Mikelancelonun David Heykelinin Nusxeleri - Wikipedia
Mikelancelonun David heykəlinin replikaları — müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə plastmas, mərmər, şüşə və sair materiallardan hazırlanan heykəllər. Dünyanın müxtəlif ölkələrində, “David”in çoxlu sayda orijinal ölçülü nüsxələri yayılmışdır ki, onlardan da ən məşhuru orijinal hehkəlin yerində, Florensiyadakı Palaçço Vekko sarayının qarşısında 1910-cu ildə ucaldılmış nüsxədir. Heykəlin orijinalı 1873-cü ildə yerindən götürülmüş və bu günə kimi minlərlə turistin ziyarət etdiyi Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. Digər nüsxələr isə XIX əsrdən başlayaraq müxtəlif sənətkarlar tərəfindən işlənmişdir. Heykəlin kiçik nüsxələri isə əsasən kitç xarakteri daşıyır.[1]
Avropa
redaktə- Heykəlin tuncdan hazırlanmış kopyalarından biri Florensiyanın Mikelancelo meydanında ucaldılmışdır.
- Gipsdən hazırlanmış bir nüsxəsi, Viktoriya və Albert Muzeyində saxlanılır. Bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Əncir ağacı Kraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı “David”in penisini örtmək üçün istifadə edilir.[2]
- Antverpdəki açıq səma altında Midlhem Heykəl Muzeyində heykəlin bir nüsxəsi saxlanılır.
- Heykəlin tuncdan hazırlanmış bir nüsxəsi Kopenhagenin Langelinie parkındakı kral Təqlidi Əsərlər Kolleksiyasında saxlanılır.
- 2007-ci ildə Märklin şirkəti əsərin Z scale (1:220) tunc nüsxəsini təqdim etmişdir.
-
Mikelancelo meydanı, Florensiya
-
Viktoriya və Albert Muzeyi, London
-
Langelinie Promenade, Kopenhagen
-
Prado meydanı, Marsel
-
Hans-Peter Feldmann, David (2006) Köln - 2010-cu ildən Duisburq
Şimali Amerika
redaktə- “David”in biznesmen və alim Endryu Lanqdon tərəfindən Buffalo Tarix Cəmiyyətinə bağışlanmış bir nüsxəsi Buffalo, Nyu-Yorkda saxlanılır. Lanqdon heykəli 1900-cü ildə Paris Sərgisində görmüş, heykəli istehsal etmiş Neopolitan bürünc istehsalı şirkəti (Angelus and Sons) ilə danışıqlar apararaq onu almış və başqa bir nüsxəsini ABŞ-yə satmamaq haqqında razılaşma əldə etmişdi. Heykəl hazırda Delver parkında saxlanılır.[3]
- Heykəlin dəmirdən hazırlanmış nüsxəsi Pensilvaniyada, Filadelfiya İncəsənət Akademiyasında saxlanılır. Bura məktəbin hazırda muzey kimi fəaliyyət göstərən köhnə binası olsa da, tələbələrin xidmətində olan bir neçə otaq da var.
- Heykəlin bürünc nüsxəsi Sarasota, Floridada, Con və Meybl Ronqling İncəsənət Muzeyində saxlanılır.
- Davidin tam ölçülü, lakin sınmış daş nüsxəsi Kaliforniya Dövlət Universitetinin kampusunda saxlanılır. Heykəl 1987-ci il Vittier Narrou zəlzələsi zamanı sınmış və 1988-ci ildə universitetin professorlarından biri tərəfindən kampusa gətirilmişdir.[4]
- Davidin daha bir nüsxəsi isə Qlindeyl, Kaliforniyada Forest Lavn Memorial Parkında saxlanılır. 1971-ci ildə heykəlin əncir yarpağı ilə örtülmüş versiyası zəlzələ zamanı dağıldıqdan sonra, onun yerinə bu nüsxə qoyulmuşdur.[5]
- Cənubi Kaliforniyada, Los-Ancelesin qonşuluğunda Hankok Park malikanəsi iyirmi üç nüsxəsi ilə bəzədilmişdir.[6]
- Nevada ştatının Las-Veqas şəhərində “Sezar Palace”dakı "Appian Way Shops"da heykəlin bir nüsxəsi saxlanılmaqdadır.[7]
- Heykəlin bürünc nüsəxi Siyuks Folls, Cənubi Dakotadakı “Fovik Park”da saxlanılır.
