Mikayil Mirzeyev - Wikipedia
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991),[1][2] siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə).
Mikayıl Mirzə | |
---|---|
Mikayıl Şahvələd oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1947 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 iyun 2006 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | aktyor, ssenarist, siyasətçi, dissident |
Atası | Şahvələd Mirzəyev |
Anası | Susay Mirzəyeva |
Uşağı | Mətin Mirzə |
|
|
Təltifləri |
Həyatı
redaktəMikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.[1][2]
Fəaliyyəti
redaktəTeatr fəaliyyəti
redaktəMikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.[1][2]
Siyasi fəaliyyəti
redaktəMikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb. O, iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib.[1][2]
Mikayıl Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[1]
Filmoqrafiya
redaktə- Ağlar-güləyən (film, 1988)
- Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Eyvaz
- Babək (film, 1979)
- Dədə Qorqud (film, 1975)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Faydalı qazıntılar (film, 1981)
- Günahsız Abdulla (film, 1984)
- Qatır Məmməd (film, 1974)
- Təbəssüm (film, 1992)
- Üzeyir ömrü (film, 1981)
- Yeddi oğul istərəm... (film, 1970)
- Topal Teymur (film, 1983)
- Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
- Min birinci söz (film, 1997)
- Uzun ömrün akkordları
Mono-tamaşalar
redaktə- "Motsart və Salyeri" (A.S.Puşkin)
- "Qaraçılar",
- "Azər" (H.Cavid)
- "Məhəbbət dastanı" (X.Rza)
- "Saz" (M.İsmayıl)
- "Qızılgül olmayaydı..." (R.Rza)
- "Qərbi Berlin" (C.Novruz)
Vəfatı
redaktəMikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.[1][2]
Mükafatları
redaktə- 1987-ci ildə Azərbaycan SSR-in "Əməkdar artist" fəxri adına layiq görülüb.
- 22 may 1991-ci ildə "Xalq artisti" fəxri adı ilə mükafatlandırılıb.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Mikayıl Mirzə" (Azərbaycan). anl.az. 2-2-2021 tarixində arxivləşdirilib. Sitat səhvi: Xətalı
<ref>
etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib - ↑ 1 2 3 4 5 "Mikayıl Mirzə" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
Ədəbiyyat
redaktə- Mirzə, M. İstiqlal sənətkar: Mikayıl Mirzə65 /Mətin Mirzə //Yeni Azərbaycan.- 2012. - 13 noyabr.- S.8.