Misni Lacin - Wikipedia
Mişni - Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kənd inzibati ərazi dairəsində kənd.[1]
Mişni | |
---|---|
39°42′45″ şm. e. 46°23′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 01.12.2020-ci il tarixdə Azərbaycan Ordusu Laçın rayonunu, o cümlədən də Mişni kəndini işğaldan azad etmişdir.
Təbiəti
redaktəƏsasən, çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enIiyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Əsas meşə əmələ gətirən cinslər palıd, vələs, cökə, ağcaqayın, göyrüş, qoz və s. cinslərdir.[2]
Tarixi
redaktəMişni qalası - Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kəndi ərazisində, Hoçazsu (Mişnisu) çayının sol sahilində son Tunc və ilk Dəmir dövrünə aiddir. Yerli əhali arasında Qovurqala (Kafir qalası) da adlanır. İri qaya parçalarından tikilmiş qala siklop tikilidir.[3]
Mişni kəndi 1822-ci ilədək Qarabağ xanlığının, 1874-cü ildən Zəngəzur qəzasının tərkibində olmuşdur. 2007-ci ildə çap edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"nin II cildinin 114-cü səhifəsində Mişni toponiminin qədim türk dilində "çay döngəsi" mənası bildirməsi elmi əsaslarla təsdiq edilmişdir.
1921-ci ildə Mişni kəndi mərkəz olmaqla Mişni kənd soveti yaradılmışdı. 1930-cu ilə ölkəmizdə aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən ləğv edilərək Alxaslı kənd sovetinin tərkibinə verilmişdir. 1925-ci ilin avqustunda "Zarya Vostoka" qəzeti yazırdı ki, "Sözügedən qəzada (o vaxtkı Zəngəzur qəzası) 6 dairə icraiyyə komitəsi və 63 kənd soveti yaradılıb. Düzdür, məqalə müəllifi yazırdı: "Bir çox kənd sovetləri mağaralarda yerləşir, məsələn, Mişni kənd soveti". Yerli fəhlə kadrlarının hazırlanması üçün kənd sovetlərinin və dairə icra komitələrinin sədrləri və katibləri üçün kurslar açıldı və orada 150 nəfərə qədər yoldaş hazırlanırdı. Dairə icra komitələrinin sədrləri Laçın şəhərində tikilən rayon mərkəzi ilə telefonla əlaqə saxlayır.[4]
Landşaftı
redaktəMişni kəndinin ərazisi təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Kiçik Qafqaz landşaft strukturu qrupuna aiddir. Bu ərazinin landşaft struklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Orta dağlığın dağ-kserofit landşaftı səciyyəvidir. Kəndin ərazisində çəmən-çöl landşaft yarımtipi inkişaf etmişdir.[5]
Oroqrafik quruluşu
redaktəKənd oroqrafik cəhətdən Kiçik Qafqaz dağ sisteminə aid olmaqla, Qarabağ silsiləsinin Hoçazdağ sıra dağlarında yerləşir. Mişni kəndinin ən hündür zirvəsi Alxaslı və Çıraqlı kəndləri ilə qonşu ərazidəki hündürlüyü 2114 m olan Soyuqbulaq dağı və çox əzəmətli, vüqarlı və yaraşıqlı, yerli əhalinin müəqəddəs yer kimi "Pir" adlandırdıqları hündürlüyü 1903,9 m olan Ərtəpə (Artəpə və Yəhərtəpə də adlanır) dağıdır. Soyuqbulaq kəndi ilə Mişni kəndi arasındakı Soyuqbulağın daşı adlanan dağın hündürlüyü isə 1841 metrdir.[6]
Tanınmış şəxsiyyətləri
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Arxivlənmiş surət". 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-11.
- ↑ Мишни галасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 14.
- ↑ газета "Заря Восток". № 1009, 22 октября 1925 г.
- ↑ "Arxivlənmiş surət". 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-11.
- ↑ "Arxivlənmiş surət". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-11.
Mənbə
redaktə- Ziyadxan Nəbibəyli. "Zəngəzurun altun tacı Laçın" kitab, səhifə 135. Bakı 2009
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti", II cild, Bakı 2007.
- https://president.az/az/articles/view/60929/images/2
- Almara Nəbiyeva. "Qarabağ aşıq mühiti" kitabı, 137,139, 153, 157, 158, 324-cü səhifələr. "Təknur" nəşiriyyatı, Bakı 2019.
- "Azərbaycan Respublikasının Xatirə Kitabı", Bakı - 2006.
- Xanlar Məmmədov
Xarici keçidlər
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |