Minaye Eliyeva - Wikipedia
Minayə Əlisahib qızı Əliyeva (14 noyabr 1943, Sabirabad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Minayə Əliyeva | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 noyabr 1943 (81 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMinayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Minayə Əliyeva ailəlidir, 2 övladı var.
Fəaliyyəti
redaktə1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
İstinadlar
redaktə- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.