işlər kataloqunda 1338 nömrə altındadır. [10]. Rəsm əsərində Merilin Monronun montaj olunmuş siması Mao Tszedunun büstü, o da öz növbəsində Dalinin profilinin üzərində təsvir edilmişdir. Rəsmdə Dalinin digər işlərində rast gəlinən ənənəvi obyektləri görmək olar: əriyən günəş saatları, leşyeyən, aşağıya doğru axan qırmızı və sarı rənglər. Dali bu rəsmi təxminən 3 fut ölçüdə yaratmaq istəyirdi. Burada o, özünün 6 hissəli "Tanrı olmaq" operasının yaradılmasını nümayiş etdirmək istəyirdi. Dali operasının yaradılmasına 1920-ci illərdə başlamış, sonradan bəstəkar İqor Vakeviç və ispan yazıçı Manuel Vaskes Montalbanla birgə çalışmışdır. Dali bu operasında özünü Tanrı, Bricit Bardonu ənginar, Merilin Monro və kraliça II Yekaterinanı striptiz rəqsi oynayan obrazda təsvir etmişdir. "Tanrı olmaq" operası Salvador Dali sağ ikən belə nümayiş olunmamışdır. Paris studiyasında hazırlanmış audio səsyazması Eurostar leyblında buraxılmışdır. Lakin sonradan Eurostar şirkətinin layihəni tərk etməsilə minlərlə kompakt disk anbarda qalmışdır. [11].
Rəsmin təsvirinə ilk dəfə 1971-ci ildə Salvador Dali tərəfindən Milad bayramı ərəfəsində fransız dəb jurnalı Vogue üçün hazırlanmışdır.
1972-ci ildə qısametrajlı film üzərində çalışan Dali burada amerikalı aktrisa Denis Sandellin cizgilərini Merilin Monronun simasına köçürmüşdür. Rəssam aktrisaya Filipp Halsmanın fotokollajından istifadə edərək "Vogue" jurnalının üz qapağı haqda film çəkməyi planlaşdırdığını bildirmişdir. Rəsmdə Dalinin profili qeyri-dəqiq, baxışları diqqətlidir. Rəssam burnunu qartal burnu formasında, kipriklərini uzun, dodaqlarını rənglənmiş, boynunu isə uzun, incə olmaqla yanaşı, bahalı boyunbağı ilə təsvir etmişdir. Sənətşünas Coan Kropf bu rəsmə rəy bildirərkən söyləmişdir: "O özünü monarx kimi görür, ona kral hakimiyyəti ideyası xoş gəlir". Sənətşünasın fikrincə, "Avtoportret"də Dali Merilin Monro kimi ikona olmağa çalışır. Buna baxmayaraq, rəssam rəsmdən razı qalmamışdır. Rəsmin satışı ilə məşğul olan EG & G Dynatrend şirkətinin mətbuat katibi Kristina Messner bu haqda fikirlərini bölüşmüşdür: "Dalinin yeganə problemi onun Tanrı olmaması idi. Lakin o Tanrı olacağı təqdirdə Dali olmayacağını, Dali olmağın isə ən yaxşı olmasını fikrini əsas gətirərək özünə təskinlik tapırdı". Kristina Messnerin sözlərinə görə, Dalinin sonuncu biznes meneceri Rober Deşan guya rəsmin ABŞ və Çin arasında artan əlaqələrə hədiyyə olaraq rəssam tərəfindən düşünüldüynü bildirmişdir. Kristina Messnerin sözlərinə görə, Dali nə vaxtsa Mao Tszedunun Çin və ABŞ-ni birləşdirərək "dünyanı işğal edəcəyini" düşünürmüş.
Kolumbiya narkobaronları Salvador Dalinin "Avtoportret"ini pulların yuyulması üçün istifadə etməyə cəhd etsələr də, ABŞ immiqrasiya və gömrük polisinin əməkdaşları tərəfindən 1993-cü ilin 7 dekabrında Mayamidə "narkotik maddələrin qeyri-qanuni satışı ilə əldə edilən pullar hesabı"na alınmış rəsmi müsadirə etmişdilər. 1995-ci ildə gömrük xidməti narkotik cinayətkarlıqla mübarizə aparmaq üçün lazımi maliyyə dəstəyinin əldə edilməsi məqsədilə rəsmi Mayami-Biçdə satmaq istəmişdir.
