Mirabutalib Semedov - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Mirabutalıb Mirkərim oğlu Səmədov (1907) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1938–1946) və maliyyə naziri (1946–1949).
Mirabutalıb Səmədov | |
---|---|
28 mart 1946 – 26 sentyabr 1949 | |
Əvvəlki | vəzifənin ad dəyişdirilib |
Sonrakı | Rza Sadıqov |
5 may 1938 – 28 mart 1946 | |
Sonrakı | vəzifənin ad dəyişdirilib |
1937 – 1938 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1907 |
Partiya | |
|
|
Təltifləri |
Həyatı
redaktəMirabutalıb Səmədov 1907-ci ildə anadan olmuşdur. 9 yaşında olarkən kassir olan atası Mirkərim Səmədov vəfat etmiş, 2–3 il anasının himayəsində yaşadıqdan sonra 1919-cu ildə "Məktəb" mətbəəsində şagirdliyə daxil olmuşdur.[1]
Mirabutalıb Səmədov Bakının Bayıl-Bibiheybət rayonunun qazma şöbəsində əmək fəaliyyətinə başlayaraq 1928-ci ilədək burada çalışmışdır. 1928-ci ildən Azərbaycan Dövlət Bankında işləmişdir. Sonrakı illərdə Nuxa və Cəbrayıl rayonlarında, habelə Dağlıq Qarabağ Muxtar Vilayətində bank müdiri, Azərbaycan Kommunal Bankında şöbə müdiri, Bakının Voroşilov rayonunda maliyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan SSR xalq maliyyə komissarının müavini, 1938-ci ildə isə xalq maliyyə komissarı vəzifəsinə irəli çəkilmişdir.[1]
Mirabutalıb Səmədov Sovet İttifaqı Kommunist Partiyasının üzvü və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumu üzvlüyünə namizəd olmuşdur. Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ Ali Sovetinin deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilmiş, dəfələrlə SSRİ Xalq Maliyyə Komissarlığı tərəfindən mükafatlandırılmış, "SSRİ maliyyə işçisi əlaçısı" döş nişanına layiq görülmüşdür.[1]