Mir Mehdi Etimad - Wikipedia
Mir Mehdi Etimad (1900, Təbriz – 1981, Tehran) ― Azərbaycanlı şair, yazıçı. Azərbaycan Milli Hökumətinin himninin sözlərininin müəllifi.
Mir Mehdi Etimad | |
---|---|
Mir Mehdi Məhəmməd oğlu Etimad (Natiq) | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açıb. Orada 15 il dərs deyib.
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizdə qurulmuş Şairlər məclisinin sədri olub, bu illərdə Təbrizdə çap olunan Vətən Yolunda, "Azərbaycan", "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs edilib, iki il həbsdə qaldıqdan sonra azad edilib. Azərbaycanda yaşamağına icazə verilmədiyi üçün Tehrana sürgün edilib.
Həyatı
redaktəMir Mehdi Məhəmməd oğlu Etimad 1900-cü ildə Təbrizdə anadan olub[1]. Əvvəlcə Molla Yusifin məktəbində dini təhsil alıb. Burada ərəb və fars dillərini də öyrəndikdən sonra Mirzə Əbülqasım Xanın üsuli-cədid məktəbini oxuyub[2]. Buranı bitirdikdən sonra "Talibiyyə" mədrəsəsində ali təhsilini başa vurub[3]. Təhsilini bitirdikdən sonra Təbrizdə yeni üsullu "Etimad mədrəsəsi"ni açıb.[4] Burada 15 il dərs deyib.[5] Müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olub.[3][5]
Rza Şah dövründə yazdığı "Ayineyi-Əxlaq" kitabı 20, "Bədr-i-Qeyu-Əl-Səbyaiv" və "Mənazeyi-Ədəbi" kitabları isə 8–10 dəfə təkrar çap edilib.[5] Sonralar "Əlifbayi-Cədid", "Gül Qönçəsi", "Töhfəlül-Səbyaiv", "Gəlinlər Bəzəyi", "Çərşənbə Bazarı"[6] adlı əsərləri də yazıb.[7][8]
1941–1946-cı illərdə Cənubi Azərbaycanda başlayan xalq hərəkatı Etimadın ədəbi yaradıcılığında da yeni mərhələ açıb.[9] Bu illərdə Təbrizdə çap olunan Vətən Yolunda[10], "Azərbaycan",[11] "Sitareyi-Azərbaycan", "Xavəri-no", "Azad millət", "Urmiyyə", "Cövdət", "Fədai", "Demokrat", "Azərbaycan ulduzu" kimi qəzet və jurnallarda şeir və məqalələrlə çıxış edib.[2][5][12]
Qələmə aldığı "Təbrizim" şeri dillərdə əzbər olmuş, ona mahnılar bəstələnmişdir. Azərbaycan Milli Hökumətinin himninin sözlərini yazıb.[5][13][14] Həmin himnin musiqisini isə Cahangir Cahangirov bəstələyib[5][13]. 1945-ci ildə Təbrizdə "Şairlər məclisi" yaradıldı. Məclisin ilk iclası 1945-ci il yanvarın 7-də keçirildi və Mir Mehdi Etimad bu məclisin sədri seçildi[10].
1946-cı ilin dekabrında Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra Təbrizdə həbs olunub. İki il həbsdə qalıb, sonra ümumi əfv zamanı azad edilsə də, Azərbaycandan sürgün edilib, Tehranda yaşamalı olub. Tezliklə Tehran ədəbi mühitinə də daxil olub və istər farsdilli, istərsə də türkdilli ədəbiyyatın ən üzdə olan nümayəndələrindən birinə çevrilib. Səhənd, Fərzanə və digərlərinin təşkil etdikləri şeir məclislərində iştirak edib, yeni şeirlərini oxuyub. Bir çox ədəbi məclisin qurucusu və fəal üzvü olub.[5]
1981-ci ildə Tehranda vəfat edib.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 56. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ 1 2 Fuad, Esmira. "Mir Mehdi Etimadın Vətən sevgisi". Xalq Cəbhəsi Qəzeti | Bütöv Azərbaycanın qəzeti (az.). 2016-08-08. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
- ↑ 1 2 ETİMAD, Natiq Mir Mehdi Mәhәmmәd oğlu (az.). VIII. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2019. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Ələkbərli, Faiq. "Güney Azərbaycanda milli maarifçilik: türkçülük/ turançılıq və azərbaycançılıq" (PDF). Türküstan qəzeti. 2023-04-04. 2024-01-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-08.
- ↑ 1 2 3 4 5 6 7 8 Əhməd, Dilqəm. ""Pişəvərinin üz-gözündən nur tökülürdü" – Milli hökumətin himni necə bəstələndi?". Teleqraf.com (az.). 2023-12-25. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ Nuri, Elmin. ""Novruz bayramı şirniyyatlarının dərin fəlsəfi və gizli mənaları var" - MÜSAHİBƏ". modern.az (az.). 2015-03-21. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ Şükürova, Esmira. Güney Azerbaycan Edebiyatında Manzum Hikaye Türünün Gelişme Özellikleri (türk). İstanbul: Motif Akademi Halkbilimi Dergisi. 2011. 64. 2020-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ Fuad, Esmira. "Güney Azərbaycan poemasında yeni təmayüllə. XX əsrin əvvəllərində, Rza şah istibdadı dövründə və II Dünya müharibəsi illərində poema janrının inkişafı (1900-1950-ci illər)". Xalq Cəbhəsi qəzeti. 2018-12-28. 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ Abdullayeva, Elnurə. XX əsr Cənubi Azərbaycan poeziyasında milli kimlik mübarizəsinin bədii əksi (PDF) (az.). Bakı. 2023. 17. 2024-01-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-08.
- ↑ 1 2 İsmayılov, Güləddin. "Vətən yolunda qəzeti". aze.adfmk.com. 2021-07-06. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Hüseynzadə, Rəhim. "Güneydə Milli Hökumətin mətbu salnaməsi". Xalqqazeti.az (az.). 2023-11-01. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ Məmmədli, Pərvanə. "Milli Hökumət Güney Azərbaycanda sanki bir il deyil, yarım əsr fəaliyyətdə olmuş, nəhəng işlər görmüşdü". etekyazi.com. 2021-12-04. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ 1 2 "Mirmehdi Etimad". Azərbaycan Ruznaməsi (az.). 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Fuad, Esmira. "21 Azər Hərəkatı Güney Azərbaycan ədəbiyyatında". 525.az. 2022-12-01. 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.