Metida Peyk - Wikipedia
Metida (yun. Μήτις) və ya Yupiter XVI Yupiterin daxili peyklərindən biridir. Peyk 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə kəşf edilmiş və 1983-cü ildə Zeusun birinci arvadının adı ilə Metida adlandırılmışdır.Qalileo kosmik gəmisi ilə 1996-cı ilin əvvələrindən 2003-cü ilin Sentyabr ayı arasında aparılan əlavə müşahidələr onun səthinin şəkillərini çəkməyə imkan vermişdir.
Kəşf yeri | Voyager 1 |
---|---|
Kəşf tarixi | 4 mart 1979 |
Böyük yarımoxu | 128.000 km |
Nəyin peykidir | Yupiter |
Özünə xas ekssentrisitet | 0,0012 |
Kütləsi | 120 exagram[1] |
Albedo | 0,06 |
Kəşf və müşahidə
redaktəMetida 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə Stiven Sinnot tərəfindən kəşf edilmiş və müvəqqəti olaraq S/1979 J 3 adlandırılmışdır.1983-ci ildə ona rəsmi olaraq Zevsin ilk həyat yoldaşı olan titan Metidanın adı verilmişdir.Voyacer 1 in çəkdiyi şəkillərdə Metida nöqtə kimi görsənirdi və bu səbəbdən Metida haqqında məlumatlar Qalileonun gəlişinə kimi çox məhdud idi.Qalileo Metidanın demək olar bütün səthinin şəkillərini çəkmişdi.
Fiziki xarakteristikaları
redaktəMetida düzənsiz formadadır və ölçüləri 60×40×34 km-dir,bu da onu Yupiterin dörd daxili peykinin ən kiçiyi edir.Təqribi hesablanması nəticəsində onun səthinin sahəsinin 5800 və 11.600 km² aralığında olduğu güman edilir.Metis tərkibi və kütləsi məlum deyil, lakin onun orta sıxlığı Amalteyanın orta sıxlığına yaxın olduğundan, onun kütləsinin 3.6 × 1016 kq,sıxlığının isə (~0.86 g/cm³) olduğu fərz edilir.Bu sıxlıq onu göstərir ki,peykin 10-15 %-i su və buzdan ibarətdir.
Metida səthində çoxlu kraterlər var və qırmızımtıl rəngdə görünür.Baş və arxa yarımkürələr arasında böyük asimmetriya var:baş yarımkürə arxa yarımkürədən 1.3 dəfə parlaqdır.
Orbit və rotasiya
redaktəMetida Yupiterin dörd daxili peykindən biridir.O Yupiterdən ~128,000 km məsafədə fırlanır.Metidanın orbiti çox kiçik ekssentrisitetə (~0.0002) və Yupiterin ekvatoruna nəzərən çox kiçik əyilməyə (~ 0.06°) malikdir.
Nəhəng kilitlənmə səbəbi ilə Metida öz orbital dövrüdə sinxron fırlanır.
Metida Yupiterin peyklərinin ən sürətlə hərəkət edənidir.O Yupiterin ətrafında 31.5 km/s sürətlə fərlanır.
Yupiterin halqaları ilə əlaqəsi
redaktəYupiterin əsas halqası daxilində Metidanın orbiti təqribən 1000-km uzanır.Metida əsas halqanın tozunun çox hissəsini təşkil edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktə- Metis Profile Arxivləşdirilib 2007-11-09 at the Wayback Machine (by NASA's Solar System Exploration)