Milli Tehlukesizlik - Wikipedia
Milli təhlükəsizlik — vətəndaşlar, iqtisadiyyat və digər institutlar da daxil olmaqla milli dövlətin təhlükəsizliyi. Onun təmin edilməsi hökumətin vəzifəsi hesab olunur.
Əslində hərbi hücumdan qorunma kimi qəbul edilən milli təhlükəsizlik artıq daha geniş mənalarda istifadə edilməklə qeyri-hərbi aspektləri, yəni iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, ekoloji təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kiber təhlükəsizlik və s. sahələri də əhatə edir. Eynilə, milli təhlükəsizlik risklərinə digər milli dövlətlərin hərəkətləri ilə yanaşı, zorakı qeyri-dövlət subyektləri, narkokartellər və transmilli şirkətlərin fəaliyyəti, eləcə də təbii fəlakətlərin təsirləri daxildir.
Dövlətlər milli təhlükəsizliyi qorumaq üçün müxtəlif tədbirlərə, o cümlədən siyasi, iqtisadi və hərbi güc də daxil olmaqla, diplomatiyaya arxalanırlar. Hökumətlər təhlükəsizliyin transmilli səbəblərini (iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, siyasi təcridetmə və nüvə silahlarının yayılması) azaltmaqla həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik şəraiti qurmağa çalışırlar.