Merlion - Wikipedia
Merlion[1] (ing. Merlion, çin. 魚尾獅, malay Singa-Laut) — Sinqapurun simvolu, mifik varlıq. Xarici görünüşcə bədəndən balıq, başdan isə şir formasındadır.Merlion sözü mer ("dəniz", ing. mermaid — "su pərisi") və lion ("şir").[2] Şir gücü və qorxmazlığı simolizə edir. Balıq isə Sinqapurun dənizlə olan sıx bağlılığına işarə edir. Şəhərin adı sanskrit sözü olan sinqa ("şir") və pura sözlərindən meydana gəlmiş və qədim əfsanəyə görə şəhərə bu adı şahzadə Sanq Nila Utama verib. Şahzadə cəngəllikdə şirlə qarşılaşmış və qılıncını çıxararaq döyüşə hazırlaşmış. Ancaq şir və şahzadə bir-birinin gözlərinə baxaraq sülhlə ayrılmışlar.
Merlion heykəli Sinqapurda şəhərin emblemindəki formaya uyğun qurulub. Emblem 1964-cü ildə sinqapur turizm cəmiyyətinin sifarişi əsasında Freyzer Brunner tərəfindən işlənilmişdir. Betondan olan heykəlin hündürlüyü 8,6 metr, çəkisi 70 tondur. Lahiyyənin dəyəri 165,000 sinqapur dollar olmuş. Heykəlin yerli heykəltaraş Lim Nanq Senq hazırlamışdır. Merliyon təkcə heykəl statusu daşımır, o həm də, fontandır. Məhz şirin ağzından su fontan vurur[3]. Heykəli Sinqapur çayının mənsəbində ucaldıblar. 15 sentyabr 1972-ci ildə təntənəli şəkildə Merlion parkının açılışı olmuş və tədbirdə Sinqapurun baş naziri Li Kuan Yu iştirak etmiş. Heykəlin ətrafında zamanla böyük göydələnlər, parlament binası, asiya sivilizasiyası muzeyi və s. önəmli binalar tikilmişdir.
1997-ci ildə tikintisi başa çatan Esplanada körpüsü hekəlin dənizdən olan görünüşünün qarşısı kəsmişdi. 2002-ci ildə heykəl və təməli çay boyu 120 metr aşağıya aparılaraq Fullerton otelinin önündə yerləşdirilmişdi[4].
28 fevral 2009-cu il, saat 4:30-da heykəli ildırım vurmuş və bir hissəsi dağılmışdır[5]. Müasir dövrdə heykəl tam restavrasiya olunub.
Merlion heykəlləri
redaktəBeş Merlion heykəli ölkədə rəsmən təsdiqlənmiş statusa malikdir:
- Merlion parkında, 8,6 metr hündürlüyə malik olan əsil heykəl[6].
- İki metirlik heykəl. Əsil heykəlin arxasında yerləşir.
- 37 metirlik nəhəng forma- Sentosa adasında yerləşir[7].
- Üç metrlik şüşə formalı heykəl. 1995-ci ildə qoyulmuş.
- Üç metr hündürlüyü malik digər heykəl Faber dağında ucaldılıb. Xaricdə olan sinqapurların, iş adamlarının və Sinqapurla daha yaxın əlaqələrə malik ölkələrin təşəbbüsü ilə Yaponiyada, Çində, ABŞ-da Merlion heykəlləri ucaldılıb.
Merlion suvenirlərdə
redaktəSinqapurun turistik bölgəsində fərqli çeşiddə suvenirlər satılır:
- Müxtəlif əşyaların ətrafını əhatə edən kiçik merlion fiqurlar.
- Kiçik asılqanlar və telefon üçün breloklar
- Şəkil üçün çərçivələr.
- Soyuduculara yapışdırılan maqnitlər.
- Yumşaq oyuncaqlar.
- Geyimlərdə.
Merlion incəsənətdə və kütləvi informasiya vasitələrində
redaktə- Merlion (マーライオン) Yaponiyanın məşhur Cowboy Bebop animisində görsənir.(epizod 18 və 24).
- Yapon romanı olan Seitokai Ichizonda.
- Merlionu həmçinin populyar videooyun Animal Crossing (Nintendo GameCube) görmək olar.
- Merlion Valvrave the Liberator(anime) teleseryalının birinci hissəsində görsənir.(2013)
Şəkillər
redaktə-
Sentosa adasında Merlion heykəli
-
Mini Merlion heykəli
-
Faber dağında Merlion heykəli
-
Turizm məhkəməsində Merlion heykəli
İstinadlar
redaktə- ↑ Bax. sözün ifadə forması singlishdictionary.com Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine və ya səs yazısı Arxivləşdirilib 2009-04-25 at the Wayback Machine Ulysses by the Merlion sinqapur şairi Edvin Tambu
- ↑ Merlion Park Arxivləşdirilib 2017-10-16 at the Wayback Machine, VisitSingapore.com
- ↑ Мерлион в Сингапуре [ölü keçid]
- ↑ "A new home for the Merlion". URA Skyline (July/August 2000) Arxivləşdirilib 2012-02-18 at the Wayback Machine. p. 6–8
- ↑ "Singapore's iconic Merlion damaged by lightning - radio" (ingilis). Reuters. 28 февраля 2009. 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Merlion Park". 20 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2014.
- ↑ "Sentosa Merlion". Sentosa. 16 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 December 2014. (#invalid_param_val)