Mir Movsum Aga - Wikipedia
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi.
Mir Mövsüm Ağa | |
---|---|
Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Seyid Mir Talıb ağa |
Anası | Xədicə xanım |
Həyatı
redaktə1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.[1]
40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.
Mir Mövsüm Ağa ziyarətgahı
redaktəZiyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet hakimiyyəti illərində onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.[2]
1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra abidə ucaldılmışdır.
İstinadlar
redaktə- ↑ "Mir Mövsüm Ağa haqda nadir faktlar". 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Rəhimzadə M. Müqəddəs nurun cazibəsi". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
Xarici keçidlər
redaktə- Zamanın Sorağında — Mir Mövsüm Ağa — 01.10.2017
- Tanı-t Azərbaycanı: Mirmövsüm ağa ziyarətgahı