Misel Platini - Wikipedia
Mişel Fransua Platini (fr. Michel François Platini; 21 iyun 1955[1][2][…], Jyof[d]) — Fransa futbolçusu, məşqçi və futbol məmuru. 1984-cü il Avropa çempionatının qalibi. "France Football" dərgisinin versiyasına görə XX əsrdə ən yaxşı fransız futbolçu. Yeganə futbolçudur ki, 3 dəfə ardıcıl "Qızıl top" (1983, 1984 və 1985) mükafatının qalibi olmuşdur.
Mişel Platini | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Michel Platini | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Mişel Fransua Platini | ||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Platoche | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Jyof, Fransa | ||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransa | ||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 179 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | karyerasını bitirib | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMişel Fransua Platini 1955-ci il iyunun 21-də Fransanın Lotaringiya əyalətinin Jyof şəhərində anadan olub. Öz dövrünün ən istedadlı futbolçularından hesab edilir.
Klub karyerası
redaktə- "Nansi" (Fransa, 1973–1979) – 175 oyun, 98 qol
- "Sent-Etyen" (Fransa, 1979–1982) – 107 oyun, 58 qol
- "Yuventus" (İtaliya, 1982–1987) – 147 oyun, 68 qol
Yığma komanda
redaktəFransa milli futbol komandasının heyətində 72 oyun keçirib, 41 qol vurub.
Titulları
redaktə- Fransa kubokunun qalibi – 1978
- Fransa çempionu – 1981
- Fransa kubokunun finalçısı – 1981, 1982
- İtaliya kubokunun qalibi – 1983
- İtaliya çempionu – 1984, 1986
- Kuboklar Kubokunun qalibi – 1984
- Avropa Superkubokunun qalibi – 1984
- Avropa çempionu – 1984
- Çempionlar Kubokunun qalibi – 1985
- Qitələrarası kubokun qalibi – 1985
- Dünya çempionatının bürünc mükafatçısı – 1986
- Avropanın ən yaxşı futbolçusu – 1983, 1984, 1985
- Kavaler ordeninin Fəxri legionu – Şevalye (1985), Zabit (1988)
- 1984-cü ildə keçirilən Avropa çempionatının bombardiri (9 qol) olub.
- 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl top"a yiyələnib
Məşqçi karyerası
redaktəFransa milli yığma komandasının baş məşqçisi – 1988–1992
Mükafatları
redaktə- Fəxri Legion ordeni (29 aprel 1985)
- Xidmətlərə görə ordeni (Fransa) (3 dekabr 1994)
- "Şöhrət" ordeni (Azərbaycan) (2007)
- "Şərəf" ordeni (Moldova) (2009)
- "Şərəf" ordeni (Ermənistan) (2010)
Məmur kimi fəaliyyəti
redaktəMişel Platini Fernando Sastre ilə birlikdə 1998-ci ildə Fransada keçirilən dünya çempionatının təşkilat komitəsinə rəhbərlik edib. O, 1988–1990-cı illərdə UEFA-nın texniki inkişaf komitəsində çalışıb. 2002-ci ildən UEFA-nın və FİFA-nın İcrayə Komitəsinin üzvü olub. Bu illər ərzində Platini UEFA və FİFA-da müxtəlif rəhbər vəzifələrdə işləyib. 2006-cı ildə FİFA-nın Texniki-Tərəqqi Komitəsinin sədri və Fransa Futbol Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.
Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Augustyn A. Michel Platini // Encyclopædia Britannica (ing.).
- ↑ Michel Platini // Transfermarkt (çd.). 2000.