- 1965-ci ildə Devid Sollazini və Florensiyanın övladları, İtaliya Karrara mərmərindən, Buena Park, Kaliforniyada yerləşən Muvilənd Mum Muzeyindəki Yaşayan İncəsənət Sarayı üçün yeni bir nüsxəsini işləmişlər. Bu nüsxə üçün istifadə olunmuş mərmər Mikelancelonun istifadə etdiyi mərmərin götürüldüyü Pietrasanta yaxınlığından götürülmüşdür. Sonradan bu nüsxə St. Avqustin, Floridada yerləşən “Ripley's Believe It or Not! Muzeyi” üçün satılmışdır.
- 2004-cü ildə Stenford Universitetinin “Dijital Mikelancelo Layihəsi”nin bir hissəsi kimi “Gentle Giant Studios” tərəfindən heykəlin daha bir nüsxəsi yaradılmışdır.[8]
- 2005-ci ildə türk konseptual sənətçisi Serkan Özkaya IX Beynəlxalq İstanbul Biennalisi üçün “David (inspired by Michelangelo)” adı ilə heykəlin orijinal ölçüsündən iki dəfə böyük ölçüdə qızılı rəngli sabundan yeni nüsxəsini işləmişdir. Lakin qəza nəticəsində heykəl dağıldı. Yenidən yaradılmış nüsxəsi Luisville, Kentukkidə XXI əsr muzeyində, təkrar nüsxəsi isə Əskişəhər, Türkiyədə saxlanılır.[9][10][11]
Cənubi Amerika
redaktə- Heykəlin bürüncdən hazırlanmış bir nüsxəsi Montevideo, Uruqvayda şəhər idarə orqanı sarayının qarşısında ucaldılıb.
- Davidin mərmərdən hazırlanmış bir nüsxəsi Recife, Braziliyada Rikardo Brennand İnstitutunun bağında saxlanılır. Bu heykəl Cervietti Franco & Company tərəfindən Pietrasanataya qarşı hazırlanmışdır.
Asiya
redaktəHindistanda Davidin bir nüsxəsi Pune Universitetinin inzaibati binası üzərində ucaldılmışdır.
1995-ci ildə Davidin Yerusəlimi fəth etməsinin 3000 illik yubileyi münasibətilə Florensiya şəhər rəhbərliyi “David”in mükəmməl işlənmiş bir nüsxəsini Yerusəlim şəhər rəhbərliyinə hədiyyə etmişdir. Bu hədiyyə şəhərdə qarışıqlığa səbəb olmuş, pornoqrafik xüsusiyyətə malik heykəlin şəhərdə dini qarşıdurmaya səbəb ola biləcəyi bildirilmişdi. Nəhayət kompromis əldə edilmiş və heykəlin geyindirilmiş başqa bir nüsxəsi şəhərdə ucaldılmışdır.
Avstraliya
redaktə“David”in 7 metr hündürlükdə olan Karrara mərmərindən hazırlanmış nüsxəsini Karrara, Kuinslənddə, Emerald gölləri sahilində görmək mümkündür.
İstinadlar
redaktə- ↑ John Launer, The many faces of David, QJM: An International Journal of Medicine, 2005, Volume 98, Number 10 Pp. 777-778, Oxford University Press [1] Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine
- ↑ "David's Fig Leaf". Victoria and Albert Museum. 2007-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-05-29.
- ↑ "Smithsonian". 2017-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-17.
- ↑ "Daily Titan". 2012-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-17.
- ↑ Jessica Mitford, The American Way of Death Revisited, p.102, 1998, Vintage Books, ISBN 0679771867
- ↑ Daniel Yi, "House of 'David': When 17 replicas of Michelangelo's famed statue adorn the outside of a home, is it art or excess?," Los Angeles Times, Metro (Nov 17, 1997): 1.
- ↑ Frommer's Portable Las Vegas
- ↑ "Stanford, including comparisons with two small commercial replicas". 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-17.
- ↑ Randy Kennedy, "Black, White and Read All Over Over" Arxivləşdirilib 2015-04-22 at the Wayback Machine, The New York Times, December 15, 2006.
- ↑ Göksel Bozkurt, "Davut sculpture goes to Kentucky 21C museum" Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine, Hürriyet Daily News, September 19, 2011.
- ↑ "Louisville residents react to giant, gold David statue" Arxivləşdirilib 2013-03-10 at the Wayback Machine, WHAS-TV, May 2, 2012.