Meyci Mebedi - Wikipedia
Meyci məbədi (明治神宮, Meyci-cinqu?) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub.[1][2] Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir.
Şintoizm | |
Meyci məbədi (明治神宮?) | |
---|---|
明治神宮 明治神宮前 | |
Din | |
İlahi gücü |
İmperator Meyci İmperatriça Şoken |
Həsr olunub | Meyci |
Növü | imperator məbədi |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Şəhər | Tokio |
Rayon | Şibuya |
Memarlıq | |
İnşa tarixi | 1 noyabr 1920 |
meijijingu.or.jp | |
Şintoizm terminologiyası |
Tarix
redaktəİmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi.
Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər.[3] Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi.[4] 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi. Bu statusa malik məbədlər hökumət tərəfindən dəstəklənən birinci dərəcəli məbədlər hesab olunurdu.[5]
İkinci dünya müharibəsində Tokionun hava bombardımanına məruz qalmasına nəticəsində orijinal bina məhv oldu. Məbədin bərpası üçün layihə başladıldı və 1958-ci ilin oktyabrında məbədin bərpa işləri tamamlandı.[6]
Məbədi bir çox siyasətçi ziyarət etmişdir: ABŞ prezidenti Corc U. Buş, ABŞ dövlət katibi Hillari Klinton[7] və Almaniya xarici işlər naziri Qido Vestervelle.[8]
Məbəd kompleksi
redaktəMeyci məbədi sahəsi 70 hektar təşkil edən meşə sahəsində yerləşir. Bu həmişəyaşıl meşə sahəsi 365 müxtəlif növdən olan 120.000 ağacdan ibarətdir. Meşə Tokionun mərkəzində istirahət və əyləncə məkanı kimi ziyarət olunur.[2] Məbədin özü iki əsas bölgədən ibarətdir:
Nayen
redaktəNayen daxili bölgədir və məbəd binaları ilə əhatə olunub. Burada xəzinə muzeyi yerləşir və muzeydə imperator ilə imperatriçanın imzaladığı müqavilələr saxlanılır. Xəzinə muzeyi Azekurazukuri üslubunda tikilib.
Qayen
redaktəQayen xarici bölgədir. Burada Meyci Memorial Şəkil Qalereyası yerləşir. Qalereya imperator və həyat yoldaşının həyatından 80 böyük divar rəsminə ev sahibliyi edir. Qayendə müxtəlif idman qurğuları da yerləşir: Milli Stadion (Meyci Cinqu Qayen Stadionu, 1956-cı ildən isə eyni yerdə Tokio Olimpiya Stadionu) və Meyci Memorial Zalı (Meyci Kinenkan). Meyci Memorial Zalı əvvəllər dövlət görüşləri üçün istifadə olunurdu. Hazırda isə burada restoranlar yerləşir və şintoizm toyları keçirilir.
Qalereya
redaktə-
İmperator Meycinin yemək yediyi mərkəzi məbəd
-
Sake çəlləkləri
-
Məbədin girişindəki torii
-
Məbəddə baş tutacaq toy üçün hazırlaşan rahib və rahibələr
-
Ziyarətçilərin qoyduqları dualar
-
Meyci məbədi Yoyoqi parkı ilə
İstinadlar
redaktə- ↑ "Meiji Shrine". 2016-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
- ↑ 1 2 "Introduction". Meiji Jingu. 2008-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
- ↑ Hardacre, Helen. Meiji Shrine // Huffman, James L. (redaktor). Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism. Routledge. 2013. səh. 151. ISBN 9781135634902. İstifadə tarixi: 22 avqust 2017.
- ↑ "Meiji Shrine". Encarta. Microsoft. 2009-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
- ↑ Ponsonby-Fane, Richard. (1959). The Imperial House of Japan, p. 126.
- ↑ "Shrine Building". 2008-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2017.
- ↑ "Clinton visits Tokyo shrine". Hindustan Times. 17 February 2009. 10 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 August 2017.
- ↑ "Germany and Japan share the same values". Federal Foreign Office, Germany. 14 January 2010. 2010-02-07 tarixində arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Ponsonby-Fane, Richard Arthur Brabazon. (1959). The Imperial House of Japan. Kyoto: Ponsonby Memorial Society. OCLC 194887
Xarici keçidlər
redaktə- Rəsmi saytı Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine
- Məbədin xəritəsi Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine
- Meyci məbədinin şəkilləri və səyahət təlimatları