Gömrük xidmətinin bildirişində qeyd olunmuşdur: "Kolumbiya narkotik tacirlərinin məqsədi bundan ibarət idi ki, onların Mayamidə olan tərəfdaşları rəsmi auksionda satmalı və əldə edilən pulu geriyə Kolumbiyaya göndərməli idi". Gömrük xidmətinin nümayəndəsi Maykl Şixan rəsmin müsadirə edilməsi üçün onlara kimin istiqamət verməsini açıqlamaqdan imtina etmişdir. [11].
Rəsm əsəri Mayamidə yerləşən "Bass muzeyin"də nümayiş olunmuşdur. Burada 1 iyun tarixində auksionun keçirilməsi planlaşdırılmışdı. Qəzetlər yumorla, auksionun məhz Merilin Monronun doğum gününə düşməsini qeyd edirdilər. Muzeyin icraçı direktoru Dayan Kamber bu hadisəni ""sürrealist gecə" adlandırmışdır.
Dalinin rəsmləri dəfələrlə saxtakarlıqla üzləşmişdir. Rəsm rəssamın yaradıcılığı üzrə mütəxəssis Albert Fild tərəfindən yoxlanılaraq təsdiq edilmişdir. Rəsmin hal-hazırda 4 sahibi vardır: Barselonada yaşayan Helena de Saro adlı xanım, Kolumbiyanın Medellin şəhərindən olan Qaleria Duqo Aranqo, Mayami və Gömrük xidmətindən olan şəxsi kolleksiyaçı. Gömrük xidməti bütün təklifləri rədd etmə hüququnu özündə saxlamış və rəsmə hər hansısa bir minimal məbləği elan etməmişdir. (mütəxəsislər tərəfindən rəsm 500 000 dollar dəyərində qiymətləndirilir)
Mao və Merilin çinli rəssamların yaradıcılığında
redaktəHalsman tərəfindən yaradılan və Dali tərəfindən təkrarlanan obraz öz əksini müasir Çin təsviri incəsənətində də tapmışdır. Onlardan biri avanqard üslubunda rəsmlər yaradan Yu Yuhan olmuşdur. Bu üslub Çində mədəni inqilab başa çatdıqdan sonra yaranmışdır. Rəssam uzun müddət abstrakt incəsənətlə məşğul olmuşdur. Təxminən 10 il ərzində abstrakt əsərlər yaradan Yuy Yuhan pop-artla məşğul olmağa başlamışdır. O, üslubundakı dəyişikliyin Endi Uorholun işləri ilə tanışlıqdan sonra baş verdiyini izah etmişdir.
Yu Yuhanın "Adsız (Mao Merilin)" (ing. «Untitled (Mao Marilyn)») rəsmi kətan üzrə yağlı boya texnikası əsasında 2005-ci ildə yaradılmışdır. Ölçüsü 150 x 149 santimetr[12], olan rəsm əsəri İsveçrəli biznesmen və diplomat (uzun müddət İsveçrənin Çində səfiri olmuşdur) Uli Siqqin kolleksiyasına daxil olmuşdur. Rəsm Endi Uorholun müxtəlif vaxtlarda çəkdiyi "Mao" və "Merilin" rəsmləri əsasında yaradılmışdır. Aktrisanın müəmmalı ölümündən 1 həftə sonra Endi Uorhol Merilin Monronun təsviri olan bir neçə seriya rəsm əsəri yaratmışdır. O, böyük bir kətanda Merilinin 50 portretini yaratmışdır Onlardan yarısı rəngli, digər yarısı isə ağ-qara rəngdə idi. Uorhol Merilin Monronun "Niaqara" filminin reklam rolikinə əsaslanaraq bu seriyanı yaratmışdır.[13].
