Milli Respublika Qvardiyasi Portuqaliya - Wikipedia
Milli Respublika Qvardiyası (GNR) (port. Guarda Nacional Republicana) Portuqaliyanın mülki əhali üzərindəki ictimai təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyan hərbi hüquq-mühafizə orqanıdır. 1801-ci ildə Regent şahzadə IV Juanın dövründə Lissabon Kral Mühafizəsi Polisi adı altında Fransa Jandarmı nümunə götürülərək yaradılmış olub, indiki adını isə 1910-cu ildə almışdır.
Milli Respublika Qvardiyası | |
---|---|
port. Guarda Nacional Republicana | |
Növü | Jandarmeriya/Milli Qvardiya |
Yaranma tarixi | 1801-müasir dövr |
Ölkə | |
Tabedir | Portuqaliya Daxili İşlər Nazirliyi |
Sayı | 27.000[1] |
Komandanlıq | |
Komandir | General-leytenant Luís Francisco Botelho Miguel |
gnr.pt | |
Vikianbarda əlaqəli mediafayllar |
GNR əsasən kənd yerlərində olmaqla Portuqaliya ərazisinin 94%-də, profilaktik polis və yol patruluna cavabdehdir.[1] Milli səviyyədə isə gömrük mühafizəsi, sahil mühafizəsi, təbiətin mühafizəsi, axtarış-xilasetmə əməliyyatları və mərasim mühafizəsi kimi fəaliyyət göstərir.
GNR üzvləri, mülki İctimai Təhlükəsizlik Polisi (PSP) üzvlərindən fərqli olaraq, hərbi qanunlara və təşkilatlara tabe olan hərbi qulluqçulardırlar. 2000-ci illərdən etibarən isə GNR İraq, Şərqi Timor və dünyanın digər regionlarındakı beynəlxalq əməliyyatlarda iştirak etmək üçün dəstələr göndərir.
Qaleriya
redaktə-
Milli Respublika Qvardiyasının süvari hissəsi.
-
MilliRespublika Qvardiyasının qərargahı.
-
Milli Respublika Qvardiyasının maşını (Skoda Octavia).
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş kopya". 1 may 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.