Trafaret çapı Uorhola fotoqrafiya təsvirlərini elementlərə ayırmağa və rənglər üzərində təcrübələr aparmağa imkan yaratmışdır. 1972-ci ildə Uorhol eyni texnikaya əsaslanaraq, Mao Tszedunun təsviri yer alan rəsmlər seriyasını çəkmişdir. Bu da Çinin Qərbə artan marağı və prezident Riçard Nikson un Çin Xalq Respublikasına səfəri ilə üst-üstə düşmüşdür.
Yu Yuhan Uorhol ekran çapını imitasiya edən "təsviri" fırça yaxmaları vasitəsilə rəsmi yaratmışdır. Yuhanın rəsmlərinə baxan tənqidçilərdən biri rəssamın fotoqrafiya texnikası, kommersiya proseslərindən geriyə doğru uzaqlaşdığını, Uorholun kommersiya texnikası və fotoqrafiyanı birləşdirən sənət xəttinə zidd olduğunu bildirmişdir.
Müasir çin rəssamlıq hərəkatında Yuhan "siyasi pop-art"ın rəssamı hesab edilir. 2009-cu ildə Avstraliya milli qalereyasında nümayiş olunan sərgidə rəsm bir çox ədəbi tənqidlərə məruz qalmışdır.
Tənqidçi Culiya M. Vayt hesab edir ki, rəsmdə Mao Tszedun qəhrəman kontekstindən qoparılaraq, sanki özünün 15 dəqiqəlik məşhurluğundan həzz almış kimi təsvir edilmişdir.[14].
Çinli rəssam Xua Ciminq əsərlərində fikirlərini açmaq üçün izləyicidə gülüş doğurmağa çalışır. O əsərlərində parlaq rənglərdən istifadə etməklə yanaşı, pop-artın elementlərindən də istifadə edir. "20 Mao" adlı rəsmlər seriyasında rəssam Mao Tszedunu fərqli obrazlar da təsvir etmişdir. Onun bəzi işləri yumoristik, bəziləri isə ciddi təxəyyülü özündə birləşdirir.
"Maonun təsvirlərini yaratmaq üçün 2 il sərf etdim. Mən, Maonun cəmiyyətimizin hər yerində olmasını vurğulamaq üçün onu fərqli görkəmlərdə təsvir etməli oldum". Rəssam bir çox işlərində qraffitini xatırladan üslubdan istifadə edir.[15]. Rəssamın "Merilin Mao" (ing. «Marilyn Mao») akvarelI 2012-ci ildə çəkilmişdir. Ölçüləri isə — 41 x 32 santimetrdir.[16].
İstinadlar
redaktə- ↑ Kahana, Yoram. "Marilyn: The Globes' Golden Girl" (ingilis). Hollywood Foreign Press Association (HFPA). 30 января 2014. March 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2015.
- ↑ Spoto, 2001. səh. 200
- ↑ Churchwell, 2004. səh. 62
- ↑ "Philippe Halsman. Marilyn As Mao, 1952". The Corcoran Gallery of Art. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Philippe Halsman. Portrait of Marilyn Monroe as Chairman Mao Zedong, 1952". The J. Paul Getty Trust. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Philippe Halsman. Marilyn as Mao". The Museum of Modern Art. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ Taylor, 2008
- ↑ Halsman, Halsman, 1989
- ↑ Nicotera, 2012
- ↑ Dali, Descharnes, Neret, 1997
- ↑ 1 2 Blumenthal, 1995
- ↑ McDonald, John. "Go Figure! Contemporary Chinese Portraiture: National Portrait Gallery in Canberra, September 13 — February 17, 2009". Sydney Morning Herald. October 13, 2012. June 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
- ↑ Сидельникова, Евгения. "Энди Уорхол. Диптих Мэрилин". Артхив. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
- ↑ White, Julia M. "Mahjong: Contemporary Chinese Art from the Sigg Collection". The Berkeley Art Museum and Pacific Film Archive. 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
- ↑ "Hua Jiming". SURGE Art. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Marilyn Mao. Hua Jiming". SURGE Art. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.